5
3)Özəlləşdirmə: Sosial infrastruktur sahələrinin dövlət himayədarlığından
çıxarılaraq özəl bölməyə verilməsi.
4) Miqrasiya siyasəti – Miqrasiya proseslərinin tənzimlənməsi (məcburi
köçkünlük, xarici əmək miqrasiyası, xaricdə həmvətənlərin hüquqlarının müdafiəsi
və s.).
5)Məqsədli proqramların qəbul edilərək reallaşdırılması.
6)Sosial standartların, norma və normativlərin işlənib hazırlanması və qəbul
edilməsi:
Sosial standart kimi minimal istehlak büdcəsi, yaşayış minimumu,
istehlak səbəti, minimum əməkhaqqı, minimum təqaüd götürülür.
Qeyd olunan məqsədlərə nail olmaq üçün aşağıdakı zəruri şəraitin olması
məqsədə uyğundur: 1) İnsanların əmək aktivliyinin yüksəldilməsi və istehsaln
inkişafının stimullaşdınimasının əsas amilli kimi, əhalinin pul gəlirlərinin onun
əmək fəaliyyətindən asılılığının təmin olunması; 2) Vergi qanunçuluğuna əsasən
gəlirlərin ədalətli bölgüsünün həyata keçirilməsi; 3) İnvestisiya fəaliyyətinin sosial
proqramların həyata keçirilməsinə istiqamətlənməsi. 4) Düşünülmüş məşğulluq
siyasətinin aparılması bir tərəfdən işsizliyin azaldılması, digər tərəfdən isə artıq işçi
qüvvəsinin yaranmasına maneçilik törədilməsi. 5) Aztəminatlılara istiqamətlənən
vəsaitin ünvanlılığının güclənməsi. 6) Ailələr, qadınlar və gənclər üçün dəyərli
həyat səviyyəsinin yaradılması. 7) Sosial sığortanın rolunun yüksəldilməsi. 8)
Sosial infrastruktura sahələrinin stabil maliyyələşdirilməsi. Bu məsələlərin həllində
ölkənin illik ümumi daxili məhsulun artımının rolu əhəmiyyətli dərəcədə
böyükdür.
Dövlətin sosial siyasətində bir sıra mühüm istiqamətlər nəzərdə tululur ki,
onlarında əsasında cəmiyyətdə gedən sosial proseslərin tənzimlənməsi həyata
keçirilir:
Dostları ilə paylaş: