8
həll etmək
üçün dövlət, ilk növbədə, aşağıdakı vəzifələri müəyyənləşdirərək həyata
keçirir:
1) Hər sosial qrupa aid olan əhalinin sayını;
2) Əhalinin demoqrafiya v ə miqrasiyasına nəzarəti həyata keçirir;
3) Sosial infrastruktur sahələrini inkişaf etdirir;
4) Sosial xidmət sahələrində ödənişsiz
limitləri təyin edir;
5) Minimal sosial standartların səviyyələrinə, sosial normalara mütəmadi
olaraq yenidən baxır;
6) İşsizlik, uşaq ölümü, mənzil çatışmazlığı,
səhiyyə və təhsildə olan
problemləri həll etmək üçün dövlət proqramlarını işləyib hazırlayaraq reallaşdırır;
7) Sosial ödəmələrin, müavinətlərin, kompensasiyaların məbləğlərinə nəzarət
etməklə onların ünvanlı olmasına çalışır;
8) Sosial siyasəti reallaşdırmaq və ona n əzar əti təşkil etm ək üçün dövl ət
orqanlarını yaradır v ə s;
Dünya təcrübəsində 5 sosial siyasət modeli mövcuddur:
1.Poternalist siyasət modeli:
Bu model keçmiş SSRİ-də tətbiq edilən model
olmaqla müsbət və mənfi xüsusiyyətlərə malik olmuşdur. Müsbət xüsusiyyətlərinə
aid edilir: Dövlət vətəndaşların hərtərəfli sosial iqtisadi vəziyyətinə görə
məsuliyyəti öz
üzərinə götürür; əhali üçün zəruri olan əmtəə və xidmətlərin istehsal
və bölgüsünü özü həyata keçirir; sosial sabitliyə nail olmağa çalışır. Mənfi
xüsusiyyətlərinə aid edilir: İqtisadi səmərəliliyin aşağı olması
nəticəsində bütün
vətəndaşların yüksək sosial rifahına nail olmaq mümkün olmur; əsas əhali kütləsi
üçün sosial sərvətlərin limiti müəyyənləşdirilir.
Poternalist sosial siyasət həm inzibati,
həm də iqtisadi metodlarla
reallaşdırılır.
2) Sosial siyasətin İsveç modeli və ya Skandinaviya modeli:
İsveç, Norveç,
Finlandiya, İslandiya və Danimarka kimi Şimali Avropa ölkələrində tətbiq olunan
oxşar əmək qüvvəsi, təhsil və sosial siyasətlərlə xarakterizə olunan sosial-iqtisadi
model. Bu model siyasi anlayış olaraq, bu ölkələrdəki sosial dövlətin əsasını təşkil
edir. Modelin müsbət cəhətlərinə dövlətin sosial sfera sahələrinin yüksək
9
səviyyədə tənzimlənməsi, sosial problemlərin həllində dövlət məsuliyyətinin
yüksək olması, ümumən, əhalinin güclü sosial müdafiə ilə əhatə olması
aid edilə
bilər. Mənfi cəhətlərinə isə sosial sfera sahəsində mərkəzləşmənin yüksək olması
nəticəsində iştirakçılar üçün seçim azadlığında müəyyən məhdudiyyətlərin olması,
yüksək vergiqoymanı göstərmək olar.
3) Sosial rifahın dövlət modeli:
Tipik bazar iqtisadiyyatı modeli olmaqla
dövlətin vətəndaşlarının sosial sabitlik şəraitində yaşamasını öz üzərinə götürməsi
və çoxlu sayda sosial xidmətlərin mövcudluğu modelin müsbət cəhətləridir. Mənfi
cəhət kimi xərclərin yüksək olması, minimal standartların ölkə üzrə orta
göstəricilərə yaxınlaşdırılması çıxış edir.
4) Sosial istiqamətlənmiş bazar təsərrüfatı modeli.
Bazar rəqabəti
prinsiplərinə və şəxsiyyətin formalaşdırılaraq inkişafına
istiqamətlənən bu model
vətəndaşların dövlət tərəfindən yüksək səviyyədə sosial müdafiəsini əks etdirir.
Dövlət sosial siyasətini hüquqi təminat, vergi siyasətini sərvətlərin yenidən
bölgüsü vasitəsilə reallaşdırır. Dövlət tərəfindən çoxlu sayda amortizasiyalardan
istifadə
olunur ki, bu da əhalinin kasıblıq səviyyəsindən aşağı düşməsinə imkan
vermir. Mənfi cəhət kimi dövlətin öz üzərinə hədd ən artıq yükün götürməsi çıxış
edir ki, bu da dövlətin vətəndaşlarının özləri həll edə biləcəyi problemi öz üzərinə
götürməsində öz əksini tapır.
5) Bazar sosial modeli:
Onun əsas prinsipi sosial sferanın tənzimlənməsində
birbaşa metodlara nisbətən iqtisadi metodlara üstünlük verilməsi olmasıdır. Əsasən
sosial sfera sahələrinin dövlətsizləşdirilməsi, dövlətin dotasiya və subsidialarının
minimuma çatdırılması onun xarakterik cəhətlərindəndir.
Dostları ilə paylaş: