Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti


Sosial siyasətin iqtisadi və hüquqi əsasları



Yüklə 447,58 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix18.03.2023
ölçüsü447,58 Kb.
#88666
1   2   3   4   5   6   7   8
UNEC 1677342966.docx

4.Sosial siyasətin iqtisadi və hüquqi əsasları
Dövlətin sosial siyasəti 
cəmiyyətin həyat fəaliyyətinin sosial-iqtisadi şərtlərinin tənzimlənməsinə 
yönəldilən tədbirlər kompleksindən ibarətdir. O, gəlirlərin bölgüsündəki 
bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatı şəraitində cəmiyyət üzvlərinin 
gəlirlər və mülkiyyət sahəsində fərqlərinin zəiflədilməsinə, bazar iqtisadiyyatı 
sistemində əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən 
dərəcədə aradan qaldırılmasına, əhalinin bütün təbəqələri üçün eyni başlanğıc 


10 
şərtlərinin təmin edilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasındaa ziddiyətlərin 
yumşaldılmasına yönəldilmişdir. 
 
Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı 
əlaqə mövcuddur. Birincisi, iqtisadi inkişafın məqsədləri birbaşa və dolayısı yolla 
sosial siyasətdə cəmləşir. Belə ki, iqtisadi fəaliyyət cəmiyyətin bütün üzvləri üçün 
əlverişli yaşayış şəraitinin yaradılması naminə həyata keçirilir. İkincisi, sosial 
siyasət sahəsində bir çox məsələlərin həyata keçirilməsi, dövlətin onları 
reallaşdırması üçün yönəldə biləcəyi iqtisadi ehtiyatlardan asılıdır. Üçüncüsü, 
sosial siyasətə iqtisadi artımın mühüm amili kimi baxmaq olar. Əgər iqtisadi 
inkişaf xalqın həyat səviyyəsinin yüksəldilməsinə təsir etmirsə, insanların istehsal 
fəaliyyəti ilə məşğul olmasına, iş qüvvəsinin keyfiyyətinin artırılmasına maraq 
azalmış olur, cəmiyyətdə sosial gərginlik artır. 
Sosial siyasətin xarakteri və məzmunu sosial proseslərin idarə edilməsinə 
dövlətin müdaxilə etməsi səviyyəsindən də asılıdır. Bu baxımdan inkişaf etmiş 
ölkələrdə dövlətin hal-hazırda bütün mövcud olan sosial siyasət növlərini iki qrupa 
ayırmaq olar. Birinci qrupu şərti olaraq qalıq prinsiplərinə əsaslanan sosial siyasət 
tam həyata keçirə bilmədiyi funksiyaları yerinə yetirir. Bu öz miqyası və əhatə 
dairəsinə görə məhdud sosial siyasət olub, əsasən passiv və kompensasiyalaşdırıcı 
(bərpaedici) xarakter daşıyır. Belə sosial siyasətin nəzəri əsasları liberal bazar 
iqtisadiyyatı modelinin ideyaları əsasında formalaşır. Bu variantın tipik nümunəsi 
bazarın amerikan modeli ola bilər. 
İkinci qrup - institutsional sosial siyasət adlanır. Burada dövlətin sosial siyasəti 
əhalinin sosial xidmətlərlə təmin olunmasında mühüm rol oynayır və xüsusi 
institutlar sisteminə nisbətən daha səmərəli vasitə kimi çıxış edir. Bu, yenidən 
bölgü siyasətidir. Belə siyasətin formalaşmasında konseptual baxımdan sosial-
demokratik ideologiyanın böyük təsiri vardır. Buna tipik nümunə kimi sosial 
dövlətin İsveç modelini göstərmək olar. Hər iki qrup arasındakı fərq bu və ya digər 
amillərin hansının olub-olmamağında deyil, onlar arasında mövcud olan 
nisbətlərdən, dövlətin sosial sahəyə müdaxiləsi və yenidən bölgü prosesində 
iştirakından asılıdır. 


11 
Bütün bazar iqtisadiyyatı ölkələrində sosial siyasət bu iki qrup arasında 
yerləşir. Skandinaviya ölkələrinin sosial siyasəti əsasən sosial-demokratik modeli 
olsa da, bu ölkələrdə dövlətin sosial siyasətində liberal elementlərdən də istifadə 
edilir. Bütün Avropa ölkələrində sosial yönümlü bazar iqtisadiyyatı həm liberal, 
həm də sosial-demokratik elementlərin təsiri əsasında inkişaf edir. 
Sosial inkişaf, sosial problemlər, sosial tədbirlər və proqramlar sosial 
siyasətin əsas ideyası olub, respublikanın iqtisadi inkişafı, onun mövcud islahatlar 
şəraitində tələbatının ödənilməsi və sosial müdafiəsinin konkret yolları ilə reallaşır. 
Respublikanın iqtisadi inkişafının sosial nəticələri, əhalinin həyat səviyyəsinin 
yüksəldilməsində, yeni iş yerlərinin açılması və sosial ehtiyacların konkret 
ödənilməsi yolları ilə müəyyən olunur. Sosial tədbirlər mikrosəviyyədə tələbatın 
ödənilməsi imkanları, onların amilləri və təşkilati idarəetmə tədbirlərin məcmusu 
kimi formalaşır. Mikroiqtisadi sosial araşdırmalar, sosial siyasətin reallaşma 
obyektləri, sosial idarəetmə orqanlarının strukturu, həmçinin ərazi, sahə və özünü 
idarəetmə metodlarının sistemi ilə təmin olunur. Sosial siyasətin hüquqi bazası 
mövcud qanunvericiliklə hər bir iqtisadi qanunun sosial nəticələrini tənzimləməklə 
idarə olunur. Sosial siyasətin tənzimlənməsi , iqtisadi, təşkilati və hüquqi əsasların 
təminatı sosial sahələrin ümumi cəhətlərini özündə əks etdirən qanunlar sistemi, 
xüsusi qanunlar və normativ aktlar vasitəsi ilə həll olunur. Sosial sahələrin 
qanunları həmin sahələrin hüquqi və iqtisadi təminatı sistemində münasibətlərin 
tənzimlənməsinə yönəlir. Hər bir sosial sahənin maliyyə əsasları dövlət büdcəsinin 
təsdiqi ilə həyata keçirilir. Sosial inkişaf, həmçinin bazar iqtisadiyyatı şəraitində 
xüsusi vəsaitlər, yerli (bələdiyyə) büdcələri və əhalinin vəsaitləri hesabına da təmin 
olur. Dövlət büdcəsinin sosial yönlülüyü onun xərclərindəki sosial sahələrə ayrılan 
vəsaitlə müəyyən olunur. 
Sosial sahələrin tənzimlənməsi dövlət sosial siyasətin və iqtisadiyyatın əsas 
istiqamətləri üzrə həyata keçirilir. Sosial dövlət haqqında maddələr daxil edilmiş 
Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan, layiqli həyatın və 
insanların azad inkişafı üçün şəraitin formalaşmasına istiqamətlənmiş siyasətli, 
sosial dövlət elan edilmişdir. İnsan hüquqlarına və ləyaqətinə hörmət, məqbul 


12 
həyat və əlverişli əmək şəraitinin təmin edilməsi, iqtisadi sabitliyin yüksəldilməsi, 
sosial ədalətin əsas elementlərini təşkil edirlər. Belə ki, sosial ədalət olmadan, nə 
hər hansı bir ölkədə, nə də planet üzərində bütövlükdə, dinclik və əmin-amanlıq 
mümkün olmaz. Sosial dövlətin ayrılmaz funksiyaları aşağıdakılardır: 


Yüklə 447,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin