68
Sinqapur
Sinqapur şəhərini ağıllı maliyyə mərkəzinə çevirməkdə qarşıya qoyulan hədəflərdən
biri də risklərin daha effektiv idarə edilməsi, yeni imkanların yaradılması, effektivliyin
yüksəldilməsi, iqtisadi dəyərin artırılması və əsas etibari ilə Sinqapurluların həyat şə-
raitinin yaxşılaşdırılması üçün innovasiyaların və texnologiyaların geniş istifadəsinin
təmin edilməsidir. SMNQ bu sahədə texnologiyanın innovativ istifadəsini müəyyən
edən tənzimləyici rejimin tətbiq edilməsini əsas təkanverici qüvvə hesab edir.
Sinqapurda sandbox rejimi “Sandbox” və “Sandbox express” adı altında iki formada
tətbiq edilir. Tətbiq edilmə formasından asılı olmayaraq sandbox rejimi müəyyən fəa-
liyyət sahəsini və fəaliyyət müddətini əhatə etməlidir. Bu rejim hər hansı hüquqi və
tənzimləyici tələblərdən qaçmaq üçün tətbiq edilməməlidir. Bu rejim altında yeni və
bazarda oxşarı olmayan fəaliyyət növü testləşdirilməlidir.
1.
Sandbox
daha mürəkkəb biznes modellər üçün nəzərdə tutulmaqla yüksək risk
səviyyəsi və gəlirlərin balanslaşdırılması baxımından fərdi yanaşmanı tələb edir.
2016-cı ilin noyabr ayında qəbul edilən “Fintex Tənzimləyici Sandbox Təlimat”ı [11]
əsasında bu istiqamət üzrə qanunvericilik bazası formalaşdırılmışdır.
Sandbox rejimindən faydalanmaq məqsədilə müraciət zamanı təşkilatın fəaliyyət isti-
qaməti, təşkilati strukturu və işçi heyəti, maliyyə vəziyyəti, həyata keçiriləcək fəaliy-
yəti tənzimləyən dövlət qurumu, təklif edilən məhsul və ya xidmət, habelə onun üstün-
lükləri, hədəflənən istehlakçı kateqoriyası, məhsul və xidmətin tətbiq ediləcəyi sahə,
texniki infrastruktur və istifadə ediləcək həllər, mövcud biznes modellərdən fərqlən-
dirici xüsusiyyətlər, qanunvericilik tələblərinin gözlənilməsi istiqamətləri, fəaliyyətin
başlanılacağı və bitəcəyi müddət və digər məlumatlar SMNQ-yə təqdim edilir. Sand-
box rejiminin fərqləndirici xüsusiyyətlərindən biri də müəyyən edilmiş müddət bitmə-
dən 1 ay əvvəl təşkilatın müddətin uzadılması barədə SMNQ-yə müraciət etmək hü-
ququnun olmasıdır. Müddətin uzadılması səbəblərindən biri müştərilərin rəy və təklif-
ləri əsasında biznes modelin dəyişdirilərək təkmilləşdirilməsi və s. ola bilər.
Sxem 2-də görünndüyü kimi, müraciət və qiymətləndirmə mərhələlərindən uğurla
keçdikdən sonra təşkilat testləşdirmə mərhələsində iştirak edir. Bu mərhələdə təşkilat
öz müştərilərini sandbox rejimi altında fəaliyyət göstərməsi haqqında əvvəlcədən
məlumatlandırmalıdır.
Sandbox ekspress
risk səviyyəsinin aşağı olduğu və bazar iştirakçıları tərəfindən asan-
lıqla qəbul edilən, müsbət qiymətləndirildiyi təqdirdə qanunvericilikdə dəyişikliyin
daha çevik ola biləcəyi biznes modellər üçün nəzərdə tutulmuşdur. Bu istiqamət üzrə
qanunvericilik bazası isə 2019-cu ilin avqust ayında “Sandbox Express Təlimat”ı [12]
adlı sənədlə müəyyən edilmişdir.
Bu rejimin tətbiq edilməsində məqsəd SMNQ tərəfindən tənzimlənən bəzi xidmətləri
göstərən təşkilatlar tərəfindən innovativ maliyyə xidməti və məhsullarını testləşdirmə
Dostları ilə paylaş: