69
üçün bazara daha tez gətirmək imkanının yaradılmasıdır. Əvvəlki yanaşmadan fərqli
olaraq bu rejim altında müddətə və resurslara qənaət edilir.
Sxem 2. Sandbox rejiminin tətbiqi mərhələləri
Bu rejim altında sığorta brokeri və mütəşəkkil bazarın (səhm bazarı, əmtəə bazarı və
s.) təşkil və ya idarə edilməsi xidməti göstərilə bilər. Bu xidmətlər üzrə risk səviyyəsi
aşağı və qəbul edilə bilən olmalıdır.
Sandbox express rejimi altında fəaliyyət göstərmək üçün təşkilat lisenziyanın verilməsi
və ləğvi şərtlərinə uyğun fəaliyyət göstərəcəyinə dair iltizamı imzalamalı, müştəri olaraq
hər hansı bir şəxsi qəbul etməmişdən əvvəl qanunvericiliklə müəyyən edilən məlumatı,
o cümlədən Sandbox Express rejimi altında fəaliyyət göstərməsi, bu fəaliyyətinin müm-
kün nəticələri, həmçinin yarana biləcək risklər və onların təsiri haqqında məlumatları
tam və aydın formada təqdim etməli və müştəridən bu məlumatla tanış olması haqqında
yazılı təsdiq almalıdır. SMNQ bu rejim altında təşkilatın fəaliyyətinin qiymətləndiril-
məsi zamanı səhmdarların məqbul və lazımi keyfiyyətlərə malik olmasını,
həmçinin
təqdim edilən məhsul və ya xidmətin innovativliyini nəzərə alır.
T.H.Rüstəmov, X.R.Tağıyev, G.M.Mahmudova, S.İ.İsayeva: Sandbox rejimi və maliyyə
bazarlarına təsiri
70
Sxem 3. SMNQ tərəfindən tətbiq edilən qiymətləndirmə kriterilərinə dair sxem
III.
Sandbox rejiminin maliyyə bazarlarına təsiri
Sandbox rejimi maliyyə bazarlarının liberallaşdırılması istiqamətində fundamental is-
lahatlardan biridir. Bu liberallaşma maliyyə bazarlarının inkişafında yeni mərhələnin
başlanılmasını təmin edir.
İnnovativ ödəniş həlləri və texnologiyalarının tətbiqinin
prioritet hesab olunduğu
sandbox rejiminin maliyyə bazarlarına təsiri müxtəlif cür qiymətləndirilə bilər. Bu,
əsasən maliyyə bazarlarının inkişaf səviyyəsindən asılıdır. Nümunə olaraq İngiltərədə
sandbox rejiminin potensial təsiri aşağıdakı amillər üzrə qiymətləndirilir:[13]
innovativ ideyaların maliyyə bazarlarına daxil olması üzrə müddətin və poten-
sial xərclərin azaldılması;
tənzimləyici çərçivədə qeyri-dəqiqliyi azaltmaqla innovatorlar üçün maliyyə və-
saitlərinə əlçatanlığın təmin edilməsi;
maliyyə bazarlarında daha çox məhsulun testləşdirilməsi və daxil edilməsi im-
kanının yaradılması;
yeni məhsul və xidmətlər üzrə istehlakçıların hüquqlarının düzgün müdafiəsinin
təmin edilməsi üçün tənzimləyici-nəzarətedici qurumunun innovatorlarla birgə fəaliy-
yətinin təmini.
Dostları ilə paylaş: