Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


T.H.Rüstəmov, X.R.Tağıyev, G.M.Mahmudova, S.İ.İsayeva: Sandbox rejimi və maliyyə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   49   50   51   52   53   54   55   56   ...   163
UNEC-2021-məqalələe

T.H.Rüstəmov, X.R.Tağıyev, G.M.Mahmudova, S.İ.İsayeva: Sandbox rejimi və maliyyə 
bazarlarına təsiri 


64 
Üçüncü mərhələdə
 
sandbox rejiminin tətbiqi ilə paralel olaraq alternativ həll yolları 
da qiymətləndirilir. Bu mərhələdə ilk növbədə məhdudiyyətlərin tipindən asılı olaraq 
normativ-hüquqi aktların, o cümlədən normativ xarakterli aktların təkmilləşdirilməsi 
və ya dəqiqləşdirilməsi istiqamətləri, bazar iştirakçıları ilə qarşılıqlı müzakirələrin 
aparılması imkanı, qanunvericlikdə mövcud tənzimləyici normalardan istifadə ilə ça-
tışmazlığın aradan qaldırılmasının mümkünlüyü, habelə yeni texnologiyanın əhə-
miyyətli olan hansı üstünlüklər vəd etməsi təhlil edilir. 
Aparılan təhlil nəticəsində digər tənzimləyici alətlərdən isifadə və qanunvercilikdə 
təkmilləşdirmələrin aparılması üzrə həll yolları mümkün olmadıqda testləşdirmənin 
aparılması kimi yeni yanaşmanın tətbiqi qiymətləndirilir. Qiymətləndirmə məqsədə-
müvafiq olduqda isə sandbox rejiminin tətbiqi barədə qərar qəbul edilir. 
Maliyyə bazarlarının inkişaf istiqamətlərinin müəyyən edilməsi çərçivəsində innova-
siyaların tətbiqinin sürətləndirilməsi və daha əlverişli mühitin formalaşdırılması məq-
sədilə digər alətlərin istifadəsinin mümkünlüyü təyin edilir. Bu mümkün olduğu təq-
dirdə isə sandbox rejimi tətbiq edilmədən digər tənzimləyici alətlərdən istifadənin 
mümkünlüyü qiymətləndirilir.
Sandbox rejiminin reallaşdırılması qərarlaşdırıldıqda bu rejimin tətbiqi və ona nəzarəti 
həyata keçirəcək cavabdeh qurum, o cümlədən qurum daxilində bölmə, komitə və 
onun səlahiyyətləri, habelə daxili və xarici resurslar, rejimin tətbiqi üzrə proseslərin 
ardıcıllığı, maraqlı tərəflərlə fəaliyyətin koordinasiya istiqamətləri, şəffaf monitorinq 
və hesabatlıq prosedurunun istiqamətləri müəyyən edilməlidir. Qeyd etməliyik ki
2019-cu ildə Yoxsulluğa Qarşı Mübarizə Qrupunun (CGAP) ölkələrarası apardığı 
anket-sorğuya əsasən müəyyən edilmişdir ki, fərqli dövlətlərdə sandbox rejiminin 
idarə olunmasına cəlb olunan əməkdaşların sayı 1-25 nəfər arası dəyişir. Üstəlik əksər 
dövlətlərdə (sorğuda iştirak edən dövlətlər) 73%-ində bu işçilər tənzimləyici-nəza-
rətedici qurumun öz daxili resursları hesabına təmin edilmişdir. 
Ümumən sandbox rejimini xarakterizə edən xüsusiyyətləri aşağıdakı kimi qruplaş-
dırmaq olar: 

məqsədin əvvəlcədən müəyyən edilməsi
– 
sxemdə də açıqlandığı kimi tənzim-
ləyici-nəzarətedici qurum rejimin tətbiqi ilə bağlı məqsəd(lər)i əvvəlcədən müəyyən 
edir. Bir çox hallarda bu, maliyyə bazarlarında innovasiyaların tətbiqinin genişlən-
dirilməsi ilə əlaqədar olur; 

çərçivə tələblərinin əvvəlcədən müəyyən edilməsi – maliyyə bazarlarında inno-
vasiyaların tətbiq ediləcəyi sahə və istiqamətlər əvvəlcədən qanunvericiliklə və ya 
tənzimləyici-nəzarətedici qurum tərəfindən dəqiq müəyyən edilir; 

test rejiminin müddətli olması – fəaliyyətin həyata keçirilməsi üçün təşkilata 
müəyyən müddət verilir. Məhz bu müddət ərzində təşkilat innovativ həll və ya tex-
nologiyanı reallaşdırır; 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin