84
Cədvəl 1-ə baxdıqda aydın olur ki, 2005 - 2019-ci illər ərzində qeyd edilən hər bir
göstərici üzrə böyük irəliləyişlər əldə edilmişdir. Lakin dünya ölkələri ilə müqayisə
etdikdə daha çox inkişafa ehtiyac duyulduğu aydın olur. Belə ki, ölkəmizdə fəaliyyət
göstərən bütün müəssisələr içərisində kompüterdən istifadə edən müəssisələrin payı
2005-ci ildə 20,5% olduğu halda, 2019-cu ildə artaraq 62,8%-ə çatmışdır. Amma bu
rəqəm dünyanın əksər ölkələrində 70 - 80% və hətta daha artıqdır. 2019-ci ildə fəa-
liyyət göstərən müəssisələr içərisində internetdən istifadə edən müəssisələrin çəkisi
51,5% olmuşdur. Bu rəqəm də dünya ölkələrində 70 - 80% arasındadır. Bu cədvəldə
qeyd edilən başqa göstəricilər üzrə də müəyyən irəliləyişlər əldə olunmalıdır.
Azərbaycanda bütün müəssisələr içərisində kompüterdən və internetdən istifadə edən-
lərin payının az olmasının əsas səbəbi bu rəqəmin 1 - 4 və 5 - 9 işçisi olan müəs-
sisələrdə daha aşağı səviyyədə olmasıdır (Cədvəl 2).
Dostları ilə paylaş: