Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   66   67   68   69   70   71   72   73   ...   163
UNEC-2021-məqalələe

Zaman laqı və İKT 
İKT sahəsində yatırılan investisiyalardan lazımi nəticə əldə edilməsi müəyyən zamana 
görə dəyişir. Belə ki, müəssisələrdə öyrənmək, uyğunlaşmaq və yenidən təşkilatlan-
maq üçün müəyyən vaxta eytiyac duyulur. Qısamüddətli və ortamüddətli təsirlər də-
yişkən ola bilər. İKT sahəsində investisiya qoyuluşunun müəssisənin fəaliyyətinə təsir 
göstərmə müddəti haqqında yekdil fikir yoxdur. Nəticələr texnologiyanın növü və təş-
kilati innovasiyanın mövcudluğu kimi bir sıra amillərdən asılıdır.
Tədqiqatçıların əksəriyyəti müəyyən zaman ərzində İKT sahəsində investisiyaların 
müəssisələrin fəaliyyətlərinə təsirlərinin müxtəlif olduğu qənaətindədirlər. Belə ki, 
Brincolfson və Hitt qeyd etmişlər ki, İKT-yə investisiya yatırımları 1-ci ildən 6-cı ilə 
qədər müəssisənin fəaliyyətində müxtəlif təsirlərə malik olur. Yəni, uzunmüddətli 
dövrdə İKT-yə investisiya qoyuluşlarının təsiri daha çoxdur.
Qeyd etmək lazımdır ki, müxtəlif İKT növlərinə (ümumi istifadə, kommunikasiya və 
bazar yönümlü) investisiya yatırılması, İKT vasitələrindən işçi heyətin istifadəsi və 
İKT ilə təşkilati innovasiyalar arasında əlaqənin yaranması müəssisə üçün əlavə dəyə-
rin formalaşmasına səbəb olur. Belə ki, İKT resursları müəssisə daxili və xarici kom-
munikasiya və koordinasiya fəaliyyətlərini əhatə edən əlaqələrin güclənməsinə səbəb 
olur. İKT müəssisə daxilində, eyni zamanda xarici tərəf-müqabilləri (müştərilər və tə-
darükçülər) ilə sürətli və səmərəli informasiya mübadiləsinə şərait yaradır. İKT müəs-
sisənin işçiləri, şöbələri və başqa müəssisələrlə daha sıx qarşılıqlı əlaqələr və koordi-
nasiyaya sahib olmağa kömək edir [5]. 
Başqa bir tərəfdən isə daxili və xarici kommunikasiyalar, o cümlədən koordinasiya 
müəssisədə əməliyyatların daha yaxşı şəkildə icrasına səbəb olur. Bildiyimiz kimi, 
istehsal müəssisələrində əməliyyatlar əsasən dörd iqtiqamət üzrə reallaşdırılır: xərc, 
keyfiyyət, çatdırılma və dəyişikliklərə uyğunlaşma. Müəssisədə İKT-dən istifadə et-
məklə daha yaxşı kommunikasiya və koordinasiyaya malik olmaq həmin dörd sahənin 
güclənməsinə səbəb olur. Lazımi informasiyanın əldə edilməsi qərar qəbul etmə pro-
sesinin yaxşılaşmasına və istehsal resurslarının daha səmərəli şəkildə bölünməsinə 
səbəb olur ki, bu da öz növbəsində müəssisənin məhsuldarlığını və səmərəliliyini 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin