80
nin təsiri ilə əlaqədar bir çox tədqiqatlar aparılmışdır. Bu tədqiqatlarda əsasən İKT-
nin müəssisənin bazar payı, bazar dəyəri və başqa dəyişənlərə təsiri araşdırılmışdır.
İKT-nin müəssisənin əməliyyatlarına təsiri ilə əlaqədar aparılan tədqiqatların əksə-
riyyətində əsasən məhsuldarlıq və xərclərin azalması istiqamətlərinə daha çox diqqət
yetirilmişdir. Qeyd edilmişdir ki, İKT müəssisənin məhsuldarlığını artırır və biznes
proseslərində səmərəliyin yüksəlməsinə səbəb olur. Bu da təkcə xərclərin azalması ilə
deyil, eyni zamanda layihələndirmə prosesində keyfiyyətin yüksəlməsi və inventar-
laşma menecmenti sistemlərinin yaxşılaşması vasitəsilə baş verir [5]. Belə ki, müəs-
sisənin rəqabət üstünlüyünü yaradan amillərdən biri məhsulun keyfiyyətidir. Davamlı
olaraq yeni növ keyfiyyətli məhsul ilə bazara daxil olan müəssisə öz rəqabət qabi-
liyyətini qorumuş olur. Yeni növ məhsulların keyfiyyəti və mənfəətliliyi həmin məh-
sulun layihələndirilməsi prosesində və müştərilərin ehtiyaclarının öyrənilməsində
İKT-dən istifadədən birbaşa şəkildə asılıdır. Bu da müəssisələrin istehsal poten-
sialından səmərəli istifadəsinə və istehsal amillərinə nisbətən daha çox məhsul isteh-
salına səbəb ola bilər. Eyni zamanda müəssisələrin inventarlaşma menecmentində
İKT-dən geniş istifadəsi bu istiqamətdə olan xərclərin azalması ilə nəticələnir.
İKT eyni zamanda informasiya sistemlərinin fəaliyyətini gücləndirərək müəssisə daxi-
lində koordinasiyanın, daxili və xarici əlaqələrin yaxşılaşmasına səbəb olur. Belə ki,
İKT vasitəsilə adi işçilər və menecerlər arasında səmərəli informasiya mübadiləsi
təmin edilir və bütün əməkdaşlar arasında qarşılıqlı əlaqələrin genişlənməsi baş verir.
Müəssisə daxilində informasiya mübadiləsi sürətinin artması və qərar qəbulu prose-
sində zəruri informasiya təminatının təşkili doğru və düzgün qərarların qəbuluna, o da
öz növbəsində müəssisə fəaliyyətində müsbət nəticələrə səbəb olur.
Dostları ilə paylaş: