11
edilmişdir. Qərara əsasən qaydalar 01.01.2021-ci il tarixdən qüvvəyə mindiyindən
hələ ki, onun əsasında faktiki qiymətləndirmələr aparılmamışdır. Belə ki, Qaydaların
3.1-ci bəndinə əsasən Qüvvədə olan güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi
hesabat ilindən sonraki ilin iyul ayının 10-dək həyata keçirilir (2).
Beynəlxalq praktikada qəbul edildiyi kimi, qeyd olunan Qaydalarda da güzəştlərin
səmərəliliyi aşağıdakı meyarlar üzrə qiymətləndirilir.
-
Büdcə səmərəliliyi;
-
İqtisadi səmərəlilik;
-
Sosial səmərəlilik.
Qaydalara əsasən güzəştlərin səmərəliliyi dedikdə büdcə, iqtisadi və sosial baxımdan
güzəştlərin qiymətləndirilən ölçüsü, büdcə səmərəliliyi dedikdə güzəştlərin vergi və
dövlət büdcəsinə daxil olan digər icbari ödənişlərə təsirinin qiymətləndirilməsi ölçüsü,
iqtisadi səmərəlilik dedikdə güzəştlərin bu Qaydaların 4.1.2-ci yarımbəndində qeyd
olunan iqtisadi göstəricilərə təsirinin qiymətləndirilməsi ölçüsü, sosial səmərəlilik
dedikdə isə güzəştlərin bu Qaydaların 4.1.3-cü yarımbəndində qeyd olunan sosial
göstəricilərə təsirinin qiymətləndirilməsi ölçüsü başa düşülür.
Sxematik olaraq vergi güzəşt və azadolmalarının səmərəlilik meyarlarını aşağıdakı
kimi əks etdirə bilərik.
Mənbə: Müəllif tərəfindən tərtib edilmişdir.
Araşdırmamızın predmetinə uyğun olaraq diqqəti vergi güzəşt və azadolmalarından
səmərənin qiymətləndirilməsinə yönəldək. Beynəlxalq təcrübədə də bir qayda olaraq,
vergi güzəşt və azadolmalarından səmərənin yuxarıda qeyd edilən meyarlarından is-
tifadə edilir.
İndi isə yuxarıda qeyd edilən meyarların iqtisadi mahiyyətini açıqlamağa cəhd edək.
V
er
gi
g
üz
əşt
v
ə a
za
do
lm
al
ar
ın
ın
sə
m
ər
əl
ili
k
m
ey
ar
la
rı
Büdcə səmərəliliyi
İqtisadi səmərəlilik
Sosial səmərəlilik
Dostları ilə paylaş: