140
əhalinin real gəlirlərinin və istehlak qiymətləri indeksinin hesablanmasında, minimum
istehlak səbətinin hesablanmasında və yoxsulluq səviyyəsinin ölçülməsində, kənd
təsərrüfatı məhsullarının istehsalı və istifadə olunması balansının tərtib edilməsində,
Milli Hesablar Sisteminin ev təsərrüfatları bölməsində bu göstəricilər geniş istifadə
olunur. Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqi Dünya Bankının meto-
dologiyasına və Avropa Statistika Təşkilatının Avropa Birliyi ölkələri üçün tövsiyə
etdiyi Avropa Uyğunlaşdırılmış Vaxtdan İstifadə Sorğusu metodologiyasına
əsasən
həyata keçirilir.
Əhalinin həyat səviyyəsinin tədqiqi “Azərbaycanda statistik işlərin
reqlamenti”nə uyğun olaraq dövlət statistika orqanları tərəfindən aparılır [1].
Ev təsərrüfatları tədqiqatı təkcə ev təsərrüfatlarının fəaliyyətini deyil,
həmçinin bu
fəaliyyətin nəticəsində formalaşan ev təsərrüfatlarının büdcələrinin strukturunu, quru-
luşunu və ona təsir edən amilləri öyrənir. Ümumiyyətlə ev təsərrüfatlarının tədqiqi öz
xarakterinə görə müxtəlif istiqamətli və çoxşaxəlidir. Onun əsas vəzifəsi istehlak qiy-
mətləri indeksinin hesablanması zamanı istifadə olunan mal, məhsul və xidmətlərin
çəki göstəricilərinin əldə edilməsi və milli hesablar sistemində ev təsərrüfatları bölmə-
si hesablarının tərtib edilməsi üçün göstəricilərin alınmasından ibarətdir.
Ənənəvi
büdcə tədqiqatı həm də əhalinin maddi rifah durumuna görə bölünməsi, yoxsulluğun
səviyyəsi və ərzaq malları istehlakı haqqında statistik məlumatların mənbəyidir. Eləcə
də, bu tədqiqat istər coğrafi, istər demoqrafik, istərsə də ənənəvi
amillərin təsiri ilə
müxtəlif fəaliyyət sahələrinin ev təsərrüfalarının büdcəsinin formalaşmasında hansı
çəki nisbətinə malik olduğu və bu büdcəyə necə və hansı formada təsir etdiyini müəy-
yən etməyə imkan verir.
Sözsüz ki, son zamanlar geosiyasi aləmdə və dünya iqtisadiyyatında baş verən hadi-
sələr istər Azərbaycanda, istərsə də dünyada ev təsərrüfatları və onların büdcələrinə
öz təsirini göstərməkdədir və bundan sonra da göstərəcəyi istisna deyil. Belə ki, dünya
əhalisinin və bunun müqabilində ev təsərrüfatlarının sürətlə artması fonunda onların
yeni yaşayış sahələri ilə təmin olunması, artan qida və digər istehlak tələbatlarının
ödənilməsi bütün dünya ölkələrinin, dövlətlərin qarşısında duran ən ümdə məsələ-
lərdən biridir.
Ev təsərrüfatlarının tədqiqi həm “perspektiv” əhali və ev təsərrüfatlarının sayını müəy-
yən etməyə imkan verir, həm də bu artımın müqabilində ev təsərrüfatlarının istehlak
tələbatının və sosial-iqtisadi vəziyyətinin hansı istiqamətdə dəyişdiyini müəyyənləş-
dirməyə şərait yaradır.
Bu fikirlər bizə ev təsərrüfatlarının ölkə iqtisadiyyatında
əhəmiyyətini və dövlətin
iqtisadi siyasətinin təməlində ev təsərrüfatlarının sosial vəziyyətinin durduğunu qeyd
etməyə imkan verir.
Ev təsərrüfatı büdcəsi əsasında ailə, yaşayış məntəqəsi, region və respublika üzrə, habelə
sahələr, bölmələr, fəaliyyət növü və s. üzrə mühüm iqtisadi göstəriciləri hesablamaq
Dostları ilə paylaş: