156
əsas kapitala yönəldilən investisiyalar hesabına əldə edilirsə,
bir o qədəri də insan
kapitalı hesabına baş verir. Bu onu göstərir ki, dayanıqlı artıma nail olmaq üçün yalnız
investisiyaların artırılması kifayət deyil. Burada investisiyaların həcmindən başqa
onların
keyfiyyəti, səmərəliliyi və əlverişli investisiya mühitinin yaradılması daha
önəmlidir. İnvestisiyaların səmərəliyini təmin etmək üçün dəqiq məqsədlər, vəzifələr
və tələblər qoyan dövlət investisiya siyasəti tərtib olunmalı, uzunmüddətli inkişaf
strategiyasının parametrləri və ona müvafiq yığım norması müəyyən edilməlidir. Bu
məqsədə nail olmaq üçün növbəti mərhələdə iqtisadiyyatda investisiya resurslarının
kifayət olması müəyyən olunur və onlar kifayət olmayan halda, əlavə tədbirlər vasitəsi
ilə tələb olunan resursları yaratmaq üçün yığım və investisiyaların stimullaşdırma-
sından istifadə olunur. Bu mərhələdə vergi sistemi və
dövlət büdcəsinin kəsrinin
səviyyəsi önəmli rol oynayır. Uzunmüddətli vəzifələrdən başqa,
investisiya siyasəti
çərçivəsində cari məsələlər öz həllini tapmalıdır. Bu da investisiya səviyyəsinin sabit-
ləşməsi və onun üçün sabit makroiqtisadi mühitinin yaradılması, inflyasiyanın aşağı
səviyyəsinə nail olunması, tarazlaşdırılmış xarici ticarət və real faiz dərəcəsinin opti-
mal olması zərurətini ehtiva edir.
Ölkəmizdə innovativ inkişafın fiskal mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı
konkret xərc istiqamətlərinin seçilməsi vacibdir. Əsasən 3 istiqamətdə təkmilləşdirilən
bu xərclər ölkədə elm xərclərinin, texnologiya, eləcə də müasir innovativ avadanlıq-
lara yatırılan investisiyaların və eyni zamanda elektron hökumətin təkmilləşdiril-
məsinə yönəldilən xərclər formasında həm mikro, həm də makroiqtisadiyyatda inno-
vasiya göstəricilərinin yaxşılaşmasına səbəb olacaqdır.
Azərbaycanda innovasiya fəallığının formalaşdırılmasında mühüm şərtlərdən biri in-
novasiya sahibkarlığının maliyyələşdirilməsi işinin təşkili zamanı
beynəlxalq stan-
dartlara uyğun səmərəli investisiyalaşdırma formalarının seçilməsi və təcrübədə ef-
fektiv tətbiqi hesab edilir. Məhz bu səbəbdən müvafiq istiqamətdə dövlət iqtisadi siya-
sətini müəyyənləşdirərkən həmin maliyyələşdirmə formalarının innovasiya fəallığına
təsir göstərməsi baxımından üstünlüyü əsaslandırılmalı, onların
respublikada tətbiq
edilməsi imkanları aşkar olunmalıdır.
Səmərəli innovasiya siyasəti keyfiyyətli dövlət idarəetmə strukturu və təkmilləşmiş
biznes mühiti islahatlarını tələb edir. İqtisadi artım tempinin aşağı düşdüyü dövrdə
xüsusilə texnologiya transferi və bəzi seçilmiş sahələrdə T-İ xərclərini stimullaşdıran
tədbirlərə ehtiyac yaranır.
Tədqiqatda Azərbaycanda innovasiyalı inkişafın mövcud vəziyyətinin təhlili məqsə-
dilə bu sahədə güclü və zəif tərəflər, eyni zamanda imkanlar və tərəddüdlər müəyyən
olunmuşdur (GZİT təhlil) və bu təhlilin nəticəsi aşağıdakı
cədvəldə ümumiləşdi-
rilmişdir:
Dostları ilə paylaş: