158
İnnovasiya siyasəti beynəlxalq iqtisadi, siyasi trendləri də xüsusilə nəzərə almalıdır.
Dünya ölkələrində atırılan T-İ xərcləmələrinin həcminə əsasən məlum olur ki, yaxın
5 il ərzində dünyada öncül sektorlar süni intellekt, böyük məlumat bazaları ilə iş (“big
data analysis”), bio-nanotexnologiya, biomühəndislik, bərpa olunan enerji, proqram
təminatı, robot sənayesi, fərdi tibbi diaqnostika alətləri kimi sahələr olacaqdır.
Ölkəmizdə innovasiya yönümlü iqtisadiyyatın formalaşması istiqamətində büdcə pro-
sesinin təkmilləşdirilməsi də xüsusi əhəmiyyət kəsb edir.
Bu proses aşağıdakı məsə-
lələri nəzərdə tutur:
- dövlət tərəfindən maliyyələşdirilmə formalarının təşkil edilməsi effektivliyinin
artırılması və maliyyə resurslarının məqsədli surətdə istifadə edilməsi üzərində nəzarət
işinin təşkil edilməsi. Bu proses büdcədənkənar pul vəsaitlərindən istifadə olunma-
sının stimullaşdırılması ilə eyni zamanda həyata keçirilir;
- dövlət sektorunda olan elmi təşkilatlarda və ali təhsil müəssisələrində özəl sahib-
karlıq müəssisələrinə büdcə ayrılmalarının nəzərdə tutulması;
- yüksək texnoloji sahələrin büdcədən maliyyələşdirilməsinə yanaşmaların dəyiş-
dirilməsi. Bu istiqamətdə məqsədli proqramların həyata keçirilməsi mexanizmlərini
yenidən nəzərdən keçirmək, müqavilə sistemi şərtləri barədə məlumatlandırmaq,
innovasiya layihələrinin seçilməsində müsabiqə səviyyəsini yüksəltmək, texnologiya
vasitəçiləri institutlarını müəyyən etmək lazımdır.
2. İnnovasiyalı iqtisadiyyatda bir sıra göstəricilərin əlaqələrinin ekonometrik
qiymətləndirilməsi və nəticələrin interpretasiyası
Cədvəl 1-də verilmiş göstəricilərin zaman sırası məlumatları əsasında ekonometrik
modelləşdirmə üsulu ilə göstəricilər arasındakı əlaqələr qiymətləndiriləcəkdir [3].
Dostları ilə paylaş: