82
artırır, xərclərin azalmasına şərait yaradır. Ümumilikdə müəssisə daxilində ideyaların
mübadiləsi və yeni metodların yayılmasına səbəb olan kommunikasiya
əlaqələrinin
güclənməsi keyfiyyətin artmasına şərait yaradır. Kommunikasiya və koordinasiya əla-
qələrinin güclənməsi eyni zamanda çatdırılmada sürətin və dəqiqliyin artmasına səbəb
olur. Habelə informasiya mübadiləsinin artması təklif zənciri
vasitəsilə müştərilərə
xidmət göstərilməsi səviyyəsinin yaxşılaşması ilə nəticələnir. Müəssisənin dəyişikliyə
adaptasiya səviyyəsinin yüksəkliyinə görə müştərilərlə lazımi əlaqələrin mövcudluğu
ətrafda baş verən dəyişikliyə tez bir zamanda reaksiya göstərməyə və rəqabət üstün-
lüyünü qoruyub saxlamaq və əldə etmək məqsədilə yaranmış yeni ehtiyacların ödə-
nilməsinə səbəb olur.
Eyni zamanda İKT-dən istifadə müəssisənin əməliyyatlarının icrasına
müsbət təsir
etməklə onun bazar payının və mənfəətinin artmasına səbəb olur. Belə ki, müəssisədə
əməliyyatların icrası yüksək səviyyədə olduğu halda, müştərilərin cəlb edilməsi baş
verir və bu da öz növbəsində satışın və bazar payının artmasına səbəb olur.
Dünyanın müxtəlif ölkələrində müəssisələrin İKT-dən istifadə səviyyəsi
Bütün qeyd edilən nəzəri yanaşmalardan və bir çox başqa tədqiqatlardan aydın olur
ki, müəssisələrin fəaliyyətlərində səmərəliliyin və məhsuldarlığın artırılmasında, is-
tehsal resurslarından səmərəli istifadəsində, rəqabət üstünlüyünün qorunub saxlanma-
sında, bazar payının genişlənməsində, müəssisənin daxildə və kənarda əlaqələrinin in-
kişafında İKT-dən istifadənin böyük rolu vardır. Bu səbəbdən də hər bir müəssisənin
öz fəaliyyətində İKT-dən geniş şəkildə istifadə etməsi önəmli hesab olunur.
Lakin
statistik
rəqəmlərə nəzər yetirdikdə, müəssisələrin heç də hamısının
bu texnologi-
yadan yüksək səviyyədə istifadə etdiyi görünmür. Belə ki,
beynəlxalq statistik rə-
qəmlərə əsasən, 2019-cu ildə dünya ölkələrində müəssisələrin
elektron kommersi-
yadan istifadə səviyyəsi fərqli olmuşdur. Bir sıra ölkələrdə ümumi müəssisələrin 25 -
35%-i məhsul satışı məqsədilə elektron kommersiyadan istifadə etmişdir. Avropa öl-
kələrindən olan Belçikada mövcud müəssisələrin 31%-i, Çexiyada 30%, Danimarkda
34%, İrlandiyada 39%, Xorvatiyada 22%, İsveçdə 33% və Böyük Britaniyada 26%-i
məhsul satışı məqsədilə elektron kommersiyadan istifadə etmişlər. Bir sıra başqa öl-
kələrdə isə bu rəqəm nisbətən aşağıdır: Estoniya 21%, Macarıstan 15%, Latviya 14%,
Bolqarıstan 11%, Yunanıstan 11% və Türkiyə 11%.
2019-cu ildə dünyanın bir sıra ölkələrində, bütün müəssisələr içərisində onlayn alış
həyata keçirən müəssisələrin payı İsveçdə 78%, Niderlandda 66%, Çexiyada 61%,
Norveçdə 60%, Böyük Britaniyada 53%, Latviyada 45%, Lüksemburqda 45%, Maca-
rıstanda 41%, Bolqarıstanda 17% və Yunanıstanda 14% olmuşdur [9].
Dostları ilə paylaş: