Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
“Karyera planlanması və inkişafı” kafedrasının müəllimi,
Məmmədova Günel Rəhman qızı
Gunel.mammadova.r@gmail.com
Fənn: Karyera planlaması
Mövzu: İşgüzar etika
P L A N
Normativ etik dəyərlər
Korporativ mədəniyyət
Subardinasiya və müraciət qaydaları
İşgüzar geyim tərzi
Gizlilik prinsipləri
Rəqabət
Mobbinq
İşgüzar yazışma qaydaları
Mühazirə mətni ilə tanışlıq tələbələrə karyera iş həyatında etik normalar və qaydalar haqqında ümumi məlumatlar verəcəkdir.
Normativ etik dəyərlər
"Etika" sözü Yunan dilindən ethos (xarakter) və Latınca mores (adətlər) sözlərindən götürülmüşdür. Birlikdə, fərdlərin bir-biri ilə necə qarşılıqlı əlaqə qurmağı seçdiyini təyin etmək mənasına gəlir. Fəlsəfədə etika şəxsiyyət və cəmiyyət üçün yaxşı olanı müəyyənləşdirir və insanların özlərinə və bir-birlərinə qarşı etməli olduqları vəzifələrin mahiyyətini təsbit edir.
Etika insanların necə davranmalı olduğuna dair əsaslı standartlarla məşğul olur, insanların davranışlarından yox davranış tərzindən bəhs edir. Etik insanlar həmişə hər vəziyyətdə düzgün qərar verməyə çalışırlar. Etik qərar qəbuletmə müəyyən edilmiş davranış normalarına riayət etməyi tələb edir. Etik normalar yaxşı davranmaq və pis davranışlardan uzaq olmaq üçün bütün təşkilatlarda istifadə edilir, etik davranışları təşviq edir, ədalət, dürüstlük, bitərəflik və məsuliyyəti özündə cəmləşdirən iş mühiti üçün zəmin yaradır. Etik dəyərlər bizim nəyin düz, nəyin səhv olduğuna qərar verməyimiz üçün bizə yol göstərən kompas kimidir. Normativ etik dəyərləri qorumaq karyera üçün çox önəmlidir.
Dostları ilə paylaş: |