Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Karyera planlanması və inkişafı” kafedrasının müəllimi, Məmmədova Günel Rəhman qızı



Yüklə 89,67 Kb.
səhifə1/11
tarix30.01.2022
ölçüsü89,67 Kb.
#51806
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   10   11
UNEC 1641907042




Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Karyera planlanması və inkişafı” kafedrasının müəllimi,



Məmmədova Günel Rəhman qızı

Gunel.mammadova.r@gmail.com


Fənn: Karyera planlaması 

Mövzu: İşgüzar etika

P L A N

  1. Normativ etik dəyərlər

  2. Korporativ mədəniyyət

  3. Subardinasiya və müraciət qaydaları

  4. İşgüzar geyim tərzi

  5. Gizlilik prinsipləri

  6. Rəqabət

  7. Mobbinq

  8. İşgüzar yazışma qaydaları

Mühazirə mətni ilə tanışlıq tələbələrə karyera iş həyatında etik normalar və qaydalar haqqında ümumi məlumatlar verəcəkdir.


  1. Normativ etik dəyərlər

"Etika" sözü Yunan dilindən ethos (xarakter) və Latınca mores (adətlər) sözlərindən götürülmüşdür. Birlikdə, fərdlərin bir-biri ilə necə qarşılıqlı əlaqə qurmağı seçdiyini təyin etmək mənasına gəlir. Fəlsəfədə etika şəxsiyyət və cəmiyyət üçün yaxşı olanı müəyyənləşdirir və insanların özlərinə və bir-birlərinə qarşı etməli olduqları vəzifələrin mahiyyətini təsbit edir.

Etika insanların necə davranmalı olduğuna dair əsaslı standartlarla məşğul olur, insanların davranışlarından yox davranış tərzindən bəhs edir. Etik insanlar həmişə hər vəziyyətdə düzgün qərar verməyə çalışırlar. Etik qərar qəbuletmə müəyyən edilmiş davranış normalarına riayət etməyi tələb edir. Etik normalar yaxşı davranmaq və pis davranışlardan uzaq olmaq üçün bütün təşkilatlarda istifadə edilir, etik davranışları təşviq edir, ədalət, dürüstlük, bitərəflik və məsuliyyəti özündə cəmləşdirən iş mühiti üçün zəmin yaradır. Etik dəyərlər bizim nəyin düz, nəyin səhv olduğuna qərar verməyimiz üçün bizə yol göstərən kompas kimidir. Normativ etik dəyərləri qorumaq karyera üçün çox önəmlidir.




  1. Yüklə 89,67 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin