Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Karyera planlanması və inkişafı” kafedrasının müəllimi, Məmmədova Günel Rəhman qızı



Yüklə 89,67 Kb.
səhifə11/11
tarix30.01.2022
ölçüsü89,67 Kb.
#51806
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
UNEC 1641907042

4. Müraciət forması

E-mail bir şəxsə ünvanlandıqda “müəllim”, “bəy”, “xanım” v.s bu kimi ifadələr, bir neçə şəxsə ünvanlandıqda isə “hörmətli həmkarlar” v.s bu kimi ifadələrdən isifadə edilməsi standartlara uyğundur.

5. Elektron imza

E-mail ünvanınızın peşəkarlığına təsir göstərən amillərdən biri də elektron imzadır. Elektron imza qarşı tərəfə sizin vəzifə və peşəniz haqqında məlumat verir. Ona görə də, e-mail adresinizdə standart ünvan, əlaqə məlumatları və vəzifəniz haqqında ümumi məlumatlar olmaqla elektron imzanız olsun.

6. Qısa və konkretlik

E-mailin qısa və konkret olmasına fikir verin. Təbii ki, çatdırmaq istədiyiniz fikri tam anlatmaq şərtilə. Uzun uzadı yazılar insana yorucu gəlir və müəyyən məqamların diqqətdən yayınmasına səbəb olur. E-mail çox uzundursa paraqraflara bölün və aydın şəkildə mövzunu izah edin.

7. Böyük hərflərlə yazmayın

Böyük hərflərlə yazmaq qətiyyən qəbul edilməzdir. Bu, əmredici şəkildə ünvanlanmış müraciət kimi qəbul olunur. Yazı qaydalarına ciddi şəkildə riayət etməyə çalışın və hər bir xırda detala nəzər yetirin

8. Reply və replay all

E-mail eyni zamanda bir neçə şəxsə göndərilə bilər. Amma bu o demək deyil ki, siz buna cavab yazarkən bunu hamıya ünvanlamalısınız. Əgər cavabınız göndərilən şəxslərin hamısı üçün məqsədə uygundursa “reply all”, əks halda isə “reply” edilərək e-mail göndərən şəxsə ünvanlanmalıdır. Bəzən iş həyatında hər hansı görüşün təsdiqinə dair bir neçə şəxsə e-mail ünvanlanır və onlardan təsdiq vermələri xahiş olunur. Bu zaman sizin təsdiq cavabınız yalnız məktubu göndərən şəxsə, yə’ni görüşun təşkilatçısına maraqlıdır. Bunu “reply all” etməklə digərlərinin vaxtını və enerjisini almış olursunuz.

9. E-mailləri cavabsız qoymayın

Mesaj qutunuzu vaxtaşırı yoxlayın və məktubları cavabsız qoymayın. Unutmayın ki, e-mail ən geci 24 saat ərzində cavablandırılmalıdır.


10. To, Cc, Bcc

Məktub bir neçə şəxsə ünvanlanırsa bütün şəxslərin ünvanını “to” bölməsinə yazmayın. Unutmayin ki, “cc”, “bcc” kimi bölmələr də var. “To” bölməsində məktubu birbaşa ünvanladığınız şəxsin e-mail adresini, “cc” bölməsində əgər ehtiyac yaranarsa göndərdiyiniz mövzu ilə əlaqəli digər şəxsləri (menecer, rəhbər və s.), “bcc” bölməsində isə mailinizi görməsini ancaq bunun gizli qalmasını istədiyiniz şəxsin e-mail ünvanını qeyd edə bilərsiniz. “Bcc” bölməsi daha çox kütləvi cavab mailləri yazılarkən mail alan şəxslərin bir-birini görməməsi üçün istifadə edilir.

11. Qoşma faylı yoxlayın.

Bəzən mail yazışmalarında hər hansı sənədləri göndərməli oluruq. Bu zaman iki nüansa diqqət etməliyik: qoşma faylı əlavə etməyi unutmamaq və düzgün faylı əlavə etdiyimizə əmin olmaq.

12. E-mail göndərmədən öncə onu son dəfə oxuyun

Qeyd etdiyimiz kimi, e-mail qarşı tərəfdə bizim haqqımızda rəy formalaşdırır. Bu rəyin mənfi olmaması üçün, göndərmədən öncə onu bir dəfə də oxuyub mətnin qaydasında olduğuna əmin olun.
Yüklə 89,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin