İş həyatında mobbinq
“Mobbing” – latınca “mobile vulgus”dan gəlir. İngiliscə “mob” hücum etmək, narahat etmək mənasınadadır. “Mobbing” termin olaraq dilimizə psixoloji terror, şiddət və ya zorakılıq olaraq tərcümə edilir. Mobbing xüsusilə möhkəm iş qruplarında, iyerarxiya olaraq gücü əlində tutan adamın, bu gücü itirməmək üçün, digər qrupa tətbiq etdiyi psixoloji şiddəttir. Bu elə bir emosional hücumdur ki, özünü ifadə etməkdə çətinlik çəkən bir işçi bu zaman özünə olan güvən və öz hörmətini itirə bilər.
“Mobbing” sözü ilk dəfə uşaqların bir-birləri ilə kobud münasibətlərini təsvir etmək üçün istifadə edilmişdir. 1950-1960-cı illərdə iş yerlərində aparılan araşdırmalar, mobbingin təkcə uşaqlar arasında yaşanmadığını ortaya qoydu. Mobbing emosional bir hücumdur. Yaşından, irqindən, cinsindən asılı olmayaraq pis davranış yolu ilə istənilən şəxsə yönəlmiş təcavüzdür.
Psixoloji şiddət anlayışı ilk dəfə Dr. Hayns Leymann tərəfindən 1984-cü ildə istifadə edilib. Şəxsin iş həyatından kənarlaşdırılması üçün qəsdən edilir. İnsanın hörmətsiz, alçaldıcı, təhqiramiz rəftar, hörmətsiz ittihamlara məruz qalması ilə başlayır. İşəgötürən, qarşı tərəfin sosial nüfuzunun azaldılmasına yönəlmiş təcavüzkar bir mühit yaratmaqla, təhqir və istehza ilə işini tərk etməyə çağırır. Bir araşdırmaya görə, qeyri-kommersiya təşkilatlarında, məktəblərdə və səhiyyə sənayesində mobbing daha çox görülür. Yüksək işsizlik dərəcələrinə görə işçinin dəyərsiz sayılması mobbinqin artmasına səbəb olur.
ABŞ-da aparılan araşdırmalarda işləyən kişilərin 15%-i, qadınarın isə düz 41%-i psixoloji şiddət qurbanıdır. Leymann, İsveçdəki intiharların 15% -nin mobbingdən qaynaqlandığını söyləyir.
Psixoloji şiddətin növləri :
1. Yuxarı pozisiyalı işçidən aşağı pozisiyalı işçiyə doğru olan mobbing bir rəhbərin tabeçiliyindəki işçilərinə qarşı tətbiq etdiyi davranışların məcmusudur. Onlar sahib olduqları təşkilati güc vasitəsilə işçilərə təzyiq göstərərək işçiləri təşkilatdan. kənarlaşdırmaq məqsədi güdürlər. Bunun bir çox səbəbi ola bilər:
2. Aşağı pozisiyada olan işçidən yuxarı pozisiyalı işçiyə doğru olan mobbing tabeçilikdəki işçilərin rəhbərlərinə qarşı fərdi ya da qrup şəklində hərəkət edərək tətbiq etdikləri davranışları təşkil edir.
3. Üfüqi psixoloji təzyiq - eyni səviyyədə və ya eyni iyerarxik qrupda olanların bir-birlərinə qarşı tətbiq etdikləri davranışların təşkil edir. Məsələn: bərabər şərtlər altında çalışan işçilərin paxıllığı, eyni vəzifədəki işçilərin maraqlarının toqquşması, şəxsi narazılıqları, eyni mövqedə olanlar arasındakı rəqabət və s.
Zorbalıq (Bullinq) zamanı hədəf şəxsə fiziki ziyan, sözlü ziyan, mənəvi ziyan verilə bilər. Bu cür davranışların rasionallaşdırılması bəzən sosial sinif, irq, din, cinsiyyət, cinsəl yönəlim, görünüş, davranış, bədən dili, şəxsiyyət, etibar, soy, güc və ya bacarıq fərqliliklərini əhatə edir. Zorbalıq bir qrup tərəfindən edilirsə ona mobbinq deyilir.
Təbii ki, psixoloji şiddətə məruz qalan insanlar bununla mübarizə aparmalıdır. İlk əvvəl bu təzyiqi göstərən şəxslərlə danışmalıdır. Faydası olmadığı halda rəhbərlərinə sıra ilə bildirməlidir
İşgüzar yazışma qaydaları
Texnologiyanın sürətli inkişafı nəticəsində məktub və digər yazışma vasitələri öz yerini elektron məktuba buraxmışdır. Lakin, bu yazışmalarda diqqət etməyimiz vacib olan bəzi məqamlar vardır. Gəlin bu məqamlara nəzər yetirək. Bu, həm iş axtaran gənclər, həm də karyerasının müəyyən pilləsində olan şəxslər üçün çox vacibdir. Eyni zamanda, e-maillər iş həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. İş mühitində bəzən gün ərzində çox sayda e-mail göndərməli oluruq və eyni zamanda e-mail qəbul edirik. Unutmaq lazım deyil ki, mail göndərdiyimiz şəxslərin əksəriyyəti bizim şəxsən tanıdığımız insanlar deyil. Onlar, bu e-maillər nəticəsində bizi tanıyır və haqqımızda onlarda fikir formalaşır. Eləcə də, hər hansı bir şirkətə iş müraciəti üçün göndərilən e-maillər də bizim haqqımızda qarşı tərəfdə fikir yaradır. Ona görə də, peşəkar e-mail yazma qaydalarını bilməli və bunları öz işimizdə tətbiq etməliyik.
Dostları ilə paylaş: |