Gizlilik prinsipləri
İş yerində məxfilik, iş zamanı rastlaşdığınız hər hansı bir gizli məlumatlarla bağlı davranışımızı ifadə edir.
Müəssisələrdə məxfi məlumatların üç əsas növü var:
Müştərilərin şəxsi məlumatları;
Şirkət tərəfindən toplanan işçi məlumatları;
“Mülkiyyət məlumatı”.
Bunların üçüncüsünə, “iş məlumatları” və ya “ticarət sirləri” də deyə biləcəyimiz mülkiyyət məlumatlarına diqqət yetiriləcəyik
Ticarət məlumatları, iş sənədlərindən tutmuş iş proseslərinin incəliklərinə, maliyyə məlumatlarına, müştərilərin siyahısına, məhsulunuzun proqram koduna və marketinq strategiyanıza qədər hər şeyi əhatə edə bilər. Normalda bu cür məlumatlar ictimaiyyət və rəqib şirkətlər üçün açıq deyil.
Gizlilik prinsiplərinə riayət etməyimiz üçün əsas səbəblər:
Bu qanunun tələbidir;
Bu prinsipləri qorumaq etibar qazanmağımıza səbəb olacaqdır;
Məlumatları məxfiliyini qorumaqla biz riskləri azaltmış oluruq;
Rəqib müəssisələrin məxfi məlumatları bilməsi çalışdığımız müəssisənin rəqabətə davamlılığını azaldır.
Günümüzün yüksək rəqabət mühitində bu məxfi məlumat rəqiblərinizə üstünlük verə bilər, buna görə də bu tip məlumatları gizli saxlamaq hər bir müəssisə üçün çox önəmlidir.
Rəqabət
İşçilər arasındakı rəqabət iş həyatının qaçılmaz bir hissəsidir. İstər açıq, istərsə də digər şəkildə, əksər şirkətlər işçilərinin tanınma, bonuslar və promosyonlar üçün bir-birinə qarşı rəqabət etdiyi bir dinamik mühit yaradırlar.
Bəzi tədqiqat işləri bu cür rəqabətin işçiləri motivasiya edərək daha çox səy göstərəcəyini və nəticələr əldə edə biləcəyini göstərir. Həqiqətən, rəqabət fiziki və psixoloji aktivliyi artırır, bu da bədəni və zehni daha çox səy üçün hazırlayır və daha yüksək performansa imkan verir.
Bəzi hallarda rəqabət inkişafa səbəb olduğu halda, digər hallarda bəzən qeyri-etik davranışlara da səbəb ola bilir. Bəs yaradıcılığı ortaya çıxaran yarışları qeyri-etik davranışlara səbəb olan yarışlardan fərqləndirən nədir? Bu, rəqabətin işçiləri necə hiss etdirməsindən asılıdır. Bəzi yarışlar qorxu və narahatlıq yaradır, çünki işçiləri işdən çıxma, gəlir itkisi və ya alçaldılma təhdidlərinə yönəldir. Digər yarışlar işçiləri maraq oyandıran, lakin insanlarda intizar və həyəcan hiss etdirən bonus və ya ictimai tanınma qazanmağa yönəldir. Narahatlıq və həyəcan bir rəqabətə çox fərqli duyğusal reaksiyalardır. Daha da əhəmiyyətlisi, bu duyğular insanları fərqli davranmağa vadar edir.
Nəticə, bonus itirməyə yönəlməyin işçiləri daha çox narahat etdiyini, bonus qazanmağa yönələn rəqabətin isə işçiləri daha çox həyəcanlandırdığını ortaya qoyur. Daha da əhəmiyyətlisi, işçilərin həyəcanı, həyəcanlarını idarə etdikdən sonra da yaradıcı davranışlarla məşğul olmaq istəklərini əhəmiyyətli dərəcədə proqnozlaşdırır. Ancaq narahatlığa yönələn işçilər qeyri-etik davranışlar etməyə daha çox yönəlirlər.
İşçilər arasındakı rəqabət bir çox insanın iş həyatının qaçılmaz bir hissəsi olmaqla yanaşı həm də inkişaf edən bir performansa səbəb ola bilər. Ancaq liderlər rəqabətin etik olmayan davranışlara deyil, yaradıcılığa yol açmasını təmin etməlidir.
Dostları ilə paylaş: |