Behavioral iş müsahibəsi- iş müsahibəsi zamanı namizədin keçmiş iş və ya digər həyat təcrübələrində nümayiş etdirdikləri davranışların öyrənilməsinə yönəlmiş suallar verməklə namizədin davranışlarını öyrənmək və onun gələcək performansını müraciət etdiyi işdə tələb olunan davranış bacarıqlarına uyğunluğunu dəyərləndirməkdir. Misal üçün əgər biz öz şirkətimizə bir İT Meneceri seçiriksə onda lazım olan texniki İT bilik və bacarıqlarından başqa onun İT şöbəsinin kollektivi ilə necə yola gedəcəyi, öz işini hansı ardıcılıqla yerinə yetirəcəyi, sifarişçi şöbə işçiləri ilə necə ünsiyyət quracağı və sair bu kimi davranışları onun şirkətə fayda verib verməyəcəyi üçün olduqca önəmlidir. Әgər bir insandan danışırıqsa onun bacarıqlarının faydalı iş əmsalının onun davranış bacarıqlarından asılı olduğunu qəbul etməliyik.
Behavioral iş müsahibəsinin əsas məntiqi psixologiya elminin illərlə apardığı müşahidələrdə və təcrübədə sınanmış bu prinsipə əsaslanır “ Hər bir insanın keçmiş işində göstərdiyi davaranışlar onun gələcək işində göstərəcəyi davranışların ən etibarlı göstəricisidir.”
Hər bir insanın formalaşmış təbii halı və onun müxtəlif həyat situasiyalarında göstərdiyi stabil davranışları (və ya ya davranış bacarıqları) vardır. Yəgin ki hamımız razı
olarıq ki şəxsi keyfiyyətlər hər gün dəyişən bir şey deyildir. Bu təbiidir burda pis və yaxşı olan bir şey yoxdur əks halda insan digərləri ilə əlaqələr qura bilməz. Lakin insanlar müəyyən müdət ərzində düşdükləri mühitə uyğunlaşa (adaptasiya) oluna bilirlər. Bəzi insanlar isə onların davranışlarına çox zidd olan mühit və şəraitə uyğunlaşa bilmirlər ya oranı tərk edir və ya mübarizə apararaq şəraiti özlərinə uyğunlaşdırmağa çalışırlar.
Fikir verin bu dediklərimizi insanların bilik və texniki bacarıqları haqqında deyə bilmərik. Әgər insan əvvəlki işində excel proqramı ilə işləməyibsə bu onun gələcək işində excel-lə işləməyi bacarmadğından xəbər vermir. Çünki bu bir texniki bacarıqdır və öyrədilə bilər. Lakin bu həmin insandan öyrənmə bacarığı tələb edəcəkdir bu isə texniki bacarıq deyil davranış bacarığıdır. Әgər insanın öyrənmə davranışı zəifdirsə o halda onun excel öyrənməsi çətinliklə baş verəcək. Bəs onun öyrənmə davranışının olub olmamasını biz hardan bilə bilərik?
Әlbəttə ki, yuxarıda qeyd olunduğu kimi namizədin keçmiş davranışlarından. Bura namizədin yalnız iş təcrübəsi deyil həmçinin onun həyat təcrübəsidə aid ola bilər. Әgər o keçmişində lazımi öyrənmə davranışı göstərməyibsə o gələcək işindədə öyrənmə davranışı göstərməyəcəkdir. Әn azından məcbur edilməsə o bunu həvəslə etməyəcəkdir. Bunun üçündə behavioral müsahibə namizədin gələcək iş üçün lazım olacaq davranışlarının daha sadə desək davranış bacarıqlarının öyrənilməsinə fokuslanır.