Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Karyera planlanması və inkişafı” kafedrasının müəllimi, Saleh Nazim oğlu Həsənov



Yüklə 154,69 Kb.
səhifə2/26
tarix30.12.2021
ölçüsü154,69 Kb.
#49250
1   2   3   4   5   6   7   8   9   ...   26
UNEC 1639078055

İş axtarma strategiyaları

İş axtarışı strategiyasını formalaşdırmağın ən vacib hissəsi şəxsin necə bir iş istədiyini müəyyənləşdirməkdən başlayır. Bunu müəyyənləşdirdikdən sonra iş axtarış planı daha effektiv nəticələr verəcəkdir. İş axtarma strategiyalarına aşağıdakılar aiddir:



  1. Sosial media hesablarının uyğunlaşdırılması

Gündəlik həyatımızda əhəmiyyətli bir rol oynayan sosial media, ünsiyyət tərzimizi tamamilə dəyişdirdi. Sosial media yalnız sosiallaşmaq üçün deyil, başqa məqsədlər üçün də istifadə olunur. Bununla birlikdə sosial medianın gücü şəxslərin həm xeyrinə həm də ziyanına olmaqdadır. Uşaqlıqdan etibarən sosial media içində böyüyən fərdlər yaş və inkişaf dövrünə görə müvafiq olaraq sosial media kanallarında müxtəlif hesablar açmaqda və yenə yaş və inkişafına uyğun mediada etdikləri ilə internetdə qalıcı izlər qoymaqdadırlar.

Hazırki biznes mühitində iş tapmaq üçün yalnız cv-nin təqdim edilməsi kifayət deyil. Namizəd haqqında məlumat toplamaq və namizədin kim olduğunu daha yaxşı anlamaq üçün sosial media işə götürənlər tərəfindən istifadə edilməktədir. Şirkətlərin əhəmiyyətli bir həssəsi namizədlərin sosial media profillərini yoxlayır və demək olar ki, əsaslı bir hissəsi isə namizədin sosial profilində tapdıqları məlumatlara əsasən işə alma qərarını formalaşdırırlar. Buna görə də, sosial mediadan düzgün istifadə etmək şəxslərin iş axtarışı strategiyasının vacib bir hissəsi olmalıdır.

Firmaların diqqətini cəlb etmək üçün sosial media profillərinin uyğunlaşdırılması və peşəkar formada yenidən qurulması vacibdir. Yuxarıda qeyd edildiyi kimi uşaqlıq dövründən etibarən istifadə edilən elektron hesabların bir hissəsinin iş axtarılan dövrdə bəlkə də artıq dondurulması yaxud ləğv edilməsi labüd ola bilər.

Namizəd kimi şirkətə təqdim edilən CV və sosial mediadakı yazıların uyğun olub-olmaması işçi seçim qərarını əhəmiyyətli dərəcədə formalaşdırır. Yəni istədiyiniz kimi ciddi və ləyaqətli bir CV hazırlayın, sosial şəbəkələrdəki yazılarınız bunun əksini göstərirsə, müsahibə aparacaq mütəxəssisin ağlında sual işarələri yaranır.




  1. Yüklə 154,69 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin