Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Karyera planlanması və inkişafı” kafedrasının müəllimi, Saleh Nazim oğlu Həsənov



Yüklə 154,69 Kb.
səhifə18/26
tarix30.12.2021
ölçüsü154,69 Kb.
#49250
1   ...   14   15   16   17   18   19   20   21   ...   26
UNEC 1639078055

Qrup müzakirəsi. Bu tip müsahibədə əsas diqqət müzakirəyə yönəldilir. Müsahibə aparan şəxslər namizədlərə müvafiq sahə və ya iş ilə əlaqədar mövzu təqdim edərək onları həmin mövzu ətrafında müzakirə və ya debata dəvət edirlər. Namizədlərin sayından asılı olaraq onlar daha kiçik qruplara bölünə bilərlər. Bu halda hər bir qrup öz müzakirələrinin nəticəsini digər namizədlər qarşısında təqdim edir.

  • Qrup fəaliyyəti. Bu tip müsahibədə müsahibə aparan şəxslər namizədlərə müvafiq sahə və ya iş ilə əlaqədar tapşırıq verərək onları birlikdə işləməyə və müvafiq həll yolu tapmağa dəvət edirlər. Namizədlərin sayından asılı olaraq onlar daha kiçik qruplara bölünə bilərlər. Bu halda hər bir qrup müvafiq problemin həlli yolunu digər namizədlər qarşısında təqdim edir.

    Panel müsahibə- bir neçə şirkət işçisinin bir iş axtaranla danışdığı müsahibədir. Panel müsahibəsi namizəd haqqında eyni anda bir neçə fikir toplamaq üçün yoldur. Müsahibələrin tərkibi şirkətin siyasətindən asılı olaraq dəyişə bilər - işə götürənlərdən və rəhbər menecerlərdən gələcək həmkarlarınıza qədər. Panel müsahibəsi zamanı şirkətin işçiləri namizədi obyektiv və hər tərəfdən öyrənmək, şəxsi və peşəkar keyfiyyətlərini tam qiymətləndirmək şansı əldə edirlər. Bundan əlavə, bu halda həm müraciət edən, həm də işəgötürən üçün vaxta qənaət olunur.

    Əgər vəzifə, kadrlar şöbəsinin işçisinin qiymətləndirə bilməyəcəyi dar bir professional bilik tələb etdirsə panel müsahibəsi aparılır. Panel müsahibəsinin aparılmasının başqa bir səbəbi, məsələn, bu yaxınlarda bu vəzifəni tutan kadr işçisinin özünün səriştəsinə şübhə ola bilər.

    Namizədin lazımi peşə vərdişlərinə və biliklərinə sahib olmasını təmin etmək üçün müraciət edənin çalışacağı şöbənin mütəxəssisləri dəvət olunur. Bu mütəxəssislər cavabdeh olduqları dar sahə ilə bağlı suallar verirlər, eyni zamanda namizədi eyni anda bir neçə meyara görə qiymətləndirirlər. Namizədin peşə keyfiyyətlərinə əlavə olaraq, onun şəxsi xüsusiyyətləri də qiymətləndirilir və nəticədə, vahid portreti alınır, və namizədin komandaya uyğun olmaması ilə bağlı ortaya çıxa biləcək risk azalmış olur.

    İş axtaran şəxs üçün daha az stresli vəziyyət mütəxəssislərdən birinin söhbəti aparması və qalanlarının ehtiyac olduqda söhbətə müdaxilə etməsi halında olur. Həm də namizəd üçün daha rahat bir vəziyyət, panel müsahibəsinin bir sıra fərdi söhbətlərə bölünməsi və namizədin hər birini növbə ilə keçməsi vəziyyəti olacaqdır.

    Panel müsahibələri şirkətlərdə tez-tez istifadə olunur. Fakt budur ki, müsahibədə bir neçə müsahibə götürən iştirak etdikdə, eyni anda bir neçə tapşırıq həll olunur:

    - Müraciətçini eyni anda bir neçə nəfər tərəfdən, birbaşa menecerin - peşəkarlıq baxımdan (namizədin bu işdə səriştəsi baxımından), İR menecerinin - psixoloji nöqteyi-nəzərdən qiymətləndirmək imkanı var.

    - Stressə davamlılıq baxımdan da namizəd sınanmış olur (stres vəziyyəti müsahibə götürənlərin sayına birbaşa nisbətdə artır).


    Yüklə 154,69 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   14   15   16   17   18   19   20   21   ...   26




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin