İnformasiya məqsədli müsahibə- işəgötürənin namizədin işlədiyi şirkətdəki korporativ mədəniyyəti, əmək haqqı və s. ilə əlaqəli mümkün qədər çox şey öyrənməyə çalışdığı bir müzakirədir. Bu iş görüşməsi deyil, qeyri-rəsmi söhbətə daha yaxındır. İş axtaran şəxs, bu sahədə real təcrübəsi olan birisindən bu sahədə necə uğur qazanacağına dair dəyərli məlumatlar əldə etməyə çalışır.
Behavioral vә ya davranışa әsaslanmış iş müsahibәsi nәdir.
İnsanların davranışları haqqında olan psixologiya elmi insanların bilik və bacarıqlarına nisbətən onların şəxsiyyətini əks etdirən və onun tərkib hissəsi olan davranışlarının insanlar hələ erkən yaşlarında tədricən formalaşdığını və böyüdükdən sonra demək olar ki, dəyişmədiyini müşahidə edirlər.
Elmə müraciət etmədən belə biz hər bir insanın özünə məxsus xarakteri, şəxsi keyfiyyətləri normal, yumuşaq və ya gərgin hallarda seçdikdəkiləri davranışların sabit olduğunu bilirik. Misal üçün, əgər hər hansı bir insan tənqid olunduqda inciyirsə o bunu digəri ilə davamlı münasibətlərində biruzə verəcəkdir. Davranış qısa müddət gizlədilə bilsədə davamlı münasibətdə aşkar olur çünki bu insanın səxsiyyətinin bir hissəsidir. Әgər burda bir işçidən söhbət gedirsə onun rəhbəri bu məsləyə çox həsas yanaşmalı və bir başa tənqidə keçməməlidir. Yox əgər onun rəhbəri sözü üzə deyən adamdırsa bu halda onların münasibəti uzun çəkməyəcəkdir. Bu misaldan belə davranışın işçi seçimində nə qədər vacib olduğu üzə çıxır. İş müsahibələrinin davranışa əsaslanmış üsulu dedikdə məhz müsahibə vaxtı namizədin davranışlarının öyrənilməsinə yönəlməmizdən söhbət gedir.
Bəs davranışı biz necə öyrənirik? Ən başlıcası, hər bir insanın keçmiş işində göstərdiyi davaranışlar onun gələcək işində göstərəcəyi davranışların ən etibarlı göstəricisidir.
Dostları ilə paylaş: |