STAR Modeli
S – Bu növ suallar namizədin hər bir ayrıca situasiyaya necə yanaşdığını təhlil etməyə yardımçı olur. Situasiya ilə bağlı namizəd danışarkən öz məntiqi təfəkkürünü, bacarıqlarını
nümayiş etdirir.
T – Namizədin qarşısında duran tapşırığı və ya məqsədi bilmədikdə onun atdığı davranışları qiymətləndirmək çətindir. Bu səbəbdən bu növ suallar namizəd qarşısında duran tapşırıqları təyin etmək üçün verilir.
1) Qarşınızda hansı hədəf dururdu?
2) Bu situasiyada qarşınıza hansı hədəfi qoymuşduz?
3) Bu situasiyada sizin üçün önəmli olan nə idi?
A – Biz namizədin qarşısında duran hədəfləri təyin etdik. İndi isə bu hədəflərin icrasında hansı addımları atdığını təyin edirik. Məhz bu hissədə namizəd öz təcrübəsini və səriştələrini nümayiş etdirir. Namizəd misal olaraq qeyd edə bilər ki, komanda olaraq birgə çalışdıq. Bu mərhələdə namizədin şəxsən özünün atdığı addımlar və konkret gördüyü işlər önəmlidir
1) Konkret olaraq nə etdiniz?
2) Hansı çətinliklə üzləşdiniz?
R – Artıq biz namizədin razlaşdığı situasiya, qarşısında duran hədəf və atdığı adımları təyin etdik. İndi isə son olaraq əldə olunan nəticəni təyin etməliyik. Atdığı addımlar nə dərəcədə ona istənilən nəticəni əldə etməyə yardımçı olduğunu bu sual formaları köməklik edəcək. Bu hissədə ehtiyatlı davranmaq lazımdır. Çünki namizəd baş düşsə ki, biz onun iş nəticəsinin uğurlu olmasını qiymətləndiririk avtomatik olaraq namizəd yalan danışmağa və ya şişirdilmiş məlumat verməyə başlayacaq.
1) Bütün qeyd etdikləriniz nə ilə nəticələndi?
2) Bununla hər şey bitdi??
3) Daha yaxşı nəticə əldə etmək mümkün idimi?
Dostları ilə paylaş: |