STAR modeli İngilis dilində olan Situation (Şərait) and Task (Tapşırıq), Action (Atılan Addımlar), Result (Nəticə) sözlərinin baş hərflərindən ibarət qısaldılmış formasıdır. Namizədin davranışını araşdırarkən müsahibə aparan STAR modelini təqib edərək onun hər bir addımına uyğun suallar verərsə, o namizədin keçmiş davranışları barəsində daha dolğun məlumat əldə etmiş olar. Başqa sözlə dəsək, namizəd gördüyü işin hansı şәritdәetdiyini, ona verilən tapşırığın nədən ibarət olduğunu, bu tapşırığın yerinə yetirilməsi üçün onun hansı addımlar attdığınıvə bu addımları atdıqdan sonra hansı nәticәlәr əldə etdiyini dəqiqliklə izah edə bilər. Bu məlumatları əldə etməklə namizədin keçmiş iş davarnaışları barəsində dəqiq təsəvvür əldə oluna bilər ki, bu da öz növbəsində onun bu davranışalarının gələcək işə nə dərəcədə uyğun gəlib gəlməməsini ölçməyə imkan verir.
İş müsahibəsinin nəticəsi olaraq verilən seçim qərarın nə qədər zənn və ya nə qədər düşüncəyə əsasən çıxarılması namizədə verilən sualların təsiri ilə bir başa əlaqədardır. Təsirli suallar namizədlərin öz keçmiş təcrübə və davranışları haqqında daha dolğun məlumatlar verməyə sövq edir. Sualları daha təsirli etmək üçün behavioral üsulda STAR modelindən istifadə olunur. Hər hansı bir sual verərkən bu model izlənərsə daha dolğun məlumatlar toplamaq mümkün olur. Misal üçün:
Yeni işçilərinizi təlimləndirdiyiniz vaxtları yadınıza salaraq və mənə konkret olaraq deyə bilərsinizmi hər hansı bir işçininizin performansını yüksəltmək üçün onu necə təlimləndiridiniz?