bakalavriat səviyyəsində kollokviumların keçirilməsı Q A Y D A L A R I
2021/2022-ci tədris ilinin yaz semestri üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələrin biliyinin cari qiymətləndirilməsi (kollokviumlar) 18.04.2022÷29.04.2022-ci il müddətində təşkil olunur.
Tədris olunan fənnin işçi proqramına uyğun tərtib edilmiş suallar kollokviumların başlanmasına ən azı 10 gün qalmış (08.04.2022-ci il tarixinə qədər) elektron universitet (KOİCA) sisteminin didaktik materiallar bölməsində yerləşdirilir və tələbələr bu haqda məlumatlandırılır.
Kollokvium sualları, tədris olunan fənnin auditoriya saatından asılı olmayaraq, didaktik materiallar bölməsinə yerləşdirilən günə qədər keçirilmiş mövzuları əhatə edən 30 sualdan ibarət tərtib edilir.
Kollokvium üçün nəzərdə tutulmuş 30 sualı tam və proporsional əhatə edən və hər bilet 3 sualdan ibarət olmaqla 30 bilet hazırlanır.
Kollokvium üçün nəzərdə tutlan biletlər fənn müəllimi və kafedra müdiri tətəfindən imzalanır.
Kollokviumların dərs cədvəlindən kənar vaxtlarda keçirilməsi məqsədəuyğun sayılır.
Kollokviumun vaxtı fənn müəllimi və qrup tərəfindən razılaşdırılmaqla təyin edilərək, kafedraya təqdim edilir.
Kafedra üzrə keçiriləcək bütün kollovkviumların siyahısı ümumiləşdirilərək kollokviumların başlanmasına ən azı 5 gün qalmış (14.04.2022-ci il tarixindən gec olmayaraq) müvafiq fakültə dekanlığlna təqdim edilir.
Kollokviumun keçirilməsi zamanı tələbələr tərtib olunan qapalı biletlərdən birini seçir.
Hər bir tələbəyə kollokvium suallarına hazırlaşması üçün ən azı 20 dəqiqə vaxt verilir.
Tələbələrin biliyi ənənəvi – sifahi (yazılı) formada qiymətləndirilir.
Kollokvium biletində qeyd olunan hər bir sualın cavabı müəllim tərəfindən 10 ballıq şkala üzrə qiymətləndirilir.
Yekun kollokvium qiyməti olaraq sualların cavablarının orta qiyməti qəbul edilir.
Kollokvium qiymətlərinin elektron universitet (KOİCA) sisteminə daxil edilməsi üçün, sistemin “Qiymətləndirmə” bölməsinə “Tədrisin növü” olaraq “Məşğələ”, “Mövzu” olaraq isə “Kollokvium” seçilməklə yeni qiymətləndirmə sətri əlavə edilir.
Fənn müəllimi yekun qiymətləri 1 gün (24 saat) ərzində elektron universitet (KOİCA) sisteminə daxil edir.