Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti I e. n., T. T. Qurbanova


Maliyyə - pul münasi­bət­lə­rinin ayrılmaz his­sə­­sidir



Yüklə 58,39 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü58,39 Kb.
#41282
1   2   3   4   5   6
ASEU TEACHERFILE WEB 1505500455417511984.docx 1600618029.docx

Maliyyə - pul münasi­bət­lə­rinin ayrılmaz his­sə­­sidir.

Maliyyə – bölüşdürücü kateqoriyadır.

Maliyyənin mahiyyətini müəyyənləşdirərkən də iqtisadçılar arasında fikir ayrılıqları yaranır. Onlardan bəziləri maliyyəni bölüşdürücü kateqoriya, bəziləri istehsal kateqoriyası, bəziləri isə təkrar istehsal kateqoriyası kimi qiymətləndirirlər.

Bilindiyi kimi, təkrar istehsal dörd mərhələdən ibarətdir:

Göstərilən hər bir mərhələnin özünəməxsus vasitələri və obyektləri mövcuddur. İnsanlar həmin vasitələrlə obyektlərə təsir edərək təkrar istehsalın mərhələlərini gerçəkləşdirirlər. Məsələn, əsas fondlar vasitəsilə dövriyyə fondlarına təsir göstərir və beləliklə də istehsal baş verir. Maliyyə vasitəsilə dəyər bölgüsü aparılarkən ümumi milli məhsulun dəyərinə təsir göstərilir və bölgü gerçəkləşdirilir.

Maliyyə bölüşdürücü kateqoriyadır və geniş təkrar istehsal prosesinin yalnız bölgü mərhələsində birbaşa iştirak edir. Maliyyə nə istehsalda, nə mübadilədə, nə də islehlakda birbaşa iştirak etmir, sonuncuya yalnız bölgü vasitəsilə təsir göstərə bilir.

Elmi anlayış kimi maliyyənin tarixi qədim olsa da, onun mahiyyəti hələ tam açılmamışdır. Cəmiyyətin inkişafında maliyyənin rolu artdıqca və iqtisadiyyatın müxtəlif sahələrinə o, daha çox nüfuz etdikcə iqtisadçılar və maliyyəçilər arasında maliyyənin mahiyyətinə dair müxtəlif baxışlar formalaşmağa başlamışdır.

Maliyyə elmində ən mübahisəli məsələlərdən biri maliyyənin iqtisadi təbiəti və maliyyə münasibətlərinin əhatə dairəsidir. Bir sıra maliyyəçilər hesab edirlər ki, maliyyə təkrar istehsalın ikinci mərhələsində ortaya çıxır. Buna görə də maliyyənin mahiyyətini təkrar istehsalın müxtəlif mərhələlərində meydana gələn münasibətlərlə bağlamaq düzgün deyil. Onu alqı-satqı fəaliyyəti üçün əsas olan və əmtəə dövriyyəsi prosesində meydana çıxan milli məhsulun dəyərinin pul formasında bölgüsü kimi qəbul etmək lazımdır.

Maliyyənin bölüşdürücü xarakter daşıdığını qəbul edən alimlər maliyyənin təkrar istehsal anlayışı olduğunu inkar etmirlər. Maliyyənin meydana gəlməsinin, təkrar istehsalın ikinci mərhələsi ilə bağlılığından danışarkən maliyyə münasibətlərinin yerini və əhatə dairəsini, iqtisadi münasibətlər sistemində onların özünəməxsusluğunu və təsir yönlərini vurğulamaq lazım gəlir. Maliyyə münasibətləri istehsal münasibətlərinin mühüm tərkib hissəsidir.

Maliyyənin meydana gəlməsinin və inkişafının bilavasitə səbəbi dövlətin və dövlət orqanlarının fəaliyyəti ilə əlaqədardır.



    1. Yüklə 58,39 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin