təmin edilməsi baxımından həyata keçirilməsi;
4.3. iqtisadiyyatın prioritet sahələrinin intensiv inkişafına investisiya qoyuluşunun
stimullaşdırılması;
4.4. in
hisarçılıq hallarının məhdudlaşdırılması və qarşısının alınması,
istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması;
4.5. təbii inhisar subyektlərinin qiymətlərinin tənzimlənməsində
ölkənin sosial
iqtisadi inkişafına səmərəli təsirinin təmin olunması;
4.6. dövlətin iqtisadi maraqlarına uyğun ölkənin təbii sərvətlərindən istifadənin
səmərəliliyinin təmin olunması;
4.7. məhsulun (malın, işin, xidmətin) daxili və dünya bazar qiymətlərinin nəzərə
alınması;
4.8. qiymətin əmələ gəlməsində iqtisadi cəhətdən əsaslandırılmış
xərclərin
ödənilməsi;
4.9. inflyasiyanın qarşısının alınması, yarana bilən iqtisadi və sosial böhranlara yol
verilməməsi;
4.10. qiymətləri tənzimlənən məhsulları (malları, işləri, xidmətləri) istehsal edən
təsərrüfat subyektlərinin texniki və texnoloji inkişafı üçün əlverişli iqtisadi şəraitin
yaradılması;
4.11. qiymət
amilinin istiqamətləndirici, həvəsləndirici və məhdudlaşdırıcı
təsirindən istifadə edilməsi.
Maddə 5. Qiymətlərin tənzimlənməsi sahəsində dövlətin vəzifələri.
5.1. Qiy
mətlərin tənzimlənməsi sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır;
5.2. qiymətlərin tənzimlənməsi sahəsində dövlətin siyasətini müəyyən etmək və
onun həyata keçirilməsini təşkil etmək;
5.3.
qiymətlərin tənzimlənməsi, tətbiqi və onlara nəzarət edilməsinə dair
qanunvericilik aktlarını qəbul etmək:
5.4. tənzimlənən
qiymətlərin təsdiqi, tətbiqi, dəyişdirilməsi,
tənzimlənməsinin
dayandırılması və qiymətin əmələ gəlməsi qaydalarını müəyyən etmək;
5.5. yerli istehsalın intensiv inkişafına əlverişli şərait yaratmaq və daxili bazarın
qorunmasını təmin etmək;
5.6. yüksək mənfəət əldə etmək məqsədilə qiymətlərin səviyyəsinin əsassız olaraq
artırılmasının qarşısını almaq və dövlətin iqtisadi maraqlarını təmin etmək;
5.7. dövlət ehtiyatlarını ödəmək üçün büdcə vəsaitini məqsədyönlü və səmərəli
istifadə olunmasını təmin etmək;
5.8. qiymətlərin tənzimlənməsi ilə əlaqədar tənzimləyici orqan ilə qiymətin əmələ
gəlməsi subyekti arasında meydana çıxan məsələlərə
baxmaq və qərar qəbul
etmək.
Dostları ilə paylaş: