Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə12/40
tarix08.05.2023
ölçüsü1,23 Mb.
#109430
1   ...   8   9   10   11   12   13   14   15   ...   40
liyev-Davud-Rafiq-o-lu

İncəsənət. Turizmin əlaqəli olduğu sahələrdən biri də incəsənət sahəsidir. 
Beynəlxalq çərçivədə keçirilən musiqi yarışları buna ən bariz nümunədir. 
Avropada çox yaxşı tanınan “Eurovision” mahnı musabiqəsi, hər il keçirildiyi 
ölkələrə çoxlu sayda turist qazandırır. İnsanlar həmin ölkələrərə səfər edərək həm 
mahnı yarışmasını canlı olaraq izləmiş olur, həm də ölkəni səyahət edərək asudə 
vaxtını səmərəli keçirir.
Azərbaycanda da 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi keçirildi. Bu 
beynəlxalq tədbirin həyata keçirilməsi ilə ölkəmizə çoxlu sayda turist axını baş 
verdi. Artıq Avropada daha geniş kütlə tərəfindən tanınmağa, turistlərin marağını 
cəlb etməyə başladı. “Eurovision – 2012” kimi nüfuzlu mahnı müsabiqəsinin 
Azərbaycanın paytaxtında keçirilməsi dünyanın dörd bir yanından turistlərin 
ölkəmizə səfəri üçün şərait yaratdı və bu mötəbər hadisə ölkədə turizm sənayesinin 
inkişafı üçün çox güclü təkan oldu. 


25 
İdman. Hər ay dünyanın müxtəlif yerlərində müxtəlif növ idman yarışları 
keçirilir. Bunlar arasında beynəlxalq əhəmiyyətli yarışlar olur ki, bu da turistləri 
cəlb etmək baxımdan əlverişli fürsət yaradır. Belə idman növləri arasında məşhur 
sayılan Olimpiya Oyunlarını, Futbol üzrə keçirilən beynəlxalq yarışları, Formula-1 
idman növünü qeyd edə bilərik. 4 ildən bir keçirilən Olimpiya İdman oyunları 
keçirildiyi ölkəyə çox böyük sayda turist qazandırır. Bu da ölkənin iqtisadiyyatında 
irəliləyişə səbəb olur.
Futbol üzrə beynəlxalq yarışlar da bura aid edilə bilər. Təkcə “Çempionlar 
Liqası” və “Avropa Liqası” kimi yarışların final mərhələlərində, həmçinin Dünya 
və Avropa çempionatları kimi beynəlxalq turnirlərdə ölkəyə gələn turistlərin 
sayında digər dövrlərlə müqayisədə artım olduğu görülə bilər. 
Azərbaycanda “Bakı 2015 Yay Olimpiya Oyunları”nın ölkəyə turist axınını 
daha da gücləndirmiş oldu. Məhz həmin ildə ilk dəfə istifadəyə verilmiş və elə 
turnirin açılış və bağlanış mərasimlərinin keçirildiyi Bakı Olimpiya Stadionu 2018-
2019 cu il mövsümləri üçün “Avropa Liqası”nın final mərhələsinə ev sahibliyi 
edəcək. Ölkəmizdə təşkil olunan “Formula 1” yarışları da turizm baxımından xeyli 
töhfə vermiş oldu. 
Siyasət. Turizm xalqlar arasında mədəni əlaqələr yaratmaqla yanaşı dövlətlər 
arası münasibətlərin də inkişafına təkan verir. Diplomatik əlaqələri yüksək 
səviyyədə olan ölkənin münasibətləri də inkişaf etdikcə bu özünü bütün sahələrdə 
göstərməyə başlayır. Bir çox hallarda belə ölkələr aralarındakı viza rejimi də ləğv 
olunur. Bu da hər iki ölkə üçün daha çox turistin gəlməyinə səbəb olur.
Ölkədə siyasi sabitliyin qorunması, beynəlxalq səviyyədə də bu şəkildə 
tanınması ölkə turizmi üçün ən əhəmiyyətli mövzulardan biridir. Ölkənin coğrafi 
imkanları nə dərəcədə əlverişli olursa olsun, turistlər siyasi sabitliyin pozulduğu 
ölkəyə getmək istəməzlər. Bunu hal-hazırda dünyada siyai sabitliyi qaydasında 
olmayan, siyasi gərginliyi ilə seçilən ölkələrin turizm sahəsinə müvafiq 
göstəricilərində görülə bilər. 


26 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin