Azərbaycan döVLƏT İQTİsad universiteti


 Turizmin və cəmiyyətin yaşayış rifahının bir-birinə təsiri



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix08.05.2023
ölçüsü1,23 Mb.
#109430
1   ...   5   6   7   8   9   10   11   12   ...   40
liyev-Davud-Rafiq-o-lu

1.2.1. Turizmin və cəmiyyətin yaşayış rifahının bir-birinə təsiri 
Turizm sektorunda gəlir yalnız bu fəaliyyətlə məşğul olan şirkətlərin deyil, 
eyni zamanda elə turistin özünün də tələbatına təsirini göstərən vacib amillərdən 
biri sayılır. Elmi tədqiqat matriallarında göstərilən məlumatlara əsasən turizm 
xidmətlərində gəlir və tələbatın qarşılıqlı əlaqəsi özünü 2 əsas aspektdə göstərmiş 
olur: 

Həyat tələbatlarını ödəmək gücündə olan gəlirlər. Hansı ki, adından da 
göründüyü kimi onlar mütləq olmalıdır. 


20 

Yüksək kateqoriyadan olan turizm məhsullarının əldə edilməsinə imkan 
verən gəlirlər. (Məsələn, turistin büdcəsi imkan verirsə, o ekonom deyil Biznes 
Klass şəraitində səfər etməyi seçir)
Aşağı gəlirli ailələrin, insanların səyahət etməyə maddi baxımından marağı 
olmur. Olsa belə onlar çox da uzaq səfərlər etməyə, turist məhsullarının bir 
çoxundan istifadə etməyə imkanları olmur. Əgər cəmiyyətdə belə ailələrin sayı 
çoxdursa nəticədə bu özünü daxili turizmdə göstərə bilər. Buradan belə qənaətə 
gəlmək olar ki, Turizm inkişaf səviyyəsi həm də cəmiyyətin üzvlərinin yaşayış 
rifahından da müəyyən mənada asılıdır.
Turizmin yaşayış rifahına təsirlərinə gəlincə isə bu həm mənəvi, həm də 
maddi tələbatlarla bağlıdır. Hazırda kapitalizm dövrü hökm sürməkdədir və artıq 
heç kəsə sirr deyil ki, insanlara həyatlarında yalnız mənəvi tələbatlarını ödəmək 
kifayət edə bilməz. Elə bir çox hallarda da mənəvi tələbatın belə ödənilməsi üçün 
maddi xərclər çəkmək lazım gəlir. Bir turistin hansısa füsünkar təbiət mənzərəsinə 
baxaraq ondan zövq alması, başqa bir turistin hər hansı bir əyləncə məkanında 
istirahət etməsi onun mənəvi tələbatını ödədiyi prossesdir. Lakin hər iki turist bu 
tələbatını ödəmək üçün müəyyən məbləğdə xərc çəkməli olub. Deməli turizmin də 
əsas məqsədlərindən biri cəmiyyətdə, ölkədə yaşayış rifahı qaldırmaq, onu yüksək 
tutmaqdır.
Zaman keçdikcə, tarix boyu yeni-yeni iqtisadi prosseslər yarandıqca insanlar 
tələbat amilinə 2 tərəfdən yanaşmağa başladılar: 
 Onlar yalnız öz tələbatlarını ödəyir və ancaq bununla kifayətlənirdilər.
 İkincisi, artıq dünya kapitalizmə doğru irəlilədikcə və biznes sferalar 
meydana gəldikcə insanlar başqalarının da tələbatını ödəməyə başladı və bunu 
özlərinə gəlir mənbəyi etdilər.
Turizm də belə sahələrdəndir. Turizmin inkişafı bir çox amilə eyni zamanda 
müsbət tərəfdən təsirini göstərmiş olur. Biznes mühiti genişlənir, sahibkarlıq 
fəaliyyəti artır, ölkə büdcəsində artımlar baş verir, yeni infrastrukturlar yaranır, 
yeni xidmətlər istifadəyə verilir, beynəlxalq standartlardan və təcrübələrdən 


21 
yararlanılır və bunların da inkişafı öz növbəsində təkcə bir deyil, bütün sahələrin 
canlanmasına səbəb olur. Bu isə birbaşa insanların yaşayış səviyyəsinə öz müsbət 
təsirini göstərmiş olur. Çünki ölkədə yaradılan şəraitdən yalnız bura gələn turistlər 
deyil, eyni zamanda yerli insanlar, cəmiyyət özü də yararlanır.
Turizm sayəsində xalqlar, ölkələr arası münasibətlər də inkişaf etmiş olur. 
Yeni mədəniyyətlərlə, yeni adətlərlə, xalqlarla tanışlıq insanda xoş təəsurat yaradır. 
Turizmin inkişafı hər kəsi insani dəyərlər altında birləşməyə sövq edir. Mədəni 
əlaqələrin yaradılması, dünyaya baxış bucağının açılması, dünyagörüşünün 
artırılması yolunda turizm əvəzsiz rol oynamaqdadır.
(
Qafarov N.C. 2012)

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin