18
Dünya miqyasında isə 2018-ci il üzrə dünya ölkələrinin
turizm gəlirləri
aşağıdakı kimidir:
1) Amerika Birləşmiş Ştatları (211 milyard Dollar)
2) İspaniya (68 milyard Dollar)
3) Fransa
(61 milyard Dollar)
4) Tayland
(57 milyard Dollar)
5) İngiltərə (51 milyard Dollar)
6) İtaliya
(44 milyard Dollar)
7) Avstraliya (42 milyard Dollar)
8) Almaniya (40 milyard Dollar)
9) Çin
(36 milyard Dollar)
10) Yaponiya (34 milyard Dollar)
(https://finans.tercihiniyap.net/analiz/turizm-
gelirleri-en-yuksek-ulkeler/, 2018 )
Potensial ölkələrdən Bakıya gələn turistlərin sayındakı artım nəzərə
alınmaqla, 2020-ci il üçün səksən milyon AZN dolayı,
yüz əlli milyon AZN
birbaşa ümumi olaraqsa iki yüz otuz milyon AZN dəyərində olacağı
proqnozlaşdırılır. Lakin qeyd edilən məsələyə ailəvi baş tutan səfərlər aid edilmir.
Həmçinin, turistlərin göstəricisindəki dəyişikliklə əlaqəli olaraq on bir min beş yüz
ədəd yeni iş yerlərinin yaradılmasına, işlə təminata ehtiyac duyulduğu bildirilir.
(https://mida.gov.az/documents/Turizm_sənayesinin_inkişafına_dair_strateji_yol_xeritesi.pdf
,
2018)
Turizm sektorunun təklif etdiyi xidmətlərə tələbat ölkənin ümumi olaraq
iqtisadi şəraitindən, cəmiyyətin hər bir üzvünün maddi-iqtisadi
durumundan da
asılıdır. İqtisadi baxımdan zəif olan ölkənin əgər coğrafi şəraitləri də münasib
deyilsə, digər sahələrdə olduğu kimi Turizm sektoru da zəif təsir bağışlayacaq. Hər
hansı bir ölkənin təbii-coğrafi şəraiti imkan verməsə belə onun iqtisadi potensialı
sayəsində əyləncə məkanları açaraq, beynəlxalq yarış və tədbir keçirərək turistləri
cəlb edə bilər. Bu səbəbdən iqtisadiyyatı bazar münasibətləri təməlində qurulmuş
bir ölkənin turizm sektorunda inkişaf etməsi üçün daha əlverişli şərait yaranır. Belə
ölkələrdə turizmə tələbat da digər ölkələrlə müqayisədə daha yüksək olur.
19
Hazırda dünyanın bir çox ölkələrinin
təcrübəsi göstərir ki, turizm
iqtisadiyyata çox güclü şəkildə təsir göstərən qüvvədir. Turizm, dövlət büdcəsinin
formalaşması, ticarət balansının sabitləşmasi, büdcə artımı, yeni xidmət sahələrinin
yaranması və inkişafı kimi vacib məsələlərdə mühüm rol oynayır. Lakin turizm
sektorunun verdiyi fayda bununla da bitmir. Turizmin inkişafı
ilə ölkədə işsizlik
probleminin həll olunması məsələsi də gündəmə gəlir. Yeni, təcrübəli, perspektivli
kadrların bu işə cəlb olunması həm turizm sektorunun inkişafında, həm
ümumilikdə xidmət sektoruna böyük ölçüdə xeyir verir. Əvvəllər əgər bu növ
fəaliyyətlər çox zaman könüllü şəkildə təşkil olunurdusa, indi artıq
daha peşəkar
şəkildə yanaşılır. İşsizlik probleminin də qarşısının alınması məqsədilə sırf bu sahə
ilə əlaqəli ixtisas kursları yaradılır, peşəkarlar tərəfindən təlimlər keçirilir.
Turizmin inkişafı ölkəyə valyuta gətirməkdədir və bu amil də gələcəkdə bu
sektor da daxil olmaqla iqtisadiyyatın bütün sahələrinin canlandırılmasına səbəb
olur. Yuxarıda qeyd edilən kimi gələn gəlirlərin bir hissəsi yenidən turizm sahəsinə
yönəldilir. Beləcə bu sahə davamlı olaraq inkişaf edir və ölkə iqtisadiyyatını da
inkişaf etdirir. Əslində elə bu baxımdan da, ölkə iqtisadiyyatı
ilə turizm sektoru
bir-birinə qarşılıqlı şəkildə təsir göstərdiyini bildirmək olar. Ancaq bu
iqtisadiyyatın yalnız turizm sektorundan asılı olması fikrinə gətirib
çıxarılmamalıdır.
Dostları ilə paylaş: