Azərbaycan döVLƏT İQTİsad universiteti


Tədqiqatın məqsəd və vəzifələri



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə4/40
tarix08.05.2023
ölçüsü1,23 Mb.
#109430
1   2   3   4   5   6   7   8   9   ...   40
liyev-Davud-Rafiq-o-lu

Tədqiqatın məqsəd və vəzifələri: Turizm mövzusunda aparılan tədqiqatın 
məqsədi ölkəmizin turizm potensialını araşdırmaq, müqayisələr aparmaq, hazırki 
vəziyyəti təhlil etməkdir. Bu məqsədlə aşağıdakı vəzifələrin həyata keçirilməsi 
nəzərdə tutulmuşdur: 
– turizm təsərrüfatının inkişaf tarixi və ölkənin ümumi iqtisadi inkişafında 
turizmin rolunun müəyyənləşdirilməsi; 
– turizm bazarının formalaşmasında mövcud ehtiyatlardan istifadə olunması 
və onların rəqabət imkanlarının qiymətləndirilməsi;
Tədqiqatın 
obyekti və predmetini Turizm sektorunun ölkənin 
iqtisadiyyatında başlıca yerlərdən birini tutması, bu sahədəki çatışmazlıqları 
araşdırıb təhlil etmək təşkil edir. 
Azərbaycanda Turizm Biznesinin və ümumilikdə ölkənin turizm potensialının 
araşdırılması, bu sahədə davamlı inkişafın təmin edilməsi təşkil edir. 
Tədqiqat metodları: Tədqiqatda sorğu metodundan istifadə olunmuş, SWOT 
təhlil aparılmışdır. Sorğu anketində respondentlərə 20 sual verilmişdir. Aparılan 
sorğunun nəticələri isə SPSS for Windows 16.0 versiyasında təhlil edilmişdir. 



Tədqiqatın informasiya bazası kimi internet resurslarından, bu mövzuda 
yazılmış elmi əsərlərdən, rəsmi dövlət saytlarında verilmən məlumatlardan istifadə 
edilmişdir. 
Tədqiqatın məhdudiyyətləri ondan ibarətdir ki, Azərbaycanda turizmi son 
20-25 ildə inkişaf etməyə başlamışdır. Bu səbəbdən turizm biznesi sahəsində 
Azərbaycan dilində ədəbiyyat o qədər də çox deyildir. 
Nəticələrin elmi-praktiki əhəmiyyəti. Tədqiqat işinin müddəaları, nəticə və 
təkliflər Azərbaycan Respublikasının Turizm idarələri, onun regional bölmələri
turizm bazarına investisiya qoymaq istəyən iri şirkətlər üçün əhəmiyyət kəsb edə 
bilər. Bununla yanaşı, turizm ixtisası tədris olunan təhsil ocaqlarında magistrant, 
doktorant və dissertantlar tədqiqat işindən elmi və nəzəri cəhətdən istifadə edə 
bilərlər. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin