6
GİRİŞ
Mövzunun aktuallığı: Mövzunu aktual edən başlıca
səbəb turizmin bir
sektor olaraq ölkə iqtisadiyyatı üçün çox mühüm yer tutmasıdır. Çağdaş
dünyamızda beynəlxalq, iqtisadi münasibətlərin yaranmasında, xalqların,
mədəniyyətlərin bir-birilə yaxın əlaqələrinin qurulmasında turizm çox önəmli bir
vasitədir. İstər
iqtisadi tərəfdən, istərsə də insanların sosial həyatı baxımından
turizm hal-hazırda dünyada aparıcı rola çevrilməkdədir. Turizm elə sahədir ki,
bunun kökü çox qədimlərə gedib çıxır. İnsan yarandığı gündən bəri ətrafda olan
hər bir şeyə nüfuz etməyə, hər
şeyi öyrənməyə, kəşf etməyə can atmışdır. Böyük
coğrafi kəşflər dövründə tanınmış səyyahlar öz evlərindən, yaşadıqları ölkələrdən
yüzlərlə kilometr uzaqlara səyahət edərək yeni-yeni torpaqlar, ərazilər kəşf
etmişlər. Keçmiş zamanlarda uzaq məsafələrə səfər etmək üçün indiki qədər
inkişaf etmiş nəqliyyat vasitələri yox idi. Bu səbəbdən səfərlər günlərlə, həftələrlə,
bəzən də aylarla belə çəkə bilirdi. İnsanlar bu dövrlərdə səfərlərini ya atlarla,
arabalarla,
piyada şəklində, dəniz yolu ilə isə gəmilərlə edirdilər. Yeni şəhərlərə,
ölkələrə səyahət etmə marağı onlarda hər bir çətinliyə tab gətirmək üçün güc
yaradırdı. Çox zaman bu cür səfərləri edən tacirlər də olurdu. “Həm ziyarət, həm
ticarət” ifadəsi də məhz buradan yaranmışdır.
Göründüyü kimi, turizmin kökü keçmiş vaxtlara qədər gedib çıxır. Turizm
iqtisadi bir sahə kimi meydana çıxmamışdan əvvəl
insanlar bundan mənəvi
tələbatlarını ödəmək üçün istifadə edirdilər. İqtisadi sfera olaraq yarandıqdan sonra
isə, daha geniş şəkildə inkişaf etməyə başlamışdır. İnsanlarda səyahətə, gəzməyə
olan istəyi gördükdən sonra biznesə başlamaq istəyən şəxslər məhz bu sahədə
fəaliyyətə başladı və beləliklə də, Müasir Turizm Biznesinin əsası qoyuldu.
Turizm Biznesi adından da göründüyü kimi Turizm
və Biznes sahələrinin
vəhdətindən meydana gəlmişdir. Biznes fəaliyyəti ilə məşğul olan şəxslər öz
bizneslərini daha da genişləndirmək üçün turizm sektoruna da vəsait ayırır və öz
fəaliyyətlərini burada da davam edirlər. Hazırda turizm insanların həyatının bir
hissəsi sayılmaqdadır. Dünyada elə ölkələr vardır ki, bu sektor həmin ölkə üçün
7
başlıca gəlir sahəsidir. Dünya üzrə hər il beynəlxalq daşımaların
göstəriciləri
getdikcə artmaqdadır. Bu daşımalar turistlərin istəyindən, onların gedəcəkləri
ölkələrin coğrafi şəraitindən, getmək istədikləri ölkənin turizm potensialından,
qiymət amilindən, turistin özünün gəlirindən asılıdır. Məhz bu amillər aparılan
tədqiqat işində təhlil edilmiş, müqayisələr aparılmış və müvafiq qeydlər edilmişdir.
Ümumiyyətlə, səyahət son zamanlarda insanların
istirahəti üçün ən çox üz
tutulan seçimdir. Ölkəmizin də turizm mövzusunda tarixi uzaq keçmişə dayanır.
Qədim zamanlardan ticarət yollarının Azərbaycandan keçməsi, ölkəmizin Asiya ilə
Avropanı birləşdirən coğrafi məkanda yerləşməsi xaricdən gələn səyyahların,
tacirlərin, tarixçilərin diqqətini cəlb etmişdir.
Dostları ilə paylaş: