Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə38/40
tarix08.05.2023
ölçüsü1,23 Mb.
#109430
1   ...   32   33   34   35   36   37   38   39   40
liyev-Davud-Rafiq-o-lu

 
 


65 
NƏTİCƏ VƏ TƏKLİFLƏR 
Çağdaş dünyada turizm həm insanların həyatında, həm də istənilən ölkənin 
iqtisadiyyatı üçün başlıca faktor sayılır. Bu sahəyə maraq istər turistlər tərəfindən, 
istər dövlət tərəfindən, istərsə də özəl sektor tərəfindən getdikcə artmaqdadır. 
Xüsusilə mövzu əgər Turizm Biznesidirsə bu maraq əsasən özünü özəl sferalarda 
göstərmiş olur. Turizm bütün dövrlərdə mövcud olduğundan bu sahə daima diqqət 
mərkəzində olmalı, inkişafı təmin edilməlidir. Bu səbəbdən Azərbaycanda Turizm 
Biznesinin inkişafı ilə əlaqəli aşağıdakı nəticə və təkliflər verilmişdir: 
1) İlk öncə bu sahə üçün önəmli məsələlərdən biri olan qiymət amilinə 
toxunmaq məqsəduyğun olardı. Çünki Azərbaycanda Turizm sektorunda mövcud 
olan başlıca problem qiymətlərlə bağlıdır. Bunu məhz tədqiqat müddətində 
aparılmış anket-sorğunun cavabından görmək mümkündür. Belə ki, 
respondentlərin böyük əksəriyyəti qiymətlərin yüksək olduğunu bildirmişlər. Bu 
sahə ilə bağlı düzgün qiymət strategiyası aparılmalı, cari qiymətlər ətraflı nəzərdən 
keçirilməli və dərindən təhlil edilməlidir.
2) Yaşadığımız dünyada hər hansı biznesin uğurlu inkişaf yolu qət etməsi 
üçün ən vacib nüanslardan biri dügün reklam, marketing siyasətinin aparılmasıdır. 
İnformasiya mübadiləsinin bu qədər sürətlə aparıldığı dövrdə reklam-təbliğat işləri 
yüksək dəqiqliklə və zamana uyğun şəkildə aparılmalıdır. İri şirkətlərin belə hər 
zaman reklama ehtiyacı vardır. Çünki reklam informasiyanın bir növüdür. Şirkətlər 
də öz məhsullarını reklam etdirməli, müştərilərə lazımi informasiya çatdırmalıdır.
Azərbaycan son illərdə bununla bağlı bir sıra addımlar atmaqdadır. Tədqiqat 
işində də qeyd edildiyi kimi ölkəmizdə keçirilən mötəbər yarışlar, beynəlxalq 
tədbirlər Azərbaycanı turizm ölkəsi olaraq tanınmasında mühüm rol oynaya bilər. 
Təsadüfi deyil ki, Azərbaycana gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə 
artmaqdadır. Bununla belə ölkəmizin turizm potensilının təbliğinə yenə də ehtiyac 
duyulmaqdadır. Çünki elə bölgələrimiz vardır ki, oranın zəngin tarixi, münasib 
iqlimi olmağına baxmayaraq turist axını elə çox deyil.


66 
3) Ən vacib faktorlardan biri də infrastruktur məsələsidir. Məqsəd turizmi 
inkişaf etdirməkdirsə, müasir infrastruktura malik olmaq mütləqdir. Azərbaycanda 
son dövrlərdə yeni istirahət mərkəzləri, otellər, müəssisələr istifadə verilməsinə 
baxmayaraq, hələ də bəzi regionlarımız vardır ki, bununla bağlı yenidənqurmaya 
ehtiyac vardır. Bunu daha çox müalicəvi sanatoriyaların, mineral bulaqların, təbii 
sərvətlərin bol olduğu regionlar üzrə təşkil etmək məqsədəuyğun olardı. 
4) Dünya təcrübəsindən yararlanmaq. Etiraf etmək lazımdır ki, bu sahə üzrə 
olduqca güclü inkişafa malik ölkələr vardır ki, onlarda tətbiq edilən bir sıra 
xidmətlər hələ ki bizdə istifadə olunmamaqdadır. Yaşadığımız dövrdə kreativlik, 
yaradıcı düşüncə bütün sahələrdə çox mühüm yer tutur. Bundan daha çox xidmət 
sferaları yararlanmaqdadır. Turizm də bir növ xidmət sferası olduğundan son 
dövrlər ərzində burada bir sıra kreativ yeniliklər tətbiq olunmaqdadır. Ölkəmizdə 
də belə yeniliklərin tətbiqi Turizmə öz töhfəsini vermiş olar.
5) Ekoturizmin inkişafı da diqqət mərkəzində olan məsələlərdən biri sayılır. 
Turizmin bir növü olaraq ekoturizm son illərdə dünya miqayasında geniş 
yayılmışdır. Vətənimizdə də bu sektorla əlaqəli müsbətə yönəlik dəyişikliklər 
görmək istəyiriksə, ekoturizmin inkişaf etdirilməsi də mütləq şəkildə nəzərə 
alınmalıdır. 
6) Kənd turizminin inkişaf etdirilməsi. Son illərdə Təkcə Azərbaycanda 
deyil, dünyanın bütün regionlarda kənd turizmə marağın artdığını müşahidə etmək 
olur. Səyahət zamanı insanlar əsasən iri şəhərlərə, tanınmış məkanlara üz tutmuş 
olsalar da, kiçik şəhərlərə, kəndlərə gedənlərin də sayı az deyildir. Bura bəzi 
nüanslar təsir edə bilər : 
- Həmin məkanın ( şəhərin, kəndin, bölgənin) hansısa bir adla tanınmağı ; 
- Füsünkar təbiətə sahib olmaqla diqqətləri özünə cəlb etməsi ; 
- Tarixi , memarlıq abidələrilə ; 
- Həmin bölgədə yaşayan hər hansı bir məşhur insanla bağlı ( məsələn, kimsə 
iaşə obyektinə sahib olmaqla, orada özünəməxsus xidmətlərlə tanına və diqqətləri 
özünə cəlb edə bilər) və.s 


67 
Bu siyahını bir qədər də uzatmaq olar. Lakin əsas məsələ belə yerləri 
turistlərə tanıtdırmaq və reklam etdirməkdir. 
7) Turizm agentliklərinin səviyyəsinin yuksəldilməsi. Bu sektorla əlaqəli ən 
vacib subyektlərdən biri burada fəaliyyət göstərən şirkətlərdir. Turistlərin cəlb 
edilməsi, gediləcək şəhərlər, məkanlarla bağlı reklam işlərinin görülməsi, turların 
təşkil edilməsi, qeydiyyata alma və b. Bu kimi işlərin görülməsində agentliklər, 
şirkətlər mühüm rol oynayırlar. 


68 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin