23
icarəyə götürə bilərlər. Əlbəttə ki, bunun üçün gediləcək şəhəri ölkəni tanımaq, yol
xəritəsi ilə tanış olmaq lazımdı. Bəzən bu üsuldan elə hava limanındaca, ya da bu
cür xidmətlər göstərən şirkətlə əlaqə saxlayaraq istifadə edə bilərsiniz. Qeyd edilən
3-cü üsuldan hələ ki, qlobal şəkildə istifadə olunmasa da,
bunu bir çox ölkələrin
təcrübəsində görmək olar (Misal: ABŞ, Fransa, Avstriya) .
Ümumi nəzər saldıqda hava nəqliyyatı turizmin inkişafı xüsusi əhəmiyyət
kəsb edir. Səyahət edən insanların daha uzaq məsafələrə səfərini təşkil edilməsi
məhz hava nəqliyyatı vasitəsilə digər nəqliyyat növlərinə
nisbətən daha tez bir
zamanda həyata keçirilir. Həmçinin havayolu şirkətlərinin göstərdiyi yüksək
xidmət turistləri məmnun etdiyindən, onların gələcək
səfərlərdə də bu nəqliyyat
növünü seçməsinə şərait yaradır. “AirHelp” şirkəti 2018-ci il üzrə dünyanın 15 ən
yaxşı havayolu şirkətinin adını açıqlayıb. Buradakı şirkətlə 10 ballıq sistem üzrə
qiymətləndirilib. Bu qiymətləndirmə xidmətin keyfiyyəti, zaman performansı və
müştəri məmnunluğu əsasında aparılıb. Həmin şirktlər aşağıdakı siyahıda
göstərilmişdir:
1 “Qatar Airways” – Qətər (9.07)
2 “Lufthansa” – Almaniya (8.57)
3 “Etihad Airways” – BƏƏ (8.43)
4 “Sinqapore Airlines” – Sinqapur (8.33)
5 “South Africian Airways” – CAR (8.31)
6 “Austruian Airlines –
Avstriya
(8.25)
7 “Aegean Airlines” – Yunanıstan (8.19)
8 “Qantas” – Avstraliya (8.12)
9 “Air Malta” – Malta (8.09)
10 “Virgin Atlantic” – Birləşmiş Krallıq (8.4)
11 “KLM Royal Dutch Airways” – Hollandiya (8.1)
12 “Norwegian Air” – Norveç (8.00)
24
13 “Wizz Air “ – Macarıstan (7.95)
14 “FlyBe” – Birləşmiş Krallıq (7.94)
15 “Türkish Airlines” – Türkiyə (7.94)
(https://www.dunya.com/foto-
galeri/gundem/2018in-en-iyi-15-havayolu-sirketi-galeri-418547, 2018 )
Hava yolları ilə yanaşı turistlərin böyük bir qismi avtomobil və ya dəmiryolu
ilə səyahəti seçirlər. Təbii ki, təsir göstərən amillər sırasında qiymətlərin bir qədər
daha aşağı olmasını, gedilən məsafənin daha yaxın olması qeyd oluna bilər. Bu
nəqliyyat vasitəsindən istifadə edən edən turistlər əsasən qonşu ölkələrə gedənlər
olur. Çünki avtomobil və dəmiryolu yolu üzrə beynəlxalq şəkildə gedilən
marşrutların əksər hissəsi məhz qonşu ölkələrə olur.
Və sonuncu vasitə su nəqliyyat növüdür. Bu əsasən Okeana birbaşa çıxış olan
ölkələr arasında yaradılan marşrut üzrə təşkil edilir.
Hər il milyonlarla insan ya
beynəlxalq sularda, ya da daxili sularda bu nəqliyyat növü ilə səfərlər edirlər.
Bundan başqa ölkəyə gələn turistlər kiçik və böyük paraxodlarda təşkil olunan
gəzintiləri sevirlər. Bu ya dənizdə, ya geniş hövzəsi olan çaylarda həmçinin böyük
göllərdə təşkil edilir. Turistlər tərəfindən belə gəzintilər böyük maraqla qarşılanır.
Dostları ilə paylaş: