17
olması ilə əlaqəli olaraq elə bu aylarda daha aktiv görülür. Əlbəttə ki, burada
regionlar üzrə istisnalar da ola bilər. Elə ölkələr, şəhərlər vardır ki, orada iqlim,
hava şəraiti ilin bütün fəsillərində səyahət etməyə imkan verir. (misal: Dubay)
Azərbaycanın timsalında misal üzərində izah veriləsi olsa, restoran-kafe biznesini
bura nümunə gətirilə bilər. Bir çox restoran sahibləri ya aprel-may aylarından
fəaliyyətə başlayırlar ya da öz bizneslərini daha da genişləndirirlər. Əsasən daxili
turlar zamanı bunu bölgələrə səyahət edərkən görmək mümkündür. Digər aylara
nisbətən yay aylarında müştərilərin artdığını və onların say etibarı ilə əksər
hissəsini paytaxtdan, kənar bölgələrdən, yaxud da elə xarici ölkələrdən gələn
turistlər təşkil etməsini qeyd edilməlidir.
Turizm Biznesinin qarşısında duran ən vacib məsələ insanların tələbatlarını
ödəmək qarşılığında qazanc əldə etməkdir. Bu özünü yalnız müxtəlif səfərlər,
turlar təşkil edən şirkətlərin timsalında göstərmir. Biznes çox böyük bir sahədir.
Bugünkü gündə turizmi biznessiz təsəvvür etmək mümkün deyil. Turizm sektoru
müştərilərinə bir xidmət təqdim edir və bunun da qarşılığında gəlir əldə edir. Bu
amil bizə Biznesin Turizmlə müqayisədə daha geniş olduğunu və həmçinin
Turizmin Biznesin bir qolu olduğunu deməyə imkan verir.
(Soltanova H.B., Zeynalov,
..2013)
Dostları ilə paylaş: