32
keçirildiyindən və mahiyyət baxımından həlledici mərhələ sayıldığından bu
oyunlara maraq həddən artıq olur. Bu amil bir sıra xarici ölkələrdən Azərbaycan
əcnəbi turistlərin axınını artırmağa imkan yaradacaqdır. Bu cür beynəlxalq
yarışlarda turistlərin əsasən yaxın ölkələrdən gəlməsi proqnozlaşdırılır. Misal üçün
bir neçə il əvvəl Gürcüstanda keçirilən yarışda qonşu ölkələrdən, eləcə də
Azərbaycandan olan futbol azərkeşləri Final oyunu izləmək üçün səfər etmişlər.
Eyni hadisəni Bakıda keçiriləcək yarışda da proqnozlaşdırmaq olar. Həmçinin
2020-ci ildə ölkəmizdə təşkil olunacaq daha bir iri miqyaslı idman yarışını –
“AVRO 2020” –nin 4 oyunun Bakıda keçirilməsi də bura aid edilə bilər.
Azərbaycanda keçirilən Beynəlxalq Turizm Film Festivalı bu sahə üzrə
keçirilən mötəbər festivallardan birinə çevrilmişdir. 2017-ci ildə Azərbaycanın 15
filmi 20 ölkədə nümayiş olunmuş və 39 beynəlxalq festivalda çıxış etmiş, 19 dəfə
mükafata layiq görülmüşdür. Ölkəmizə səfər edən turistlərin istirahətlərini mənalı
keçirmələri üçün bu istiqamətdə regionlarda da bir sıra addımlar atılıb. 2017-ci
ildən başlayaraq hər il sentyabrın 15-də ölkədə kino mövsümünün açılışı qeyd
olunur. Bununla bağlı bir sıra tədbirlər keçirilir ki, bu da turistlərin böyük
marağına səbəb olur.
Fikrimizcə Turizm sahəsində təşviqat tədbirlərini media, televiziya vasitəsilə
aparmaq daha çox nəticə verməkdədir. Çünki müasir dövrdə, informasiyanın bu
qədər sürətlə yeniləndiyi, artdığı bir zamanda media əsas informasiya mənbəyinə
çevrilmişdir. Azərbaycanın təbiəti, insanlarının qonaqpərvərliyi, müasirliyi, təşkil
etdiyi beynəlxalq tədbirlər haqqında təbliğat xarakterli müxtəlif qısa metrajlı
filmlər, videoçarxlar nümayiş etdirilir. Təkcə televiziya və medianı izləyən
insanların say çoxluğunu nəzərə alınsa, bu addımın çox uğurlu olduğu qənaətinə
gəlmək olar.
Dostları ilə paylaş: