Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə17/40
tarix08.05.2023
ölçüsü1,23 Mb.
#109430
1   ...   13   14   15   16   17   18   19   20   ...   40
liyev-Davud-Rafiq-o-lu

İxtisaslaşmış turizm – hansısa bir məkanın haqqında özünəməxsus, idmanla bağlı 
normalara əməl etmək, bilik və bacarıqlarını genişləndirmək, ixtisaslaşmış formada 
tur almış turistlərin müəyyənləşdirmək məqsədilə yayılmış termindir. Sözügedən 
turizm növünü çox vaxt idman turizmi də adlandırırlar.
Daha öncə də İdman sahəsinin Turizmə necə böyük fayda verdiyini qeyd 
edilmişdir. Lakin bu həmçinin bu mövzuya daha geniş tərəfdən baxmağın 
labüdlüyünü də ön plana çəkir. Bildiyimiz kimi İdman özündə bir çox növləri əhatə 
edən geniş bir sahədir. Hər il dünyanın yüzlərlə şəhərində nüfuzlu, beynəlxalq 
idman yarışları keçirilir. Ən məşhur idman növləri sırasında Futbolu, Olimpiya 
Oyunlarını, Formula 1 yarışlarını, Qış Olimpiadalarını misal göstərə bilərik.
Məlum olduğu kimi ölkəmizdə keçirilmiş “Baku 2015” Yay Olimpiya 
oyunları turizmin inkişafında böyük rol oynadı. “BBC News Azərbaycanca” 
saytına istinadən aşağıdakı məlumatları qeyd etmək olar: “Yay Olimpiya oyunları 
üçün nəzrədə tutulan xərclərin məbləği 1 milyard manat təşkil edir. Bu məbləğin 
2015ci il üçün nəzərdə tutulan dövlət büdcəsindən hesablandığı bildirilir. İdman 
obyektlərinin inşası, infrastrukturunun yenilənməsi üçün 2013-cü ildə 345,9 mln. 
AZN vəsait xərclənmişdir.
Qeyd edilən məbləğə həmçinin Bakıda Olimpiya Oyunları zamanı istifadədə 
olacaq Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmiri və yenidən 
qurulması, Su İdman Sarayının və Gimnastika Kompleksinin inşası həyata 
keçirilib. 
2014-cü ildə idman obyektləri ilə əlaqəli xərclərə dövlət büdcəsindən ayrılmış 
vəsaitlər aşağıdakılardır: 


36 
 
Bakıda Su İdman sarayının layihələndirilməsi və tikintisi – Yüz doxsan 
milyon AZN
 
Avropa oyunları parkının tikintisi – Yüz əlli milyon AZN
 
Bakı Olimpiya Stadionu – İki yüz səksən milyon AZN
 
Mingəçevirdə kanoe idman yarışları üçün "Kür" olimpiya idman tədris 
mərkəzində əlavə işlərin yerinə yetirilməsi – Doqquz milyon beş yüz min manat 
AZN
 
Gimnastika kompleksinin tikintisi – Yetmiş doqquz milyon AZN
 
Stend atıcılığı üzrə kompleksin sökülərək yenidən qurulması – Yetmiş 
milyon AZN 
 
Əl Oyunları Sarayının əsaslı təmiri – İyirmi yeddi milyon AZN
 
Heydər Əliyev adına idman-konsert kompleksinin yenidən əsaslı təmiri – 
Otuz altı milyon yeddi yüz min”
[https://www.bbc.com/azeri/azerbaijan/2015/06/150625_european_games_budget 
BBC 
News Azərbaycanca saytı, 2015] 
Göründüyü kimi “Baku 2015” Yay Olimpiya oyunlarına ayrılan büdcənin bir 
hissəsi 2014-cü il büdcəsinə aiddir. Bu ilin göstəricisində gənclər siyasətinin 
aparılması və idman obyektlərinin inşası, yenilənmə tədbirlərinin icrası üçün bir 
milyard doqquz yüz iyirmi üç milyon AZN büdcədən ayrılmışdır. Sözügedən 
vəsait hesabına “Baku 2015” Yay Olimpiya Oyunları üçün Gimnastika 
Kompleksinin, Su İdman Sarayının, Bakı Olimpiya Stadionun, Avropa Oyunları 
Parkının və bundan əlavə Respublika üzrə doqquz regionda Gənclər evinin, on bir 
regionda isə Olimpiya İdman Komplekslərinin tikintisi baş tutmuşdur. 
Azərbaycanda baş tutmuş digər mötəbər yarış isə “Formula 1” oyunlarıdır. 
2018-ci il üzrə göstəricilərə əsasən 2017-ci ilə nəzərən ümumi tamaşaçı iştirakçsı 
31%, bilet satışı isə 21% artmışdır. Satılan biletlərin 23%-i isə xarici turistlərin 
payına düşür.


37 
2018 ci ildə “Formula 1” Yarışlarını izləmək üçün paytaxt Bakıya gəlmiş 
əcnəbi turistlərin sayı ötən il ilə müqayisədə 31% artmışdır. Yarışları canlı izləmək 
məqsədilə dünyanın 78-ə yaxın ölkəsindən xarici turistlər Bakıya gəlmişlər. 2018 
ci ildə aparılan araşdırmalara əsasən bu ilə qədər “Formula 1” yarışlarından iki yüz 
yetmiş yeddi milyon üç yüz min USD gəlir əldə edilib. Göstərilən məbləğə 
iqtisadiyyatın ayrı-ayrı sektorlarında, hotel və mehmanxana, həmçinin peşəkar 
xidmətlər, nəqliyyat, restoran, kənd təsərrüfatı, poçt və telekommunikasiya, sosial 
və mədəni xidmətlər, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə 
alınmış gəlirlər daxil edilir. “https://www.bakucitycircuit.com” saytına istinadən 
qeyd edilə bilər ki, turizm sahəsi birbaşa gəlirə əsasən başlıca mövqedə dayanır. 
Paytaxtımızda keçirilən 2 yarış ərəfəsində iyirmi iki milyon yeddi yüz min USD 
gəlir əldə edilmişdir. Əldə olunan bu məbləğ turizm sferasından gələn gəlirlərə aid 
edilir. Bu müddətdə ümumi olaraq yüz altmış dörd milyon iki yüz min USD 
birbaşa birbaşa gəlir əldə edilib. Bu məbləğə paytaxtımıza gəlmiş xarici 
vətəndaşların, yarışlar iştirak etmiş idmançıların otel, iaşə obyektləri, nəqliyyatla 
bağlı və digər göstərilmiş xidmətlər qarşılığında alınan gəlirlər aid edilir. 
Paytaxtımızda baş tutan iki “Formula 1” yarışı müddətində əldə edilən yüz on 
üç milyon USD dolayı gəlirlərə aid olunur. Göstərilmiş məbləğin on beş milyona 
yaxını turizm sferasına aiddir
.( https://www.bakucitycircuit.com, 2017 )
Ölkəmizdə keçirilən daha bir beynəlxalq yarış 2017-ci ildə baş tutmuşdur. 
Gənclər və İdman Naziri Azad Rəhimov bu ildə Azərbaycanda keçirilən “IV İslam 
Həmrəyliyi Oyunlarları”nda təkcə bilet satışlarından 3 milyon manata yaxın gəlir 
götürüldüyünü açıqlamışdır. Həmçinin, yarışları canlı izləmək üçün 59 ölkədən 
360 000 minə yaxın tamaşaçının gəldiyi vurğulanmışdır. Yarışın açılış və bağlanış 
mərasimləri üçün 20 milyon dollara yaxın məbləğ ayrılmışdır.
2019-cu ilin may ayında UEFA Avroliqanın bu mövsümü üçün həlledici Final 
mərhələsinin paytaxt Bakıda keçirilməsi ölkəmiz üçün daha bir böyük uğur sayılır. 
Hazırda Bu idman növü azərkeşlərin izlənməsi baxımından dünyada ilk yerdədir. 
Bundan əvvəlki mövsümlərdə də finala çıxmış klubların azərkeşləri sevimli 


38 
komadalarını dəstəkləmək üçün xarici ölkələrə səfər etmişlər. Təbii ki, bu da öz 
növbəsində turizmə fayda verməyə bilməz.
AFFA-nın baş katibi Elxan Məmmədov 2019-cu ilin may ayındakı final 
oyununda ən ucuz biletin 35 avroya, ən bahalı biletin isə 130 avroya olduğunu 
açıqlayıb. Bundan əvvəlki mövsümdə Fransada keçirilmiş final oyunu üçün orta 
qiymət 95 avro təşkil edirdisə, bu il üçün ölkəmizdə keçiriləcək final oyununa 
biletin orta qiyməti 70 avro məbləğindədir.
2017-ci ilin göstəricilərinə nəzər yetirdikdə görərik ki, qonşu Gürcüstanda bu 
il turizm sektorundan gələn gəlirin sayı 2,7 milyard dollardır. Bu barədə 
Gürcüstanın Milli Bankı rəsmi məlumat yaymışdır. Qeyd olunan rəqəm əvvəlki ilki 
rəqəmlərlə müqayisədə 584 milyon dollar artmışdır. Həmin ildə Gürcüstana 7 
milyon 554 min 936 nəfər xarici turist səyahət etmişdir. Təbii ki, bura gələnlər 
arasında ölkəmizdən olan turistlər də vardır. Belə ki, bu il ölkəmizdən Gürcüstana 
gedən turistlərin sayı 1 milyon 694 min 998 nəfər idi. Müqayisə üçün qeyd edilə 
bilər ki, sözügedən il üzrə Azərbaycana səfər edən xarici vətəndaşların sayı 2 
milyon 691 min 998 nəfər olmuşdur. Bu da əvvəlki il ilə müqayisədə 20% artım 
deməkdir. 
( http://sportnet.az/futbol/45494-avroliqa-2019-biletlerin-qiymeti-ve-satish-tarixi-
achiqlandi.html, 2018 ) 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin