30
O – Opportunities (İmkanlar). Daha öncə də qeyd olunduğu kimi, turizm
digər sahələrlə də qarşılıqlı əlaqədədir. Turizm sektoru inkişaf etdikcə bu özünü
Nəqliyyat sahəsində də göstərir. Nəqliyyatın inkişafı ilə də turistlər uzun
məsafələrə rahat şəkildə səyahət edə bilərlər. Bununla yanaşı ekoturizmin müxtəlif
növlərinə maraq yaranır.Azərbaycana səyahət edən turistlərdə ölkə haqqında
təsəvvürlər formalaşır, gəldikləri ölkənin tarixi, insanları barədə bilgilər əldə
edirlər. Bu da turistlərin növbəti səfərlərinin də ölkəmizə olacağını və yeni turist
axınlarının gəlməsini təmin edir. Turizmin inkişafı iqtisadiyyata böyük töhfə
vermiş olur və burda əldə edilən gəlirin bir hissəsi yenidən turizm sektorunun
inkişafına yönəldilir.
T – Threat (Təhlükələr). Sərt rəqabət mühiti, qlobal böhranlar və ən başlıcası
da rəqib ölkələrin bu sektorda daha təcrübəli olması SWOT təhlil baxımından
təhlükə sayıla biləcək nüanslardır. Düzdür rəqabətin olduğu şəraitdə inkişaf da
olur. Lakin rəqib ölkələrin bu sahə üzrə geniş təcrübələri, tətbiq etdikləri
standartları onlara bazarda daha böyük pay sahibi olmağa şərait yaradır.
SWOT təhlil aparıldıqdan sonra üzləşə biləcək fürsətlər və mövcud olan zəif
nöqtələr müəyyən edilməli, strateji planaalma həyata keçirilməlidir. SWOT təhlil
imkan verir ki, yaranan çatışmazlıqları, zəif cəhətləri, neqativ halları görüb
vaxtında qarşısını almaq mümkün olsun.Güclü tərəflərin olmasında əlbəttə ki, heç
bir problem görülmür. Lakin çatışmazlıqlar mütləq müəyyən edilməli, buna
müvafiq işlər planı hazırlanmalıdır.
(http://azkurs.org/microsoft-word-00-keynote-speakers-materiallar.html?page=99, 2017 )
Dostları ilə paylaş: