1.1.1. Turizm Biznesi anlayışı
Turizm sahəsinin zənginliyi özündə Biznes fəaliyyətini əks etdirmək
səviyyəsində yüksək hesab edilir. Məhz yuxarıda qeyd edilən tuzim növlərinin
fəaliyyətində də Biznesin xüsusiyyətlərini görə bilərik. Turizm Biznesini
araşdırılırsa ilk öncə onun tarixi, necə yaranması haqda məlumatlar qeyd
edilməlidir. Ümumiyyətlə, fikrimizcə insan tərəfindən yaradılan hər bir yeniliyin
arxasında ona olan tələbat dayanır. İlk baxışdan Turizmin təbii olaraq ortaya
çıxması düşünülsə də, burada insanın səyahət etməyə gəzməyə olan tələbatı ön
12
sıraya keçir. Turizm yarandıqdan sonra, insanlar bununla da kifayətlənməyib bu
sahədən qazanc əldə etmək istədilər və “Turizm Biznesi” anlayışı yarandı.
Ədəbiyyatlarda göstərilən bilgilərə görə ilk dəfə kütləvi şəkildə turizm
təşkilatçısı kimi tarixə keçən şəxs Tomas Kukdur. Düzdür, daha öncələr də kütləvi
şəkildə səyahətlər olmuş, müxtəlif yerlər, adalar, dənizlər kəşf edilmişdir. Lakin
buna qədərki səyahətlər əsəsan kəşfiyyat-tədqiqat xarakteri daşıyırdı. Tomas Kuk
isə bu səyahətləri biznesə çevirmiş ilk tanınan şəxs idi. Tomas Kuk turistləri ilk
dəfə kəşf olunan yerlərə yox, artıq tanınan, hər kəsə məlum olan yerlərə aparırdı.
Onun ilk təşkil etdiyi səyahət turu 1841-ci ildə 570 nəfərlik dəmiryolu ilə
olmuşdur. Artıq 1847-ci ildə isə o, səyahət və ekskursiyalar cəmiyyəti yaratmışdır.
XIX əsrin sonlarına gəldikdə isə Tomas Kukun yaratdığı cəmiyyət 53 ölkədə
fəaliyyət göstərmiş və 300-dən çox şöbəsi olan iri konsernə malik olmuşdur.
Sonralar amerikalılar da bu sektora daxil olmuş və “Amesko” adlı turizm
şirkəti yaradaraq öz bizneslərini qurmuşlar. 1918-ci ildə şirkətin filialları və
şöbələri demək olar ki, bütün qitələri əhatə edirdi.
1869-cu ildə Avropada Beynəlxalq Mehmanxana işçiləri Assosiasiyası
yaradıldı. 1921-ci ildə isə bu qurum Beynəlxalq Mehmanxana İttifaqı ilə
birləşdirildi.
(https://kayzen.az/blog/turizm/4089/turizmin-tarixi.html, 2011)
Hazırda dünyada minlərlə turizm müəssisələri vardır. Bu turizm müəssisələri
iri, orta və kiçik müəssisələr olmaqla fəaliyyət dairəsinə görə şaxələnirlər. Kiçik
müəssisələr bir neçə səbəbdən mövcud olur. Birinci hal ondan ibarətdir ki, belə
müəssisələr yeni yaranmış, bazara yenicə daxil olan müəssisələr olur. Onlar bu
sahədə ilk addımlarını atdıqlarından təklif etdiyi məhsulların təbii ki, iri şirkətlərin
səviyyəsində olması real görünmür. Bunun üçün kiçik firmalara zaman və təcrübə
lazımdır. Digər bir halda isə kiçik firmalar o firmalar ola bilər ki, onlar ya kiçik
ərazilərdə (region, ölkə, şəhər) fəaliyyət göstərirlər, ya da vaxtı ilə qabaqcıl
şirkətlərdən olmuş, lakin zəifləyərək bazarda geriləmişlər.
Orta müəssilər yeni yaranmış deyil, artıq müəyyən dövr ərzində fəaliyyət
göstərən, daha çox təcrübəyə yiyələnmiş və əvvəlki dövrlərə nisbətən daha çeşidli
xidmətlər sayılırlar. Belə firmalar adətən bir müddət bizneslərini sürdürüb,
13
sonrasında əhatə dairəsini daha da genişləndirərək iri müəssisə olmaq yolunda
davamlı addımlar atırlar. Kiçik müəssisələrdə olduğu kimi, orta müəssilərdə də
geriləyənlər, vaxtılə ön sırada olmuş lakin bazarda liderliyini itirmiş firmalar ola
bilər.
İri müəssiələrə isə artıq böyük bazar payına sahib, lider olmaq üçün can atan
firmalar aid edilir. Zəngin kapitala, təcrübəyə, işçi qüvvəsinə, ən yeni və yüksək
keyfiyyətli, çeşidli xidmətlərə, düzgün strategiyaya və marketinq-təbliğat
siyasətinə malik olan belə firmalar müştərilərin seçim variantlarında ön sırada
dayanırlar. Bu cür firmalar həmçinin əhalinin sıx məskunlaşdığı region və
şəhərlərdə fəaliyyət göstərirlər.
Turizm biznesinin ən əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, burada
fəaliyyət göstərən müəssisələrin mütləq şəkildə müştərilərin maraqlarını nəzərə
almasıdır. Məsələn, hər hansısa bir kişi ayaqqabısı satılan mağazada müştəri
kütləsi məhduddur. Burada satılan ayaqqabıları yalnız kişilər ala biləcək. Lakin
turizm biznesində müştəri kütləsi geniş şəkildədir, yəni xidmətlər hər kəsə açıqdır.
Turizm məhsulu turistlərin tələbatı ilə sıx bağlıdır. Bu sahə üzrə xidmətləri təklif
edən istehsalçılar səyahət edən insanların hansı müştəri kateqoriyasından olmasına
çox böyük önəm verirlər. Bundan əlavə müasir Turizmdə tətbiq olunan əlamətdar
metodlardan biri turistlərin həyat tərzinə görə nəzərə alınmasıdır (Məsələn, gənclər
üçün, yeni ailə quranlar üçün).
Biznesə başlamaq üçün təbii ki sağlam bir biznes-ideyaya sahib olmaq ən
vacib şərtlərdən biridir. Bununla yanaşı həmçinin rəqabətə davamlılığı təmin
edəcək dərəcədə olan marketinq strategiyası işləyib hazırlanmalıdır. Həmçinin bu
sahədə biznes qurarkən yeni yaradılan şirkətin menecer seçimi də xüsusi nəzərə
alınmalıdır. Ədəbiyyatlardan da bilinir ki, istənilən sahədə biznes fəaliyyəti ilə
məşğul olan şirkətin uğuru menecerin səriştəsindən, bilik-bacarıqlarından,
təcrübəsindən böyük ölçüdə asılıdır. Müştəri bazasının formalaşdırılması, reklam-
marketinq-təbliğat işlərinin görülməsi, yeni layihələrin və ideyaların hazırlanması
və bu kimi digər məsələlər məhz menecerlər tərəfindən göstərilən fəaliyyətlər
sırasındadır.
(Qəhrəmanov Y.M., Bilalov B.Ə. ..2012)
14
Turizm sektorunda biznes fəaliyyətinin canlandırılması eyni zamanda güclü
reklam təbliğat işləri tələb edir. Bunun üçün KİV, sosial medialar, müxtlif formatlı
məlumat xarakterli braşuralar, reklam işləri bu istiqamət aparılan uğurlu fəaliyyət
sayılmalıdır. Sözügedən sektorla əlaqəli sərgilərin keçirilməsi müxtəlif turizm
şirkətlərinə öz məhsullarını geniş kütləyə təqdim etməyə şərait yaradır. Belə
sərgilərdə şirkət nümayəndəsi tərəfindən maraqlanan şəxslərə şirkətin xidmətləri
və məhslları barədə məlumat verilir. Turizm sektorunda fəaliyyət göstərən şirkətlər
belə təşviqat kompaniyalarını yalnız ölkə daxilində deyil, xaricdə keçirilən
beynəlxalq sərgilərdə də həyata keçirirlər. Belə tədbirlər içtimayyətdə də böyük
marağa səbəb olur. Bu cür tədbirlərə ayrı-ayrı region və müəssiələrdən çoxlu sayda
mütəxəssislər, ekspertlər təşrif buyururlar. Turizmlə əlaqəli keçirilən tədbirlərə
Azərbaycandan olan mütəxəssislər maraqladırlar. Buna səbəb, belə sərgilərin öz
rəngarəngliyi seçilməsidir.
Ümumiyyətlə belə tip sərgilər bir qədər əyləncəli xarakteri daşımaqdadır.
Digər tərəfdən bu tip sərgilərə gələn tamaşaçılara potensial turist kimi də baxmaq
olar. Turizm məhsulunu təqdim etməklə yanaşı, onu necə təqdim etmək amili də
bir o qədər vacib sayılır. Burada da bu sferada çalışan işçilərin, mütəxəssislərin
,menecerlərin, operatorların aparıcı rol oynadığı da xüsusi vurğulanmalıdır.
(https://mida.gov.az/documents/Turizm_s%C9%99nayesinin_inki%C5%9Faf%C4%B1na_dair_
strateji_yol_xeritesi.pdf, 2017 )
Ümumi nəzər saldıqda müasir dövrdə insanların səyahətə, səfərlərə marağının
artması Turizmin bir növ həm də gəlirli Biznes sahəsinə çevrilməsinə də şərait
yaratmışdır. Və məhz bu səbəbdəndir ki, son zamanlarda Biznes sektorunu
araştıran zaman Turizm sahəsinin xüsusi bir yer tutduğunu görmək mümkündür.
Dostları ilə paylaş: |