71
Mənbə: Yeni Hesablar Planından istifadə edərək müəllif tərəfindən tərtib edilib.
Əvvəlki balans hesablarının ən maraqlı maddələrindən biri də 06 saylı
“Uzunmüddətli maliyə qoyuluşları” idi. Əvvəlcə, bu balans hesabında hansı
əməliyyatların əks olunduğuna nəzər salaq və daha
sonradan isə yeni hesablar
planına uyğun müqayisəsini aparaq. Yəni həmin əməliyyatların yeni hesablar planı
ilə uyğunluq dərəcasini nəzərdən keçirək. 06 saylı balans hesabda üç əməliyyatın
nəticələri əks olunur. Bunlar; 06-1 subhesabında hər hansı qrumun və ya təşkilatda
pay, səhmlər üzrə qoyuluşları uçota alınmaqdadır. Məsələn, təşkilatın digər bir
müəssisədə nizamnamə kapitalında olan payını, yaxud digər müəssisə səhmdar
cəmiyyətidirsə, səhmlərinin alınmasını buna misal olaraq göstərilə bilər. Tutaq ki,
A müəssisəsi V müəssisəsinin səhmlərini almaq istəyir və bunun üçün 1000 manat
72
vəsait ödəyir. O zaman bu əməliyyat 06-1 balans hesabının debetində aparılacaq.
Yeni hesablar planda bu əməliyyat necə əks etdiriləcəyinə baxaq.
Artıq belə investisiyalar yeni hesablar planında hərhansı müəssisənin digər
müəssisənin pay və səhmlərinə qoyduğu investisiyadan asılı
olarub müxtəlif
hesablarda uçotu aparılır. Yeni standartda törəmə müəssisələr, asılı müəssisələr və
birgə müəssisələr anlayışları vardır. Ona görədə bu anlayışlara uyğun qoyulmuş
investisiya başqa–başqa hesablarda uçotu aparılır. Əvvəllər də belə müəssisələr
vardı. Amma onlara qoyulan hansısa investisiya yalnız 06-1 saylı balans hesabın
uçota alınırdı.
Yeni
standartda törəmə müəssisə, təşkilat asılı müəssisənin və birgə
müəssisənin daşıdığı anlayışın izahı da verilmişdir. İndı isə həmin anlayışın izahını
verə bilərik. Ola bilərki, bir müəssisə digər bir
müəssisənin idarə edilməsinə,
qərarların qəbuluna, maliyyə əməliyyatlarının effektiv idarə olunmasına nəzarət
funksıyasına malikdir. Məsələn, bir qurum
digər bir qurumun nizamnamə
kapitalına payları yaxud da sahmlərin 50% hissəsindən çoxuna, qeyd etdiyimiz
nəzarət funksiyasına malik olsa, artıq bu payların sahibi olan qurum, ana müəssisə
olur. İkinci qurum isə öz növbəsində asılı müəssisə hesab edilir.
Başqa müəssisələrdə 20%-dən daha aşağı paya
sahib olmuş müəssisə ana
müəssisə hesab edilmir və başqa müəssisədə olan payı təkcə investisiya
qoyuluşlarıu (maliyyə aktivləri) hesab edilir.
Birgə müəssisələr isə, iki ya da daha cox müəssisənin iş birliyi ilə qurulur.
Burda paylardan asılı olmadan,
bütun qərarlarda, maliyyə əməliyyatlarında
tapşırıqlar tərəflər tərəfindən birgə qəbul edilməkdədir.
Qeyd edilmişdir ki, bütün bunlar əvvəllər bir balans hesabında 06-1-də uçota
alınırdı. Yeni hesabların planına uyğun qaydada, asılı olan müəssisəyə
investisiyalar 151 saylı “Asılı müəssısələrə investisiyalar”;
birgə müəssisəyə
investisiya 152 saylı “Birgə müəssısələrə investisiyalar”, törəmə müəssisələrə
investisiyalar isə 183 saylı “Uzunmüddətli investisiyalar” hesabda uçota
alınmaqdadır.
73
Başqa müəssisələrdə 20%-dən az bir paya malik investisiyalar da 183 saylı
“Uzunmüddətli invcstisiyalar” hesabında uçotu aparılır.
Yeni hesablar planının 15-ci maddəsini nəzərdən keçirək. Bu maddələrə aid
nümunəyə baxaq.
Dostları ilə paylaş: