66
Yeni əldə edilən obyektlərə parallel olaraq, keçmiş dövrdə sahib olunan
torpaq; tikili və avadanliqlar olaraq bilinən obyektlər də torpaqlar, tikililər və
avadanliqların bilinməsi meyarına uyğun olub cavab verməlidir. Torpaqlar, tikililər
və avadanlıqların ayrılıqda obyektlərinin nələrdən ibarət olduğunu tapmaq
məqsədilə müəsisənin xüsusi vəziyyətlərinə tanınma meyarlarını tətbiq etmək üçün
peşakar düşüncədən istifadə edilməsi zəruridir. Ayrılıqda əhəmiyyətsiz görülən
maddələrin (qalıb, alətlər, şablon) qruplaşdırılaraq həmin meyarın ümumi olaraq
hesablanmış dəyərinə tətbiqi daha məqsədəuyğun olardı.
Müəssisə öz torpaqları, tikililəri və avadanlıqlarına çəkilmiş məsrəflərin
hamısı, onların formalaşdığı zaman cari tanınma meyarına uyğun gəlib-gəlməməsi
predmetinə uyğun qiymətləndirməlidir.
Bu məsrətlər torpaqlar, tikililər və avadanlıqlara aidiyyatlı obyektlərin ilkin
alınmağı ya da yaradılması məqsədilə çəkilmiş və sonradan bu obyektlərə əlavə
edilmiş, müəyyən hissəsinin dəyişməsi yada onlara xidmətlərin göstərilmasi üçün
çəkilmiş xərcləri özündə əks etdirməkdədir.
İndi isə köhnə hesabların istifadə edilmiş planı ilə yeni hazırlanmış hesablar
planında uçotunun aparıldığı uzunmüddətli aktivləri fərqləndirək. Köhnə
qaydalarda konkret yazılıb ki. 500.000 AZM-dən, yəni 100 AZN-dən artıq dəyəri
olan, istismar müddəti 1 ildən yuxan aktivlar əsas vəsait olaraq uçota alınmalıdı.
Amma
yeni
Milli
Mühasibat
Uçotu
qaydalarındu
artıq
100
manat məhdudiyyəti yoxdur, təkcə 1 il məhdudiyyəti vardır. Yəni standartlara
əsasən istənilən bir aktivin, əmlakının məbləği 100 manatdan aşağıdırsa, amma
onun faydalı olacaq istifadə müddəti, yəni iqtisadi ömrü bir ildən çoxdursa, onda o,
“torpaqlar, tikililər və avadanlıqlar” olaraq, yəni əvvəlki qaydada qeyd etsək, əsas
vəsait olaraq uçota alına bilir. Burada yaranan sual, Vergi Məcəlləsində də əsas
aktivlərlə bağlı 100 manat məhdudiyyəti var.
“Torpaqlar, tikililər və avadanlıqlar”ın, yəni əsas vəsaitin uçota alınmağı ilə
əlaqədar qısa məlumatdan sonra əsas vəsaitlərlə “torpaqlar, tikililər və
avadanlıqlar”ın uçotunda olan başqa fərqlərə nəzər salaq.
Dostları ilə paylaş: