Azərbaycan döVLƏT İQTİsad universiteti


Cədvəl 7. Alınmış avadanlıqlara görə müxabirləşmə



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix08.11.2022
ölçüsü1,57 Mb.
#68107
1   ...   16   17   18   19   20   21   22   23   ...   27
S-leymanov-Abid-h-d 311019

Cədvəl 7. Alınmış avadanlıqlara görə müxabirləşmə 
Mənbə: Yeni Hesablar Planından istifadə edərək müəllif tərəfindən tərtib edilib. 
Müəssisə digər təşkilatlardan (malgöndərəndən) 1000 manatlıq avadanlıq 
(məsələn dəzgah) alıb. Avadanlığı alan və satan təşkilat ƏDV ödəyicisidir. 18%-lik 
ƏDV 180 manat təşkil edibdir. Alıcı ƏDV-ni qanunamüvafiq qaydada depozit 
hesabından ödəyib və məbləğ əvəzləşdirilməlidir. Alınan avadanlıq quraşdırılıb, 
istismara verilib. Quraşdırılması üçün kənar təşkilata 200 manat vəsait ödənilib. 
Həmçinin istismata verilməsi ilə bağlı işçi heyətinə ödənilmiş əməkhaqqı 100 
manatdıq. Bu məbləğdən Dövlət Sosial Müdafıə Fonduna 22 manat ödənilib.
Bu zaman zəruri müxabirləşmələrin aparılması “Əlavələr”də səhifə 81-də 
olan “ƏDV üzrə müxabirləşmələr” Cədvəl 8-dəki kimi olur: 


70 
Depozit hesabı üçün yeni müəyyənləşmiş hesablar planında hesab nəzərdə 
tutulmayıb, amma 22-ci maddə bu məqsədlə 226 saylı hesab açmaq olar. Yeni 
hesablar planında 76 saylı köhnə balans hesabına uyğun hesab yoxdur. Artıq yeni 
hesablar planında həm passiv, həm də aktiv debitor, kreditor hesabı yoxdur. 
Müəssisə xarici təşkilatdan avadanlıq alıb. Avadanlığın dəyəri 2000 ABŞ 
dollarıdır. Avadanlıq qanuna müvafiq qaydada gömrükdə rəsmiləşdirilərək idxal 
olunub. İdxal olunma tarixində dolların manata münasibətdə məzənnəsi 1 ABŞ 
doları = 1,7 manat olub. Avadanlığın çatdırılması DAF Azərbaycan şərti ilə həyata 
keçirilib. Yəni, xarici təşkilat avadanlığı Azərbaycan gömrüyünə kimi çatdırıb. 
Gömrük rəsmiləşdirilməsi zamanı rüsum xərcləri 300 manat təşkil etmişdir. ƏDV 
isə 400 manat olub. Avadanlığın dəyərinin ödənilməsi zamanı dolların manata 
nisbətdə məzənnəsi 1 ABŞ doları =1,72 manat olub. Bütün məbləğlər ödənilibvə 
avadanlıq istismara verilib.
Qeyd edilən şərtlər daxilində müxabirləşmələr aşağıda əks okunan kimi 
olacaqdır: 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin