III FƏSİL. AZƏRBAYCAN QANUNVERİCİLİYİNDƏ UZUNMÜDDƏTLİ
AKTİVLƏRİN UÇOTUNUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ
3.1. “Maliyyə əməliyyatları üzrə hesabatlarının Beynəlxalq Standartlarına
və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına
əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın istifadə və tətbiqi
imkanları
Maliyyə
əməliyyatları üzrə hesabatların beynəlxalq standartlarına
və kommersiya təşkilatlarının fəaliyyəti üçün hazırlanmış Milli Mühasibat Uçotu
Standartlarına uyğun olaraq, ölkədə mühasibat uçotunun təşkili qaydaları və
prinsipləri Azərbaycanda kredit verən müəssisələrdən başqa digər təşkilatların uçot
qaydalarını tənzimləyir. Bu təşkilatların siyahısına: kommersiya təşkilatları,
hüquqi subyekt yaratmadan kommersiya əməliyyatları ilə fəailiyyətdə olmuş fiziki
şəxslərin apardıqları mühasibat uçotunun prinsiplərini tənzimləməkdədir. Ölkədə
olan mikro, orta və makro kommersiya şirkətləri beynəlxalq səviyyəli standartlara
uyğun formada maliyyə əməliyyatları üzrə hesabatlarını tərtib edirlər. Bu
standartların müddəaları onların hesabatlarının qaydalar müəyyənləşdirir.
Qeyd edilən qaydalara görə mühasibat uçotunun təkili prosesində beynəlxalq
səviyyəli standartlara əsaslanmış qaydalara və prinsiplərə görə maliyyə
əməliyyatları üzrə hesabatlarının keyfiyyət xüsusiyyətləri, eyni zamanda onların
elementlərinin effektiv formada qiymətləndirilmə metod və yöntəmlərinə üstünlük
verilməkdədir.
Mühasibat uçotununun aparılması prosesini tənzimləyən
qanunvericilik və digər hüquqi aktlarında əks olunmuş tələblərin və qaydaların
mühasibat uçotunun subyekti olan müəssisələrdə iş xüsusiyyətinin dəyişməsi ilə
bağlı olaraq, mühasibat uçotunda subyektlərin uçot siyasətində müvafiq
müddəalarda da düzəlişlər ciddi formada aparılmalıdır və bütün istifadəçilərin
diqqətinə çatdırılmalıdır.
Artıq Azərbaycanda müəyyən bir miqyasda Milli Mühasibat Uçotu
Standartlarının Beynəlxalq tələb və şərtlərinə uyğun harmonizasiya olmasının
vacib meyilləri üzrə əlaqəli olması istiqamətində əhəmiyyətli addımlar atılmış və
53
icra olunmağa başlamışdır. Milli Mühasibat Uçotu Standartlarının hər kəs
tərəfindən başa düşülməsi, habelə tətbiqi üzrə Maliyyə Nazirliyinin çeşidli
mülkiyyətdə olan müəssisələrə kifayət dərəcədə yüksək bir metodoloji dəstək
göstərmişdir. Xüsusilə də 2010-cu ildən etibarən Maliyyə Nazirliyilə yanaşı Təhsil
Nazirliyi ilə bir neçə universitetlərin dəstəyi ilə bu istiqamətdə yetkin
mütəxəssislər hazırlayan faəliyyətlər aparılmışdır. Bu sahənin mütəxəssislərinə
uyğun sertifikatların verilməsi üçün treninqlər hazırlanmış və keçirilmişdi.
Azərbaycan Respublikası səviyyəsində Milli Mühasibat Uçotu Standartlarının
tərtibi işi demək mümkündür ki, sonlanmışdır. Bundan başqa təşkilatların bir
çoxunda bu standartların tətbiq olunması və icrası ilə əlaqadar geniş işlər
görülmüşdür. Ancaq gələcək dövrdə bu standartların seçilməsi ilə bağlı həyata
keçiriləcək işlər və ya yaranabiləcək problemlər çoxdur, onların həllini tapmadan
reformları sonlandırmaq olmaz. İlk olaraq təşkilat və müəssisələrın mühasibat
uçotunun aparılması, maliyyə əməliyyatları üzrə hesabatın hazırlanması
istiqamətində metodiki bazanın qaydaya salınması çox vacibdir. Bunların
reallaşması üçün uzunmüddətli aktivlərin; torpaq, tikinti və avadanlıqların, bioloji
aktivlərin, uzunmüddətli öhdəliklərin və digərlərinin hazırlanan maliyyə uçotunda
əks olunması və sənədləşməsi üzrə təzə informasiyalar hazırlanmalıdır. Ölkədəki
kommersiya təşkilatlarının fəaliyyətinə görə hazırlanmış 1 №li Milli Mühasibat
Uçotu Standartında göstərilmiş, habelə təşkilatların həyata keçirdikləri işlər üzrə
xüsusiyytləri diqqətə alan uyğun hesablar planı, ya subhesablar ölkənin uçotla
bağlı əvvəlki təcrübəsində uzun müddət kəsiyində istifadə ediləcək hesablar
planından çox fərqli olub mühüm əlamətlərə görə seçilir. Başqa sözlə, adı qeyd
edilmiş yeni hesablar planını ölkədə aparılacaq uçot istiqamətində işləyən
mütəxəssislərin iştirak etməsi ilə mətbuatla yanaşı eynı zamanda uyğun
konfranslarla və ya seminar vasitəsilə ilə müzakirə olunmalı və kifayət səviyyədə
sadələşdirilməlidir. Yəni anlaşıqlı bir formaya salınmalıdır. Başqa vacib bir nüans
isə kadr təminatı ilə əlaqəlidir. Burda nəzərdə tutulmuş yeni tələblərə uyğun
mühasib peşəsinin yaranması, mühasibat uçotu prosesi üzrə mütəxəssislərın
ixtisasının yenilənməsi kimi məsələlərdir. Əgər ölkənin milli mühasibat uçotu
54
siyasəti üzrə hazırlanmış standartlar, mülkiyyət quruluşundan asılı olmadan bütün
müəssisələrdə tətbiq ediləcəksə, ondan müəssisə kadrları bu cür təhsili verən
xüsusi kurslara getməli və ixtisaslarını dayanmadan artırmalıdırlar.
Mühasibat uçotunun əsas subyektlərinin apardıqları mühasibat uçotu
prosesində, müəyyən hesablama metoduna görə təşkil edilir və bu qaydalara uyğun
formada maliyyə əməliyyatları üzrə hesabatları tərtib edirlər. Bu metodda bir
qayda olaraq əməliyyatların, həm də müxtəlif hadisələrin təsiri ilə aktivlərin uçotu
zamanı tanınır. Mövcud pul vəsaitləri ilə onların ekvivalentləri hesab edilən
aktivlərin qəbul olunduğu zaman, ya da onların ödənildiyi müddətdəki vaxt nəzərə
alınmır. Uçotla bağlı registrlərdə qeyd edilməkdədir, bundan başqa onların aid
edildiyi dövrdə maliyyə əməliyyatları üzrə hesabatlarda təqdim edilməkdədir.
İstifadə ediləcək hesablama metoduna uyğun qaydada hazırlanmış maliyyə
əməliyyatları üzrə hesabatların istifadəçiləri yalnız pul vəsaitlərinin ödənilməsi və
alınmasıyla bağlı keçmiş əməliyyatlar barədə deyildir, buna paralel olaraq pul
vəsaitlərinın gələcəkdə ödənilməsi üzrə öhdəliklar və gələcəkdə əldə edilməli olan
pul vəsaitlərini ifadə edən resurslar barədə də məlumatlandırır. Bu səbəbdən də,
iqtisadi aspektdə qərarların verilməsi və qəbul edılməsi baxımından istifadəcilər
üçün daha əhəmiyyətli olan keçmiş əməliyyatlar, müxtəlif hadisələr haqqında
detaylı informasiyanın əldə edilməsini təmin etməkdədir.
Qəbul edilmiş Qaydaya uyğun olaraq, uzunmüddətli aktivlərlə bağllı maliyyə
əməliyyatları üzrə hesabatların mühasibat uçotunu istifadə edən subyektin apardığı
fəaliyyətin davam etməsi və yaxın gələcəkdə fəaliyyətini davam etdirəcəyi
ehtimalına əsaslanaraq hazırlanır. Mühasibat uçotunu aparan subyektlərin
fəaliyyətinin davamlı və fasiləsiz olmasının konsepsiyası, Mühasibat uçotunun
təyin edilmiş subyektlərinin fəaliyətinin davam edəcəyıni və orda aparılan
fəaliyyətin durdurulması, həm də fəaliyyətin həcminin gözlə görülən səviyyədə
azalması, ixtisara salınması zərurətini, eyni zamanda niyyətinin olmamasını
nəzərdə tutmaqdadır.
Uzunmüddətli aktivlərlə bağlı maliyyə əməliyyatları üzrə hesabatlarının
hazırlanmasında aktivlərlə öhdəliklərın ilkin olaraq tapılan dəyəri onların
55
qiymətləndirilmə bazası kimi istifadə ediləcəksə, mühasibat uçotunu aparan
subyektin fəaliyyətində fasiləsizliyi ehtimalı aktivlərin, həm də öhdəliklərın ilk
hesablanmış dəyəriylə qiymətləndirilməsinə zəmin yaratmaqdadır.
Müxtəlif iqtisadi şəraitlərdə (məsələn, hiperinflyasiya şəraitində) müəssiəslər
tərəfindən hazırlanacaq maliyyə əməliyyatları üzrə hesabatları üzrə məlumatlar
aydın açıqlanmalıdır. Belə ki, aşağıda sıralanan məlumatlar bilinməlidir:
a) maliyyə əməliyyatları üzrə hesabatların, habelə əvvəlki dövrlərdə müvafiq
rəqəmlərin, əməliyyat valyutasının ümumi alıcılıq qabiliyyətində dəyişikliklər
nəzərə alınmaqla, yenidən hesablandığı və beləliklə hesabat dövründə qüvvədə
olmuş qiymətləndirmə vahidləri ilə təqdim olunduğu faktı;
b) hesabat tarixində qiymət indeksinin adını və səviyyəsini cari hesabatla
əvvəlki hesabat dövrləri ərzində indeksdə baş vermiş dəyişikliklər.
Əgər mühasibat uçotunda müəyyənləşmiş subyektin ləğv ediləcəyi ehtimal
oluncaqsa, aktivlərin qiymətlənməsinin əsası kimi həmin aktivlərin alınmasına sərf
edilmiş məsrəflərdən başqa (onlar aid deyil), onların ehtimal edilən satış
dəyərindən (başqa sözlə, satışlarla bağlı yaranmış xərclər çıxılaraq satış
qiymətindən) istifadə edilməkdədir. Mühasibat uçotunin müəyyənləşmiş
subyektinin yaxın dövrdə ləğv olunacağı gözlənilməkdədirsə, aktivlərin ehtimal
edilmiş satış məbləği mühasibat uçotunun bu subyekti tərəfindən müəssisə
öhdəlikləri və vəzifələrinin ödənilməsi məqsədilə tələb olunmuş pul vəsaitlərinin
gözlənilmiş mədaxili üzrə daha düzgün məlumatlar verir.
Mühasibat
uçotunun
müəyyənləşmiş
subyektinin
fəaliyyətində
müəyyənləşmiş sabitlik ehtimal olunduğu zaman, onun uzunmüddətli aktivləri
amortizasiya edilir. Mühasibat uçotunun təyin edilən subyektlərinin ləğv olunması
gözlənilən bir haldırsa, aktivləri öz daxilində qısamüddətli (və ya dövriyyə) və
uzunmüddətli (və ya dövriyyədənkənar) olaraq təsnifləşdirmək olmaz. Bu vaxt,
aktivlərin hamısı ləğv olunan zaman gözlənilmiş qısamüddətli aktivlər kimi
qeydiyyatı aparılır. Bundan başqa öhdəliklərsə, maliyyə əməliyyatlarıyla bağlı
hazırlanmış hesabatların istifadəçiləri üçün həmin öhdəliklərin kreditorlara
verəcəyi ödənişlər əsas prioritetlər sırasında təsnifləşdirilir, onların ənənəvi
56
qaydada, qısamüddətli öhdəlik və uzunmüddətli öhdəlik olaraq təsnifləşdirilərək
daha vaci və faydalı hesab edil-
məkdədir.
Qeyd edilmiş qaydalara görə Azərbaycan Respublikasının ərazisi daxilində
fəaliyyətdə olan mühasibat uçotunun bütün subyektləri tərəfindən aparılan
mühasibat uçotu üzrə registrlər Azərbaycanın dövlət dilində aparılmaqdadır.
Ölkəmizin xaricində fəaliyyətdə olan mühasibat uçotunun digər subyekti isə
Azərbaycan dilində olan mühasibat uçotu üzrə registrləri, məlumatları həmin
ölkələrin mövcud olan qanunvericiliyinə əsasən təyin edilən qaydalar əsasında bu
ölkənin dilinə tərcümə edilə bilir.
Buna əlavə olaraq deyilməlidir ki, əl ilə hazırlanmış mühasibat üçotu üzrə
əməliyyatlar (kitablarında) olan səhifələr nömrələnməlidir. Kitabın ən sonuncu
səhifəsində isə bütün səhifələrin ümumi sayı göstərilir və mühasibat uçotunun
müəyyən edilmiş subyektinin (şirkətin) baş mühasibi ilə həmin mühasibat
uçotunun subyektinin müdirinin (rəhbəri) seçdiyi aşqa bir mühasibat əməkdaşının
imzasına əsasən təsdiq edilərək möhürləyir. Hər bir kitabda mühasibatlıq uçotunun
subyektləriinin, mərkəzı mühasibatlığın qeydiyyatı, adı, habelə kitabın açıldığı
dövr - tarix qyd edilir. Kitabda qeyd edilmiş subhesabların hamısının mütlər olur.
Bəzi subhesablarla bağlı yazılışlar bu kitabın başqa bir səhifəsinə nüsxələndiyi
zaman (köçürülərkən), bu subhesabla bağlı başlıqda, digər səhifəyə verilən nömrə
göstərilərək yazılışın köçürülməsi üzrə əməliyyat da yazılır.
Hazırlanmış hesabatın dövrü sona çatdıqdan sonra mühasibat uçotu üzrə
kitablarda mövcud olan boş səhifələr isə növbəti ilin hesabatının hazırlandığı
dövrdə əməliyyatların yazılışları üzrə istifadə oluna bilir. Mühasibat uçotunda
aparılan registrlərdə aparılan yazılışlar ilk uçot sənədinə görə qələmlə ya da
avtomatlaşdırılan yollarla aparılmaqdadır. Mühasibat uçotunun mövcud registrləri
həm də komputerlə ya da çağdaş hesablama texnikasının cihazları ilə tərtib
edilməkdədir. Hər ayda son dövrdə aparılan analitik uçotla bağlı registrlərdə
dövriyyənin yekunu müəyyənləşir, həm də subhesablarla bağlı qalıqlar
çıxarılmaqdadır. İlin əvvəlində hesablanmış dövriyyə balansının tapılmış
57
informasiya
toplusu (qalığı) hesabatın
əvvəlki
dövründə
tapılmış
və
sonunda təsdiqlənmiş yekun (son) balansın məlumatlarına əsasən tərtib
olunmalıdır. Hesabat ilində ilk dövrdə dövriyyə balansının tapılmış
göstəriciləri dəyişiləcəksə onun əsas səbəbləri aydınlaşmalıdır.
İlkin sənədlər, tərtib edilmiş uçot registri, həmçinin maliyyə əməliyyatlarıyla
bağlı hesabatlar arxivə göndərilənə kimi mühasibat sistemində xüsusi yerlərdə ya
da baş mühasibin tərəfindən seçilmiş şəxslər tərəfindən cavabdehliklə bağlı
rəflərdə qorunur. Mühasibat sənədlərinin hamısı mühasibat uçotunun təyin edilmiş
subyektlərin mühasibat arxivində müəyyənləşmiş müddətə qədər mühafizə edilərək
saxlanılır. Mühafizə edilən dövr qurtardıqdan sonra mühasibat sənədlərinin
əvvəlcədən təyin edilmiş qaydalara uyğun olaraq müvafiq dövlətin arxivinə
göndərilir. Sənədlərin bu arxivə göndərilməsini ya da qanunvericiliyin mövcud
şərtlərinə uyğun formada ləğv edilməsini göstərən aktlar mühasibatlıqda həmişə
mühafizə edilməkdədir.
Mühasibat uçotunun subyektinin hazırladığı uçotla bağlı ilkin sənədləri,
bundan başqa uçot registrləri, maliyyə əməliyyatları üzrə hesabatlar istintaq
təşkilatları, prokuror, həmçinin məhkəmənin tərəfindən ilkin istintaq məqsədilə
Azərbaycan Respublikasının qüvvədə olmuş müvafiq qanunvericiliyinə görə bu
təşkilatların qərarına uyğun olaraq götürülə bilir. Sənədlər təhvil verilən zaman
uyğun qaydada protokol tərtib edilərək, bu protokolların nüsxəsi iltızam alaraq
mühasibat uçotunun uyğun subyektlərinin vəzifəli işçisinə verilməkdədir.
Sənədləri götürən təşkilatların razılığına və nümayəndələrınin iştirakıyla mühasibat
uçotunun subyektlərinın müvafiq vəzifəli işçiləri sənədlərin götürülməsinin qeyd
eidlən tarixi və əsasınının göstərilməsilə onların nüsxəsini çıxara bilir. İlkin uçotun
hazırlanması üzrə sənədlərin, uçot registrlərinın və maliyyə əməliyyatları üzrə
hesabatlarının itirilməsi halında mühasibat uçotunun uyğun subyektinin rəhbərinin
əmrinə əsasən bu kimi halların əsas səbəbini tədqiqedən komisiya yaradılmaqdadır.
Komisiyanın işinin nəticələri mühasibat uçotu üzrə subyektin rəhbərləri tərəfindən
təsdiq edilmiş aktla rəsmiləşdirilməkdədir. Bu aktların surətləri yuxarı qurumlara
(əgər varsa) dərhal göndərilməkdədir.
58
Mühasibat uçotunun təyin edilmiş subyektlərinin apardıqları mühasibat uçotu,
bu mühasibat uçotunda təyin edilən subyektlərin vasitəsilə təşkil edilən
mühasibatlıq, mərkəzı mühasibatlıq ya da mühasibat uçotunu verən xidməti verən
investisya sahiblərinin subyektləri vasitəsilə həyata keçiriməkdədir. Mühasibat
uçotunun təyin edilmiş subyektlərinin apardıqları mühasibatlıqlar ilə ya da bu
mühasibat uçotunun təyin edilmiş subyektlərinin strukturunda, tərkibində təşkil
edilən mərkəzi mühasibatlıq illik maliyyə əməliyyatları üzrə hesabatları tərtib
edərək təqdim etməlidi.
Azərbaycan Respublikasında olan qanunvericiliyə uyğun olaraq ləğv edilmiş
mühasibat uçotunun uyğun subyektlərinin ləğvi haqqında qərar verildikdə
müəyyən edilən tarixə qədər mühasibat uçotu subyekti üzrə ləğv edilən
komissiyanın yekun maliyyə əməliyyatları üzrə hesabatlarını, habelə yekun
birləşdirmələrin (konsolidə edilən) maliyyə əməliyyatları üzrə hesabatlarını tərtib
edirlər. Mühasibat uçotu üzrə əməliyyatların subyektlərin əmlakı ləğv edilən
komissiyasının müəyyən edilmiş qaydalarda təyin edilən qiymətlər üzrə uçotunu
aparır. Ümidsiz borclarıla bağlı və ya zərərlər üzrə yekun maliyyə əməliyyatları
üzrə hesabatlara və yekunda birləşdirilən (konsolidə edilən) maliyyə əməliyyatları
üzrə hesabatlara daxil edilməməkdədir. Ləğv edilmiş mühasibat uçotunun təyin
edilən subyektinin öhdəliyi dəqiqləşərək yekunda “Maliyyə vəziyyəti haqqında”
hesabatda əks edilir və “Əhəmiyyətli uçot siyasəti və izahli qeydlər”də ödəniş
tarixindən başlayaraq öhdəliklərın icra edilməsinin xronoloji ardıcıllıqla bölgüsü
üzrə göstərilməkdədir.
Mühasibat uçotunun təyin edilmiş subyektləri baş verən maliyyə və təsərrüfat
əməliyyatları və işlərinin xüsusiyyətlərinə bağlı olub Beynəlxalq Standartların şərt
və tələbinə uyğun qaydada həmin prinsiplərdə əks etməyən mühasibat yazılışlarını
sistemləşdirmək hüququna malikdi.
Həmin Qaydalarla müəyyən edilmiş hesablar planının hazırlanacaq mühasibat
uçotunda təyin edilən subyektlərin fəaliyyət prinsiplərini və xüsusiyətlərini özündə
ehtiva edir. Hesablar Planda olan “Uzunmüddətli aktivlər”lə əlaqəli olan planı
59
“Əlavələr”də səhifə 82-də olan Mühasibat uçotu subyektləri üçün “Uzunmüddətli
aktivlər”lə bağlı Hesablar Planı adlı Cədvəl 5-də göstərilmişdir.
Mühasibat uçotunun təyin edilmiş subyektlərinin hesabat zamanı
ərzində maliyyə və təsərrüfat əməliyatları üzrə aparılmış və ya səhv verilən
mühasibat yazılışları üzərinə düzəlişlər bu yazılışlarda əks ya da storno üsuluyla,
başqa sözlə mənfi rəqəmlərlə mühasibat yazılışlarında müxabirləşmələr verilərək
həyata keçirilməkdədir.
Mühasibat uçotunun təyin edilmiş subyektləri Beynəlxalq Standartlara görə
tərtib olunmuş və avtomatlaşdırılan proqramların istifadəsi əsasında mühasibat
uçotunu həyata keçirmək və maliyyə əməliyyatları üzrə hesabatları tərtib edə
bilmək hüququna malikdir.
Beləliklə, maliyyə əməliyyatları üzrə hesabatlarının Beynəlxalq Standartlara
görə mühasibat uçotunun aparılmağının qaydaları Azərbaycanda kommersiya
qurumları, həm də hüquqi şəxs formalaşdırmadan sahibkarlıq fəaliyyəti üzrə
məşğul olmuş fiziki şəxslərin bu qaydaları istifadə etmək, həm də onların effektiv
tətbiqi imkanları genişdir.
Dostları ilə paylaş: |