Azərbaycan döVLƏT İQTİsad universiteti


 Uzunmüddətli aktivlərin beynəlxalq standartlara uyğun uçotunun



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix08.11.2022
ölçüsü1,57 Mb.
#68107
1   ...   8   9   10   11   12   13   14   15   ...   27
S-leymanov-Abid-h-d 311019

2.2. Uzunmüddətli aktivlərin beynəlxalq standartlara uyğun uçotunun 
araşdırılması 


35 
“Mühasibat uçotu haqqında” ölkəmizdə qəbul edilmiş Qanununda uçotla bağlı 
siyasətin mühüm qolları müəyyən edilmişdi. Qeyd edilən Qanunda nəzəri olaraq 
standartları baza alaraq uçotun təşkili qaydaları qeyd olunmuşdu. Bu Qanunda 
qeyd edilən tələblərə əsasən 2006-ci il versiyası üzrə maliyyə əməliyyatları üzrə 
hesabatların Beynəlxalq Standartları ölkəmizin dövlət dilinə tərcümə olunaraq 
rəsmi mətnlərin Mühasibat Uçotunun Beynəlxalq Standartları Komitəsi Fondunun 
fəaliyyəti tərəfindən təsdiqlənməsi üzrə təşkil olunmuşdu. Maliyyə əməliyyatları 
üzrə hesabatların Beynəlxalq Standartlarına həmin Fondun təyin etmiş olduğu 
prinsip və qaydalara görə beynəlxalq audit şirkətlərinin tərəfindən bir rəy və ya 
yanaşma verilmişdi. 
Son dövrlərdə, xüsusən də 2008-ci il tarixindən başlayaraq Azərbaycan 
Respublikasında maliyyə əməliyyatları üzrə hesabatların beynəlxalq standartlarına, 
ya da Milli Mühasibat Uçotu Standartlarının vacib müddəalarına əməl edilməsinə 
kifayət səviyyədə diqqət artmağa başlamışdır. Bu cür marağın əsasə səbəbləri kimi 
bir neçə amili qeyd etmək mümkündür. Bunlardan ilki, qeyd edilmiş zaman 
kəsiyində Azərbaycan Respublikasında çox böyük miqdarda xarici investisiya 
axının olması olmuşdur. Belə ki, açıq şəkildə məlumdur ki, ictimai əhəmiyyətli 
təşkilatların maliyyə durumu və əldə etdikləri maliyyə nəticələrinə əsasən düzgün 
və dəqiq informasiyalara sahib olmadan beynəlxalq qurum və təşkilatlar ölkəmizə 
böyük həcmdə investisiya qoyuluşları etməkdə tərəddüd edə ya da bununla bağlı 
səmərəli qərraları qəbul etməkdə çətinlik çəkə bilirlər.
Müasir dövrdə Azərbaycanda şirkətlər və müxtəlif təşkilatlara görə maliyyə 
resurslarıyla zəngin maliyyə birjalarına çıxış birbaşa olaraq onların apardıqları 
uçotlar ilə hesabatlar sisteminin qurulması Maliyyə əməliyyatları üzrə 
hesabatlarının dünya miqyasında istifadə edilən beynəlxalq standartlarına görə 
tərtib edilməsi ilə mümkün olmaqdadır. Mühasibat uçotlarının və maliyyə 
əməliyyatları üzrə hesabatların beynəlxalq səviyyədəki standartlara uyğun formada 
tərtibi ölkədə təşkilatların beynəlxalq miqyaslı kapital bazarına qovuşması 
fürsətlərini ön plana çıxarda bilməkdədir. Başqa bir səbəb isə müxtəlif Maliyyə 


36 
əməliyyatları üzrə hesabatlarda beynəlxalq standartlarına əsaslanmış strukturun 
olması, habelə onun təqdimi ilə əlaqədardır.
Konkret qaydada demək mümkündür ki, hazırda təşkilatların bəzilərində 
tərtib edilən Maliyyə əməliyyatları üzrə hesabatları isə sahib olduqları şəffaflıq, 
açıqlıq istifadəçilər, habelə də investisiya qoyacaq sahibkarlar üçün effektivliyi 
aspektindən çağdaş tələblərdən müəyyən səviyyədə geridə qalmış və ya bəzi 
xüsusiyyətlərdə əksik olmuşdur. Beynəlxalq səviyyədə istifadə edilən standartlar 
istifadə edildiyi vaxtdan etibarən konkret olan istifadəçi qrupuna istinad 
etməkdədir, həm də bu istifadəçilərin verəcəkləri iqtisadi sahədə qərarların və 
siyasətin qəbulu prosesi ilə bağlı vacib və əhəmiyyətli görülən maliyyə 
informasiyalarının effektivliyi faktorundan irəli gəlmişdir.
Başqa bir vacib səbəb isə odur ki, zəruri olan maliyyə əməliyyatları üzrə 
hesabatların tələb edilən beynəlxalq standartlardan istifadə edərək mühasibat 
uçotunun tətbiqi məqsədilə mahiyyəti etibarilə yeni milli prinsiplərin 
hazırlanmasına görə lazım olan müddətlə resursların faydalı səviyyədə ixtisarına 
fürsət yaradır. Azərbaycan Respublikasında birbaşa olaraq bu qaydaya üstünlük 
verilərək yeni qəbul edilmiş Milli Uçot üzrə Standartların Beynəlxalq Standartlara 
mümkün qədər uyğunlaşmışdır. Bir neçə nöqsan və əksikliklərinə baxmadan milli 
sahədə 
mühasibat 
uçotuna 
görə hazırlanmış standartlarında MHBS-na 
uyğunlaşdırılmış qaydada tərtibi respublikamızda azad bazar iqtisadiyyatının 
qaydalarına uyğun olan effektiv mühasibat uçotunda uğurlu sistemi qurmaqla bağlı 
çətinliklərin həlli üçün çox mühim addım olaraq görülür.
Ölkəmizdə MHBS ilə MMUS-nın tətbiq edilməsinin vacib səbələrindən biri 
də ölkə ərazisində olan mühasiblərin vəzifə və səlahiyyət çərçivəsinin genişlənərək 
artması, onların biliklərinin, vərdiş və qabiliyyətlərinin yüksəlməsi üzrə bilavasitə 
əlaqəlidir. Nəticədə bütün bunlar maliyyə uçotunun düzgünlüyünün və 
vacibliyinin, həm də bütünlükdə ölkəmizin iqtisadi inkişafının stabilliyinin 
yüksəlməsinə səbəb olmuşdur. MHBS-nin dünya səviyyəsində zəruri Maliyyə 
əməliyyatları üzrə hesabatlarının təkmilləşib, onların qarşılıqlı olaraq 
harmonizasiyasının təşkili baxımından görüləcək böyük işlərin effektiv bir nəticəsi 


37 
olaraq dəyərləndirilməlidir. Bundan əlavə, qeyd olunmalıdı ki, Respublikamızda 
mühasibat uçotu üzrə vahid sisteminin təşkili üçün aparılacaq reformların əsas 
məqsədi odur ki, milli səviyyədə hazırlanacaq uçotların bazar iqtisadiyyatının 
zəruri tələblərinə, həmdə maliyyə əməliyyatları üzrə hesabatların açıq oxunması 
üçün onların beynəlxalq standartları uyğun formalaşsın.
Bu standartlara uyğun olaraq 37 adda kommersiya təşkilatları və 
müəssisələrinin fəaliyyətini sənədləşdirmək məqsədilə Milli Mühasibat Uçotu 
Standartı, 27 adda kommersiya təşkilatı və müəssisələrini hədəfləmiş Milli 
Mühasibat Uçotu Standartının istifadə edilməsi haqqında Şərhlər və Tövsiyələr, 
həm də İctimai Sahə üçün Mühasibat Uşotunun Beynəlxalq Standarta 
uyğunlaşması 24 adda Büdcə müəssisələrinə yönəlmiş Milli Mühasibat Uçotu 
Standartı, 1 adda qeyri-hökumət birlikləri və təşkilatları üçün Milli Mühasibat 
Uçotu Standartı, habelə kiçik sahibkarlıq (təsərrüfat) subyektlərində 
sadələşdirilmiş qaydada uçotun hazırlanması qaydaları hazırlanmışdı. Milli 
standartlar; “Mühasibat uçotu haqqında” mövcud Qanunun yeddinci maddəsinə 
uyğun olaraq Azərbaycan Respublikasında Nazirlər Kabinetində verilmiş, 
25.09.2005-ci il və 250 nömrəli Sərəncamıyla formalaşmış Muhasibat Uçotun 
hazırlanmasına əsaslanmış Məsləhət Şurasının verdiyi rəydən sonra təsdiq 
edilmişdi.
Qanunda 6.0.2 və 6.0.3 nömrəli maddələrə görə Milli Mühasibat Uçotunun 
hazırlanması üzrə Standartlar maliyyə əməliyyatları üzrə hesabatların Beynəlxalq 
Standartları əsasında hazırlanmaqdadır; maliyyə əməliyyatları üzrə hesabatların 
tərtibi ilə bağlı Beynəlxalq Standartlarla tənzimlənməli olan məsələlərin hamısını 
əhatə etməlidi. Lakin milli səviyyədəki standartlarla müqayisəsi aparılan 
beynəlxalq səviyyəli standartların arasında konseptual olaraq fərq görülməsə də 
müəyən texniki fərqlər var. Beynəlxalq standartlarda olan maliyyə əməliyyatları 
üzrə hesabatların nümunəvi şəkli göstərilməmiş, təkcə bu hesabatlarla əlaqəli 
minimum şərtlər göstərilmişdi. Bu səbəbdən də Milli Standartları hazırlamış 
mühasiblərə dəstək olmaq üçün maliyyə əməliyyatları üzrə hesabatların 
hazırlanması üzrə zəruri forma və şəkillərin nümunəvi formasını hazırlamaq və 


38 
standartlara bunları əlavə etmək lazımdır. Mühasibat balansının, mənfəət və 
zərərlərin əks olunduğu hesabatın, pul vəsaitlərində aparılan hərəkətin hesabatı və 
s. olaraq hesabatların formaları hazırlanmışdır. Yeni Hesablar Planı haqqında qeyd 
etmək lazımdır ki, sintetik hesablar planının artıq təsdiqlənməsi prosesi başa 
çatmışdır. Əməliyyatların uçotunda istifadə edilmiş köhnə hesab planında mövcud 
subhesablar Yeni Hesablar Planında yoxdur, bundan başqa bu sahədə təşkilatların 
özlərinə sərbəstlik verilmişdir. Bu təşkilatlar uçot siyasətində və apardıqları işlərin 
xüsusiyyətlərində görülən spesifikaya əsasən təşkilatların özlərinin istifadə etdiyi 
subhesablar müəyyənləşəcəkdir. Təşkilatlar əvvəllər 3 və ya 5 səhifə həcmində 
uçot siyasəti hazırlayırdılar. İndi isə bundan fərqli olaraq, bu sənəddə istifadə 
edilən amortizasiya və qiymətləndirmə metodu, habelə istifadə edilən standartlarla 
bağlı daha geniş və əhatəli məlumat verirlər. Məsələn, istehsalla məşğul olan 
müəssisəsilər uçot siyasəti hazırladıqlarında Kənd təsərrüfatı haqqında 41 saylı 
standartını daxil etməyəcəkdir. Bu onu göstərir ki, müəssisələr uçot siyasəti 
apardıqları zaman istifadə etdikləri və gələcək dövrdə istifadə edəcəkləri 
standartlarla bağlı əvvəlcədən izahat verirlər. 
Kiçik təsərrüfat subyektləri uzunmüddətli aktivlərinin uçotunu hazırlayarkən 
bəzi nüanslara nəzarət etməkdədirlər. “Mühasibat uçotu haqqında” Qanunda, 
əsasən də 9-cu maddədə, kiçik təsərrüfat subyektləri maliyyə əməliyyatları üzrə 
hesabatlarını həcmi kiçik olan sahibkarlıq subyeklərində sadələşmiş uçotun 
prinsiplərinə əsasən düzgün formada hazırlayırlar. Hazırda kiçik həcmli təsərrüfat 
subyektlərinin uçotunu Maliyyə Nazirliyinin İ - 06 nömrəli 13.01.2009-cu ildə 
qəbul edilmiş əmrinə uyğun qaydada rəsmiləşmiş “Kiçik sahibkarlıq 
subyektlərındə sadələşmiş uçotun aparılması Qaydaları”nda aparmaqdadır. Həmin 
Qaydaları vergi qanunvericiliyində olan prinsiplərə görə hazırlandığından kiçik 
həcmli təsərrüfat qruplarında mühasibat uşotunun təşkil edilməsində və müvafıq 
maliyyə əməliyyatları üzrə hesabatlarının hazırlanmasına heç bir uyğun olmayan 
təsir göstərməmişdir. Buna görə də sadələşmiş vergi mükəlləfiyətçisi olmamış 
kiçik həcimli təsərrüfat subyektində keçmiş dövrdə istifadə edilən hesablar 
planında mühasibatlıq əməliyyatlarının aparılması tövsiyyə edilməkdədir. Qeyd 


39 
edilmiş prinsiplərdə sadələşmiş vergi mükələfiyyətçisi omuş və olmamış kiçik 
həcmli təsərrüfat obyektlərində uçotun təşkilinə yönəlik qaydaların həcimli 
formada izah edilibdir. Kiçik həcmli təsərrüfat obyektlərinin mühasibata yönəlik 
uçotunda vergi sistemindəki qanunvericiliklə bağlı tətbiq edildiyinə görə maliyyə 
əməliyyatları üzrə hesabatların vergi qanunvericiliyindəki tələblər diqqətə alınaraq 
tərtib edilməlidi 
(https://muhasib.az/)
.
İctimai əhəmiyyət daşıyan qurumlar uzunmüddətli aktivlərinin uçotunu hazır- 
layarkən bəzi nüanslara nəzarət etməlidir. Bunlara aid etmək olar: “Mühasibat 
uçotu haqqında” Qanunun 8.1 maddəsinə əsaslanaraq bütün ictimai əhəmiyyət 
daşıyan qurumlar uzunmüddətli aktivlərinin uçotunu yalnız maliyyə əməliyyatları 
üzrə hesabatların beynəlxalq standartlarına görə tərtib ediblər. Qanunun 2.1.9 
maddəsində olan prinsiplərə görə, ictimaiyyətin faydasına olan qrumlara 
kreditverən təşkilatlar; sığorta və təkrasığota edən şirkətlər; investisiya ayıran 
fondlar, qeyri-dövlət sosial fondlar, qiymətli kağızların alınıb satıldığı fond 
birjasında dövr edən hüquqi şəxslərlə maliyyə əməliyyatları üzrə hesabatların tərtib 
olunduğu tarixdə Nazirlər Kabinetinin müəyyən etdiyi göstəricilərin, yəni illik 
gəlirin, hesabat ilində müəssisə əməkdaşlarının orta sayının və balansının ən sonda 
əldə edilən məbləğinin ikisindən daha yüksək olmuş meyarlara sahib olan 
kommersiya müəssisələri aiddir. Nazirlər Kabinetində təsdiqlənmiş 20.07.2005-ci 
il, 108 nömrəli Qərar ilə meyarlar bu qayda ilə müəyyən olunmuşdu: İllik gəlirin 
30 milyon manat; hesabat müddəti zamanı əməkdaşların orta sayı 1200, maliyyə 
balansında son məbləğinin 100 milyon manat. Nazirlər Kabinetində 2005-ci ildə, 
18 iyul tarixində 140 saylı Qərarı ilə 2008-ci il 1 yanvara qədər maliyyə 
əməliyyatları üzrə hesabatların beynəlxalq standartlarına görə mühasibat uçotunun 
aparılması, maliyyə əməliyyatları üzrə hesabatlarını hazırlamalı olan və sosial 
əhəmiyyət daşıyan qrumların siyahısını təsdiq etmişdir. Həmin siyahıda isə 
Azərenerji ASC; Azərcell Birgə Müəssisəsi; Azərbaycan Respublikası Dövlət Neft 
Şirkəti; ARDNŞ-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu; ARDNŞ-ın 
Azər neftyağ Neft Emalı zavodu; Azərbaycan Respublikasının Dövlət Neft 
Kəmərləri İdarəsi, ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyat İdarəsi; ARDNŞ-ın 


40 
Azneft İstehsalat Birliyi, Azərbaycan Dövlət Dəmir Yolu, Bakı Metropoliteni, 
Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Hava Yolları” QSC-nin Milli 
Aviasiya Şirkəti, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Azəriqaz QSC, 
Azəriqaznəql İstehsalat Birliyi, “Azərsu ASC, Azərbaycan Respublikası Rabitə və 
İnformasıya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi, 
“Azərkimya” Dövlət Şirkəti, “Azərkimya” Dövlət Şirkətinin Etilen-polietilen 
zavodu siyahıda göstərilmişdi. Həmin müəssisələr hesabat hazırlanmış dövrün 
sonrakı ili bitəndən sonra hazırlanmış illik maliyyə əməliyyatları üzrə hesabatları 
tərtib etməlidi. Beynəlxalq səviyyədə olan təcrübəyə görə, həmin formada hesabat 
3 və 4 ay ərzində hazırlanmalıdı. Konsolidə ediləcək hesabatlar təkcə 6 aylıq bir 
dövrdə yekunlaşacaqdır. Buna parallel olaraq, Qanunda 10.1.2 maddədə qeyd 
olunduğu kimi sosial əhəmiyyət daşıyan təşkilatlar və kiçik təsərrüfat 
subyektlərindən başqa, kommersiya təşkilatları öz seçimlərinə əsaslanaraq, 
maliyyə əməliyyatları üzrə hesabatlarını beynəlxalq standartlara əsaslanmış olaraq 
tərtib edə bilirlər. Hazırlanmış hesabatlar aşağıda göstərilən komponentlərdən 
ibarətdi 
(http://www.e-qanun.az/framework/34909): 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin