28
II FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA UZUNMÜDDƏTLİ
AKTİVLƏRİN BEYNƏLXALQ STANDARTLARA UYĞUN TƏTBİQİNİN
MÜASİR DURUMU VƏ ƏSAS XÜSUSİYYƏTLƏRİ
2.1. Uzunmüddətli aktivlərin uçotunun mövcud sisteminin qiymətləndirilməsi
Azərbaycan Respublikasında mütəmadi qaydada həyata keçirilmiş
çoxistiqamətli iqtisadi reformlar iqtisadiyyatın müxtəlif sahələrinə olduğu qədər,
mühasibat uçotu üzrə sferasına da təsir edərək, onun beynəlxalq tələblərə uygun
olması, ənənəvi milli mühasibat uçotunin mövcud sisteminin təkmilləşməsi və
yenidən qurulmağını tələb etmişdir. Təkmilləşmə və tərəqqi zamanı uzunmüddətli
aktivlərlə bağlı uçotun aparılmasında yeniliklər baş verdi. Reformların məntiqi
davamı olaraq qanunvericilik bazasının təkmilləşməsi baxımından 2004-cü ilin 29
iyununda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul
olunaraq, ölkə rəhbərinin 2005-ci ilin 7 fevralında həmin qanunun tətbiqinin
reallaşması barədə Fərman imzaladı. Bu qanuna uyğun olaraq, Azərbaycan
Respublikasının Maliyyə Nazirliyində 2005-ci il 27 iyun tarixli əmrinə görə
mühasibat uçotunda beynəlxalq standartları əsas götürən “Milli Muhasibat Uçotu
Standartlarının hazırlanması və qəbulu Qaydaları” adlı sənəd təsdiq edildi.
Mühasibat uçotu qurumların, həm də bu qurumların əmlakının bütünlükdə idarə
olumasını,
həyata
keçirilmiş
bütün
təsərrüfatın
əməliyyatları
haqda
informasiyaların yığılmasını, işlənməsini, qeydiyyatını və onların bütün
istifadəçilərə çatdırılmasını təmin etməyə çalışan bir sistemdir. Bu sistemdə
uzunmüddətli aktivlərin uçotunun tətbiqi iqtisadiyyatda olan bütün sfera və sahəsi
üzrə müxtəlif fəaliyyət istiqamətlərini bir-birinə bağlayır
(Süleyman Qasımov,
ARDNŞ-də şəffaflıq və onun artırılmasında beynəlxalq maliyyə hesabatı standartlarının rolu,
mühasiblərin və auditorların ııı avrasiya forumu, bakı, 2012).
Hal-hazırda bazar iqtisadiyyatı təsərrüfat subyetlərinin iqtisadiyyatının
inkişafı və tərəqqisi, istehsalatın genişlənməsi və daha da təkmilləşməsi naminə
yeni şərt və tələblər qoyur. İdarəetmənin mürəkkəbləşməsi isə yeni növdə
müəssisənin istehsal prosseslərini, sərf olunmuş resurslar, buraxılmış məhsulların
29
mayasını, yəni dəyərini, həcmini və başqa bu kimi məsələlərin əhatə olundğu şəffaf
bir informasiya bazasının zərurət yaranmasını zəruri etmişdir ki, buda öz
növbəsində, mühasibat uçotunun sistemində, habelə uzunmüddətli aktivlər uçotun
aparılmasında bəzi dəyişikliklərin baş verməsinə şərait yaratmışdır. Mühasibat
uçotunun uyğun hesabat sistemində baş vermiş bu dəyişikliklər təşkilatın maliyyə
vəziyyətinin, həm də onların fəaliyyətlərinin son maliyyə nəticələrinə əsasən
informasiyanın formalaşmasının təmin edilməsinə istiqamətlənmişdir. Sıralanan
informasiyalar müəssisənin işində maraqlı olan bütün tərəflər üçün əhəmiyyətli
sayılır, müəssisənin cari vəziyyətinin, qərarlarının və fəaliyyətinin haqqında
yığılmış məlumatların Maliyyə əməliyyatları üzrə hesabatlarındn istifadə edənlərə
düzgün çatdırılması, izahı və anlaşılmasını təmin etməkdədir. Hər bir investor öz
vəsaitini müəssisənin yüksək mənfəət qazanmasından əmin olduqdan sonra həmin
sahəyə qoymağa qərar verdiyi üçün, bu müəssisənin uzunmüddətli aktivlərlə bağlı
uçotun da daxil olduğu hesabat investorlar üçün açıq və aydın olmalıdı.
Əvvəllər mühasibat uçotunun, bu sahədə hazırlanan hesabatın inzibati amirlik
sisteminin öz prinsiplərinə uyğun olan, tamamilə fərqli vəzifələr icra edirdi. Dünya
iqtisadiyyatına inteqrasiya etmiş ölkəmizin iqtisadiyyatının tərəqqisində köhnə
uçot metodlarının və üsullarının isə yeni şəraitdə qəbul olunmadığı, mühasibat
uçotunun yenilənməsi, həmçinin beynəlxalq standartlara uyğunlaşmasını zəruri
etmişdir, çağdaş mərhələdə uçotun və hesabatın aparıldığı sahələrdə dünya
təcrübəsi və praktikasında qəbul edilən qaydaya uyğun reformların aparılması
qarşıda duran vacib vəzifələrdən biri olmuşdur
(З.Кирянова, M. 1998, s.72)
.
Çağdaş iqtisadi əlaqələr sisteminin mürəkkəb xarakterə sahib olması, hərbir
müəssisə ilə şirkətlərin beynəlxalq və dünya kapital bazarına çıxması, onların
sərəncamlarında yerləşən təbii, əmək, habelə maliyyə resurslarından effektiv
istifadə olunmasını, yüksək bazar rəqabətinin olduğu şəraitdə fasiləsiz fəaliyyəti və
çevikliyi tələb edir. Həmin çətinliklərin həll edilməsi əvvəlcə müəssisə və
şirkətlərin idarəolunması üçün yekun qərarların düzgün olaraq verilməsinin ön
plana çıxması, Maliyyə əməliyyatları üzrə hesabatlardakı göstəricilərin beynəlxalq
standartlara, həm də mühasibat uçotunda qəbul edilmiş prinsiplərə uyğun qaydada
30
formalaşması vasitəsi ilə mümkündür. Belə ki, təsərrüfat subyektlərində maliyyə
və
istehsal
fəaliyyətinin
effektivliyi
və
rentabelliliyi
səviyyəsinin
dəyərləndirilməsində Maliyyə əməliyyatları üzrə hesabatlarının informasiyaları
mühim rola sahibdir. Buna görədə iqtisadiyyatın çeşidli sahələrində və sferalarında
beynəlxalq inteqrasiyanın əhəmiyətinin artması, həm də iqtisadi və hüquqi xarakter
daşıyan daxili faktorlarla xarici faktorların təsiri mühasibat uçotunda baş verən
dəyişiklikləri, müxtəlif dövlətərdə tətbiq ediləcək uçot ilə hesabat işlərinin
eyniləşməsini və hər kəs üçün aydın olmasını tələb etmişdir.
Mühasibat uçotu sferasında qanunvericilik bazasının möhkəmlənməsində
qarşıya qoyulmuş əsas məqsəd, ölkənin uçot sisteminin və bazasının dünya uçot
sisteminə və bazasına uyğun qurulmasıdır. Azərbaycanda bu baxımdan həyata
keçirilmiş iqtisadi, siyasi reformlar nəticəsində hazırlanacaq mühasibat uçotunun
mahiyyətinin, habelə funksiyalarının, müəssisədə onun icra etdiyi və reallaşdırdığı
vəzifələr dəyişmiş, bir çox halda isə uçot sisteminin müxtəlif parametrləri, uçot
sistemini təsərrüfat subyektinin özünün seçməsinə fursət yaratmışdır.
Qlobal iqtisadiyyata inteqrasiya etmək məqsədilə respublikamızda uçot
sisteminin qeyd edilən istiqamətdə mövcud olmuş beynəlxalq standartların
prinsiplərinə əsasən qurulması dövrün mühüm şərtlərindən biri olduğundan, uçotla
hesabatların beynəlxalq səviyyədə standartlara uyğunlaşması istiqamətində
aparılan işlərin kommersiya təşkilalarında da sürətləndirilməsi mühim əhəmiyyət
daşıyır.
Müəssisələr gələcək dövrdə fəaliyyətlərini planlayaraq, cari dövrdəki maliyyə
vəziyyətlərinin müəyyən edilməsi uzunmüddətli aktivlərin də daxil olduğu
mühasibat uçotunun verdiyi məlumatlara əsaslanmaqdadır. Firmalar həmin
məlumatlarla mövcud vəziyyətlərini müəyyən edə bildikləri kimi, gələcəkdə olacaq
investisiya qərarlarınıda müəyyən edə bilərlər. Beynəlxalq standartlara mühasibat
uçotunun uyğunluğu yalnız dövlətə olan məsuliyyət və vəzifənin yerinə yetirilməsi
sistemi deyildir, eyni zamanda şirkətin tərəqqi yolunda önəmli rol oynayacaq bir
vasitə kimi vurğulamaq olar. Şirkətlərin quracağı bünövrəsi sağlam olan mühasibat
31
uçotu sisteminin vasitəsiylə marketinq fəaliyyəti, istehsal, həm də maliyə kimi
önəmli təşkilat bölmələrinin qərarlarına müsbət yöndə yol göstərən hesabatların
hazırlanması mümkündür
(Ə.Sadıqov, Bakı 2015 s.24).
Beynəlxalq miqyasda qəbul edilmiş standartlara əsaslanmış uzunmüddətli
aktivlərlə bağlı uçotdan əldə edilən informasiyalar bəzən təşkilat içində, bəzən də
onlardan kənarda olan istifadəçilər üçün iqtisadi sahədə optimal qərarların alınması
üçün önəmlidir. Beynəlxalq təcrübədə mühasibat uçotundan əldə edilən
məlumatlar, hazırlanmış hesabatlar, şirkətlərdə iqtisadi fəaliyyət sahəsində mühim
bir dil olaraqda qəbul edilir. Bu dilin bir müstəvidə qiymətləndirilməsi və
anlaşılmasını Beynəlxalq mühasibat uçotunun hazırlanması üzrə standartları təmin
etməkdədir. Beynəlxalq sahədə mühasibat uçotunun hazırlanması üzrə standartlara
əsasən hazırlanan maliyyə əməliyyatları üzrə hesabatların köməyi ilə dünyanın
istənilən təşkilatında sağlam məlumatların əldə olunmasına imkan verir.
Beynəlxalq miqyasda qəbul edilmiş standartlara uyğun olan mühasibat
uçotunun təşkilinin aparılması auditor fəaliyyətinin keyfiyyətinə də təsir edir.
Auditor fəaliyyəti iqtisadi fəaliyyətin mühüm növlərindən biridir. O, iqtisadi
subyektlərin mühasibat hesabatlarının, habelə Maliyyə əməliyyatları üzrə
hesabatlarının sərbəst olaraq yoxlanması ilə məşğuldu. Auditor fəaliyyətinin ən
ümdə məqsədi maliyyə hesabaları ilə mühasibat uçotu hazırlanması üzrə
hesabatların etibarlılığını qoruyaraq təmin etmək, həm də müxtəlif maliyyə
əməliyyatı ilə təsərrüfat əməliyyatlarının var olan qanunvericiliyə uyğun qaydada
olub olmadığını yoxlamaqdır. Bu səbəbdən də ixtisaslı auditorların həm yerli
mühasibat sistemini, həm də qərb mühasibat sistemini; GAAP (Generally
Accepted Accounting Principles) bilməlidi
(PricewaterhouseCoopers, Ernst&Young,
Moore Stephens named Accountancy Firm of the Year, 2017.).
Mühasibat uçotu haqqında ölkəmizdə qəbul edimiş Qanununun 10.1 nömrəli
maddəsinə uyğun olaraq, ictimai əhəmiyyət daşıyan qurumlar, həm də kiçik
sahibkarlıq subyektlərindən başqa digər ticarət təşkilatları özlərinin seçimindən
asılı olaraq, hazırlayacaqları bütün hesabatı maliyyə əməliyyatları üzrə hesabatların
hazırlanması üzrə Beynəlxalq Standartlarda göstərilən qaydalara əsaslanan şəkildə
32
hazırlana bilirlər. Həmçinin Qanunun 9.0.2 nömrəli maddəyə əsasən, kiçik
təsərrüfat subyektləri də özlərinin seçimlərindən asılı qaydada maliyyə
əməliyyatları üzrə hesabatlarını bütün ticarət təşkilatlarının istifadəsinə hazırlanan
milli səviyyədə mühasibat uçotu standartlarına görə tərtib olunmaq məqsədilə
tətbiq edə bilərlər.
Kommersiya təşkilatlarının fəaliyyəti zamanı hazırlanan Milli Mühasibat
Uçotu Standartları maliyyə əməliyyatları üzrə hesabatların hazırlanması üzrə
beynəlxalq qaydalar əsasında hazırlanaraq, həmin standartlarla nizamlanmış bütün
məsələləri əhatəsinə alır. Belə ki, Qanunun 2.1.3 maddəsində qeyd edilirki,
maliyyə əməliyyatları üzrə hesabatların beynəlxalq standartlarının Mühasibat
Uçotunun Beynəlxalq Standartları Şurasının işlənib hazırladığı, qəbul olunmuş ya
da təsdiq edilən Mühasibat Uçotu ilə bağlı Beynəlxalq Standartları, eyni zamanda
maliyyə əməliyyatları üzrə hesabatların beynəlxalq standartları, Şərhlər üzrə Daimi
Komitənin şərhləri, bundan başqa maliyyə əməliyyatları üzrə hesabatların Şərhi
üzrə Beynəlxalq Komitəsinin müvafiq şərhlərindən ibarətdir.
Həm kiçik sahibkarlıq subyektlərinə, həm də ictimai əhəmiyyət daşıyan
təşkilatlar və kiçik təsərüfat subyektlərindən başqa kommersiya təşkilatlarına öz
hesabatını maliyyə əməliyyatları üzrə hesabatların hazırlanması üzrə Beynəlxalq
Standartlara əsaslanmış şəkildə tərtib etməsinə dolayısı ilə qanunvericilikdə
qadağalar nəzərdə tutulmayıb. Bunu nəzərə alaraq, beynəlxalq sferada mühasibat
uçotunun təşkli və aparılmasında istifadə edilən uçot qaydaları üzrə əsas modelin
ilkin əsaslarını təqdim etmək lazımdır. Ümumiyyətlə, uçot qaydaları dedikdə,
qanunlara, standartlara, rəsmi tövsiyyələrə və şərhlərə müvafiq hazırlanmış ilk
sənədlərin, həm də uçot registrlərinin qaydasını müəyyənləşdirən qaydalar başa
düşülməlidir. Mühasibat sferasında çalışan uçot işçiləri çalışmalıdırlarki,
uzunmüddətli aktivlərin göstərildiyi hesabatların maliyyə əməliyyatları üzrə
hesabatların Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib etməklə bərabər,
mühasibat uçotu qaydalarına da beynəlxalq sferada qəbul olunan formada əməl
etsinlər. Buna görə də təsərrüfat əməliyyatlarında baş vermiş faktı təsdiq edən ilkin
sənədlərin hazırlanması və ya əldə edilməsindən başlayaraq maliyyə əməliyyatları
33
üzrə hesabatların tərtib edilmə prosesinə qədər müəssisələrdə beynəlxalq uçotda
qəbul edilən qaydalara uyğün uçot prosedurlarına əməl olunması vacibdir. Başqa
cür desək, mühasib təsərrüfat əməliyyatlarının təhlil edilməsindən maliyyə
əməliyyatları üzrə hesabatların tərtibi prosesinə qədər müxtəlif prosedur mərhələlər
üzrə mühasibat işini həyata keçirməli olur.
Qısaca, beynəlxalq səviyyəli standartlara əsaslanmış uzunmüddətli aktivlərin
qeydiyyatının tətbiqi zamanı mühasibin həyata keçirməli olduğu uçotun aparılması
mərhələləri aşağıdakılardan ibarətdir:
Mühasibat qeydləri üçün əməliyyatları və faktları müəyyən etmək (ilkin sənədləri
toplamaq).
Əməliyyat jurnalını işləmək.
Baş kitabı işləmək.
Sınaq balansını hazırlamaq.
Düzəliş olanmalı qeydləri əməliyyat jurnalında əks etdirmək.
Düzəliş olunmuş (tam dəqiqləşdirilmiş) sınaq balansını hazırlamaq.
Maliyyə əməliyyatları üzrə hesabatlarını hazırlamaq.
Baş kitabda müvəqqəti hesabları (gəlirlərlə xərclər) bağlamaq.
Hesabların bağlanmasından sonra ilin sonuna yekun sınaq balansını hazırlamaq.
Növbəti ildə nəzərdə tutulmuş yeni Baş kitabda aparılan hesablarla bağlı qalıqları
əks etdirmək.
Mühasibat qeydləri üçün əməliyyatları və faktları müəyyən edən mərhələdə
əsas məqsəd uzunmüddətli aktivlərlə bağlı əməliyyat və faktları əks etdirən
sənədlər əsasında informasiyaların toplanmasıdır. Mühasib mütləq qaydada
maliyyə və təsərrüfat fəaliyyətinin aparılması barədə informasiyaları əldə
etməlidir. Bu informasiyalar sənədlərdə əks olunur. Aydındır ki, sənədlərdə
əməliyyatlar uçotda qəbul olunan ölçülərlə (tarix, məzmun, ölçü vahidi, miqdar,
qiymət və sair) əks olunur və sənədlər informasiya daşıyıcısı rolunu oynayır. Sənəd
mühasibin uçota başlaması üçün yeganə əsasdır.
Beləliklə, müasir idarəetmə sistemində mühim tərkib hissələrindən hesab
edilən müəssisənin fəaliyyətinin müxtəlif sahələrində şəffaf sistemin təmin
34
olunmasıdır demək olar. Buna görə də ölkəmizdə bir bütün olaraq aparılan
tədbirlər icra edilməkdədir. Bu tədbirlərdən ən vacibi müəssisədə aparılan maliyyə
əməliyyatları üzrə hesabatların BMHS-yə keçməsi hesab edilir. Təbii ki, yalnız
maliyyə əməliyyatları üzrə hesabatların BMHS-yə görə tərtib olunması şəffafa
çatmaqda yetərli olmamaqdadır. Ancaq bunu da vurğulamaq lazımdır ki,
hazırlanan hesabatların peşəkar və dəqiq informasiyanın tələb edildiyi BMHS
səviyyəsində tərtibi bu istiqamətdə mühim əhəmiyyət daşıyır.
Nümunə kimi vurğulamaq mümkündür ki, ARDNŞ-də maliyyə əməliyyatları
üzrə hesabatların BMHS səviyyəsinə uyğun hazırlanmasına, həm də, maliyyə-uçot
sisteminin mövcud standartlarda olan qaydada aparılmasına qərar vermişdi. Qeyd
edilənlər də şəffaf bir sistemin yüksəldilməsində əhəmiyyətli bir gücə sahibdir.
Başqa bir ifadə ilə, maliyyə-uçot sistemində BMHS səviyyəsinə uyğun
hazırlanması baza əməliyyatının bir dərəcəsində məlumatların çatdırılmasını zəruri
edir, hansı ki, qeyd edilən də uçot ilə yanaşı, həm də biznes prosseslərinin
yenilənməsi və təkmilləşməsinə səbəb olmaqdadır. ARDNŞ-də aparılmış
islahatları, aşağıdakı kimi sıralamaq mümkündür
(PricewaterhouseCoopers,
Ernst&Young, Moore Stephens named Accountancy Firm of the Year, 2017.):
• BMHS-nin tətbiq edildiyi prossesdə idarəetmə uçotunun təkmilləşdirilməsi;
• Şirkət üzrə risklərin idarəedilməsi sisteminin tətbiq olunması;
• Müəssisələrdə daxili auditin təşkil edilməsi;
• Xəzinədarlıq sistemində təşkilatçılıq;
• İT sahəsində təhlükəsizlik;
• Müəssisədə inkişaf strategiyasının hazırlanması.
ARDNŞ ilə yanaşı ölkənin böyük şirkətləri artıq uzunmüddətli aktivlərin
beynəlxalq səviyyəli standartlara əsaslanmış uçotun təşkili istiqamətində
əməliyyatlar aparmaqdadır.
Dostları ilə paylaş: |