Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix08.11.2022
ölçüsü1,57 Mb.
#68107
1   ...   7   8   9   10   11   12   13   14   ...   27
S-leymanov-Abid-h-d 311019

 
 
 


28 
II FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA UZUNMÜDDƏTLİ 
AKTİVLƏRİN BEYNƏLXALQ STANDARTLARA UYĞUN TƏTBİQİNİN 
MÜASİR DURUMU VƏ ƏSAS XÜSUSİYYƏTLƏRİ 
 
2.1. Uzunmüddətli aktivlərin uçotunun mövcud sisteminin qiymətləndirilməsi 
Azərbaycan Respublikasında mütəmadi qaydada həyata keçirilmiş 
çoxistiqamətli iqtisadi reformlar iqtisadiyyatın müxtəlif sahələrinə olduğu qədər, 
mühasibat uçotu üzrə sferasına da təsir edərək, onun beynəlxalq tələblərə uygun 
olması, ənənəvi milli mühasibat uçotunin mövcud sisteminin təkmilləşməsi və 
yenidən qurulmağını tələb etmişdir. Təkmilləşmə və tərəqqi zamanı uzunmüddətli 
aktivlərlə bağlı uçotun aparılmasında yeniliklər baş verdi. Reformların məntiqi 
davamı olaraq qanunvericilik bazasının təkmilləşməsi baxımından 2004-cü ilin 29 
iyununda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul 
olunaraq, ölkə rəhbərinin 2005-ci ilin 7 fevralında həmin qanunun tətbiqinin 
reallaşması barədə Fərman imzaladı. Bu qanuna uyğun olaraq, Azərbaycan 
Respublikasının Maliyyə Nazirliyində 2005-ci il 27 iyun tarixli əmrinə görə 
mühasibat uçotunda beynəlxalq standartları əsas götürən “Milli Muhasibat Uçotu 
Standartlarının hazırlanması və qəbulu Qaydaları” adlı sənəd təsdiq edildi. 
Mühasibat uçotu qurumların, həm də bu qurumların əmlakının bütünlükdə idarə 
olumasını, 
həyata 
keçirilmiş 
bütün 
təsərrüfatın 
əməliyyatları 
haqda 
informasiyaların yığılmasını, işlənməsini, qeydiyyatını və onların bütün 
istifadəçilərə çatdırılmasını təmin etməyə çalışan bir sistemdir. Bu sistemdə 
uzunmüddətli aktivlərin uçotunun tətbiqi iqtisadiyyatda olan bütün sfera və sahəsi 
üzrə müxtəlif fəaliyyət istiqamətlərini bir-birinə bağlayır 
(Süleyman Qasımov, 
ARDNŞ-də şəffaflıq və onun artırılmasında beynəlxalq maliyyə hesabatı standartlarının rolu, 
mühasiblərin və auditorların ııı avrasiya forumu, bakı, 2012). 
Hal-hazırda bazar iqtisadiyyatı təsərrüfat subyetlərinin iqtisadiyyatının 
inkişafı və tərəqqisi, istehsalatın genişlənməsi və daha da təkmilləşməsi naminə 
yeni şərt və tələblər qoyur. İdarəetmənin mürəkkəbləşməsi isə yeni növdə 
müəssisənin istehsal prosseslərini, sərf olunmuş resurslar, buraxılmış məhsulların 


29 
mayasını, yəni dəyərini, həcmini və başqa bu kimi məsələlərin əhatə olundğu şəffaf 
bir informasiya bazasının zərurət yaranmasını zəruri etmişdir ki, buda öz 
növbəsində, mühasibat uçotunun sistemində, habelə uzunmüddətli aktivlər uçotun 
aparılmasında bəzi dəyişikliklərin baş verməsinə şərait yaratmışdır. Mühasibat 
uçotunun uyğun hesabat sistemində baş vermiş bu dəyişikliklər təşkilatın maliyyə 
vəziyyətinin, həm də onların fəaliyyətlərinin son maliyyə nəticələrinə əsasən 
informasiyanın formalaşmasının təmin edilməsinə istiqamətlənmişdir. Sıralanan 
informasiyalar müəssisənin işində maraqlı olan bütün tərəflər üçün əhəmiyyətli 
sayılır, müəssisənin cari vəziyyətinin, qərarlarının və fəaliyyətinin haqqında 
yığılmış məlumatların Maliyyə əməliyyatları üzrə hesabatlarındn istifadə edənlərə 
düzgün çatdırılması, izahı və anlaşılmasını təmin etməkdədir. Hər bir investor öz 
vəsaitini müəssisənin yüksək mənfəət qazanmasından əmin olduqdan sonra həmin 
sahəyə qoymağa qərar verdiyi üçün, bu müəssisənin uzunmüddətli aktivlərlə bağlı 
uçotun da daxil olduğu hesabat investorlar üçün açıq və aydın olmalıdı.
Əvvəllər mühasibat uçotunun, bu sahədə hazırlanan hesabatın inzibati amirlik 
sisteminin öz prinsiplərinə uyğun olan, tamamilə fərqli vəzifələr icra edirdi. Dünya 
iqtisadiyyatına inteqrasiya etmiş ölkəmizin iqtisadiyyatının tərəqqisində köhnə 
uçot metodlarının və üsullarının isə yeni şəraitdə qəbul olunmadığı, mühasibat 
uçotunun yenilənməsi, həmçinin beynəlxalq standartlara uyğunlaşmasını zəruri 
etmişdir, çağdaş mərhələdə uçotun və hesabatın aparıldığı sahələrdə dünya 
təcrübəsi və praktikasında qəbul edilən qaydaya uyğun reformların aparılması 
qarşıda duran vacib vəzifələrdən biri olmuşdur 
(З.Кирянова, M. 1998, s.72)
.
Çağdaş iqtisadi əlaqələr sisteminin mürəkkəb xarakterə sahib olması, hərbir 
müəssisə ilə şirkətlərin beynəlxalq və dünya kapital bazarına çıxması, onların 
sərəncamlarında yerləşən təbii, əmək, habelə maliyyə resurslarından effektiv 
istifadə olunmasını, yüksək bazar rəqabətinin olduğu şəraitdə fasiləsiz fəaliyyəti və 
çevikliyi tələb edir. Həmin çətinliklərin həll edilməsi əvvəlcə müəssisə və 
şirkətlərin idarəolunması üçün yekun qərarların düzgün olaraq verilməsinin ön 
plana çıxması, Maliyyə əməliyyatları üzrə hesabatlardakı göstəricilərin beynəlxalq 
standartlara, həm də mühasibat uçotunda qəbul edilmiş prinsiplərə uyğun qaydada 


30 
formalaşması vasitəsi ilə mümkündür. Belə ki, təsərrüfat subyektlərində maliyyə 
və 
istehsal 
fəaliyyətinin 
effektivliyi 
və 
rentabelliliyi 
səviyyəsinin 
dəyərləndirilməsində Maliyyə əməliyyatları üzrə hesabatlarının informasiyaları 
mühim rola sahibdir. Buna görədə iqtisadiyyatın çeşidli sahələrində və sferalarında 
beynəlxalq inteqrasiyanın əhəmiyətinin artması, həm də iqtisadi və hüquqi xarakter 
daşıyan daxili faktorlarla xarici faktorların təsiri mühasibat uçotunda baş verən 
dəyişiklikləri, müxtəlif dövlətərdə tətbiq ediləcək uçot ilə hesabat işlərinin 
eyniləşməsini və hər kəs üçün aydın olmasını tələb etmişdir.
Mühasibat uçotu sferasında qanunvericilik bazasının möhkəmlənməsində 
qarşıya qoyulmuş əsas məqsəd, ölkənin uçot sisteminin və bazasının dünya uçot 
sisteminə və bazasına uyğun qurulmasıdır. Azərbaycanda bu baxımdan həyata 
keçirilmiş iqtisadi, siyasi reformlar nəticəsində hazırlanacaq mühasibat uçotunun 
mahiyyətinin, habelə funksiyalarının, müəssisədə onun icra etdiyi və reallaşdırdığı 
vəzifələr dəyişmiş, bir çox halda isə uçot sisteminin müxtəlif parametrləri, uçot 
sistemini təsərrüfat subyektinin özünün seçməsinə fursət yaratmışdır.
Qlobal iqtisadiyyata inteqrasiya etmək məqsədilə respublikamızda uçot 
sisteminin qeyd edilən istiqamətdə mövcud olmuş beynəlxalq standartların 
prinsiplərinə əsasən qurulması dövrün mühüm şərtlərindən biri olduğundan, uçotla 
hesabatların beynəlxalq səviyyədə standartlara uyğunlaşması istiqamətində 
aparılan işlərin kommersiya təşkilalarında da sürətləndirilməsi mühim əhəmiyyət 
daşıyır. 
Müəssisələr gələcək dövrdə fəaliyyətlərini planlayaraq, cari dövrdəki maliyyə 
vəziyyətlərinin müəyyən edilməsi uzunmüddətli aktivlərin də daxil olduğu 
mühasibat uçotunun verdiyi məlumatlara əsaslanmaqdadır. Firmalar həmin 
məlumatlarla mövcud vəziyyətlərini müəyyən edə bildikləri kimi, gələcəkdə olacaq 
investisiya qərarlarınıda müəyyən edə bilərlər. Beynəlxalq standartlara mühasibat 
uçotunun uyğunluğu yalnız dövlətə olan məsuliyyət və vəzifənin yerinə yetirilməsi 
sistemi deyildir, eyni zamanda şirkətin tərəqqi yolunda önəmli rol oynayacaq bir 
vasitə kimi vurğulamaq olar. Şirkətlərin quracağı bünövrəsi sağlam olan mühasibat 


31 
uçotu sisteminin vasitəsiylə marketinq fəaliyyəti, istehsal, həm də maliyə kimi 
önəmli təşkilat bölmələrinin qərarlarına müsbət yöndə yol göstərən hesabatların 
hazırlanması mümkündür 
(Ə.Sadıqov, Bakı 2015 s.24).
Beynəlxalq miqyasda qəbul edilmiş standartlara əsaslanmış uzunmüddətli 
aktivlərlə bağlı uçotdan əldə edilən informasiyalar bəzən təşkilat içində, bəzən də 
onlardan kənarda olan istifadəçilər üçün iqtisadi sahədə optimal qərarların alınması 
üçün önəmlidir. Beynəlxalq təcrübədə mühasibat uçotundan əldə edilən 
məlumatlar, hazırlanmış hesabatlar, şirkətlərdə iqtisadi fəaliyyət sahəsində mühim 
bir dil olaraqda qəbul edilir. Bu dilin bir müstəvidə qiymətləndirilməsi və 
anlaşılmasını Beynəlxalq mühasibat uçotunun hazırlanması üzrə standartları təmin 
etməkdədir. Beynəlxalq sahədə mühasibat uçotunun hazırlanması üzrə standartlara 
əsasən hazırlanan maliyyə əməliyyatları üzrə hesabatların köməyi ilə dünyanın 
istənilən təşkilatında sağlam məlumatların əldə olunmasına imkan verir. 
Beynəlxalq miqyasda qəbul edilmiş standartlara uyğun olan mühasibat 
uçotunun təşkilinin aparılması auditor fəaliyyətinin keyfiyyətinə də təsir edir. 
Auditor fəaliyyəti iqtisadi fəaliyyətin mühüm növlərindən biridir. O, iqtisadi 
subyektlərin mühasibat hesabatlarının, habelə Maliyyə əməliyyatları üzrə 
hesabatlarının sərbəst olaraq yoxlanması ilə məşğuldu. Auditor fəaliyyətinin ən 
ümdə məqsədi maliyyə hesabaları ilə mühasibat uçotu hazırlanması üzrə 
hesabatların etibarlılığını qoruyaraq təmin etmək, həm də müxtəlif maliyyə 
əməliyyatı ilə təsərrüfat əməliyyatlarının var olan qanunvericiliyə uyğun qaydada 
olub olmadığını yoxlamaqdır. Bu səbəbdən də ixtisaslı auditorların həm yerli 
mühasibat sistemini, həm də qərb mühasibat sistemini; GAAP (Generally 
Accepted Accounting Principles) bilməlidi 
(PricewaterhouseCoopers, Ernst&Young, 
Moore Stephens named Accountancy Firm of the Year, 2017.).
Mühasibat uçotu haqqında ölkəmizdə qəbul edimiş Qanununun 10.1 nömrəli 
maddəsinə uyğun olaraq, ictimai əhəmiyyət daşıyan qurumlar, həm də kiçik 
sahibkarlıq subyektlərindən başqa digər ticarət təşkilatları özlərinin seçimindən 
asılı olaraq, hazırlayacaqları bütün hesabatı maliyyə əməliyyatları üzrə hesabatların 
hazırlanması üzrə Beynəlxalq Standartlarda göstərilən qaydalara əsaslanan şəkildə 


32 
hazırlana bilirlər. Həmçinin Qanunun 9.0.2 nömrəli maddəyə əsasən, kiçik 
təsərrüfat subyektləri də özlərinin seçimlərindən asılı qaydada maliyyə 
əməliyyatları üzrə hesabatlarını bütün ticarət təşkilatlarının istifadəsinə hazırlanan 
milli səviyyədə mühasibat uçotu standartlarına görə tərtib olunmaq məqsədilə 
tətbiq edə bilərlər.
Kommersiya təşkilatlarının fəaliyyəti zamanı hazırlanan Milli Mühasibat 
Uçotu Standartları maliyyə əməliyyatları üzrə hesabatların hazırlanması üzrə 
beynəlxalq qaydalar əsasında hazırlanaraq, həmin standartlarla nizamlanmış bütün 
məsələləri əhatəsinə alır. Belə ki, Qanunun 2.1.3 maddəsində qeyd edilirki, 
maliyyə əməliyyatları üzrə hesabatların beynəlxalq standartlarının Mühasibat 
Uçotunun Beynəlxalq Standartları Şurasının işlənib hazırladığı, qəbul olunmuş ya 
da təsdiq edilən Mühasibat Uçotu ilə bağlı Beynəlxalq Standartları, eyni zamanda 
maliyyə əməliyyatları üzrə hesabatların beynəlxalq standartları, Şərhlər üzrə Daimi 
Komitənin şərhləri, bundan başqa maliyyə əməliyyatları üzrə hesabatların Şərhi 
üzrə Beynəlxalq Komitəsinin müvafiq şərhlərindən ibarətdir. 
Həm kiçik sahibkarlıq subyektlərinə, həm də ictimai əhəmiyyət daşıyan 
təşkilatlar və kiçik təsərüfat subyektlərindən başqa kommersiya təşkilatlarına öz 
hesabatını maliyyə əməliyyatları üzrə hesabatların hazırlanması üzrə Beynəlxalq 
Standartlara əsaslanmış şəkildə tərtib etməsinə dolayısı ilə qanunvericilikdə 
qadağalar nəzərdə tutulmayıb. Bunu nəzərə alaraq, beynəlxalq sferada mühasibat 
uçotunun təşkli və aparılmasında istifadə edilən uçot qaydaları üzrə əsas modelin 
ilkin əsaslarını təqdim etmək lazımdır. Ümumiyyətlə, uçot qaydaları dedikdə, 
qanunlara, standartlara, rəsmi tövsiyyələrə və şərhlərə müvafiq hazırlanmış ilk 
sənədlərin, həm də uçot registrlərinin qaydasını müəyyənləşdirən qaydalar başa 
düşülməlidir. Mühasibat sferasında çalışan uçot işçiləri çalışmalıdırlarki, 
uzunmüddətli aktivlərin göstərildiyi hesabatların maliyyə əməliyyatları üzrə 
hesabatların Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib etməklə bərabər, 
mühasibat uçotu qaydalarına da beynəlxalq sferada qəbul olunan formada əməl 
etsinlər. Buna görə də təsərrüfat əməliyyatlarında baş vermiş faktı təsdiq edən ilkin 
sənədlərin hazırlanması və ya əldə edilməsindən başlayaraq maliyyə əməliyyatları 


33 
üzrə hesabatların tərtib edilmə prosesinə qədər müəssisələrdə beynəlxalq uçotda 
qəbul edilən qaydalara uyğün uçot prosedurlarına əməl olunması vacibdir. Başqa 
cür desək, mühasib təsərrüfat əməliyyatlarının təhlil edilməsindən maliyyə 
əməliyyatları üzrə hesabatların tərtibi prosesinə qədər müxtəlif prosedur mərhələlər 
üzrə mühasibat işini həyata keçirməli olur. 
Qısaca, beynəlxalq səviyyəli standartlara əsaslanmış uzunmüddətli aktivlərin 
qeydiyyatının tətbiqi zamanı mühasibin həyata keçirməli olduğu uçotun aparılması 
mərhələləri aşağıdakılardan ibarətdir: 
 Mühasibat qeydləri üçün əməliyyatları və faktları müəyyən etmək (ilkin sənədləri 
toplamaq). 
 Əməliyyat jurnalını işləmək. 
 Baş kitabı işləmək. 
 Sınaq balansını hazırlamaq. 
 Düzəliş olanmalı qeydləri əməliyyat jurnalında əks etdirmək. 
 Düzəliş olunmuş (tam dəqiqləşdirilmiş) sınaq balansını hazırlamaq. 
 Maliyyə əməliyyatları üzrə hesabatlarını hazırlamaq. 
 Baş kitabda müvəqqəti hesabları (gəlirlərlə xərclər) bağlamaq. 
 Hesabların bağlanmasından sonra ilin sonuna yekun sınaq balansını hazırlamaq. 
 Növbəti ildə nəzərdə tutulmuş yeni Baş kitabda aparılan hesablarla bağlı qalıqları 
əks etdirmək. 
Mühasibat qeydləri üçün əməliyyatları və faktları müəyyən edən mərhələdə 
əsas məqsəd uzunmüddətli aktivlərlə bağlı əməliyyat və faktları əks etdirən 
sənədlər əsasında informasiyaların toplanmasıdır. Mühasib mütləq qaydada 
maliyyə və təsərrüfat fəaliyyətinin aparılması barədə informasiyaları əldə 
etməlidir. Bu informasiyalar sənədlərdə əks olunur. Aydındır ki, sənədlərdə 
əməliyyatlar uçotda qəbul olunan ölçülərlə (tarix, məzmun, ölçü vahidi, miqdar, 
qiymət və sair) əks olunur və sənədlər informasiya daşıyıcısı rolunu oynayır. Sənəd 
mühasibin uçota başlaması üçün yeganə əsasdır. 
Beləliklə, müasir idarəetmə sistemində mühim tərkib hissələrindən hesab 
edilən müəssisənin fəaliyyətinin müxtəlif sahələrində şəffaf sistemin təmin 


34 
olunmasıdır demək olar. Buna görə də ölkəmizdə bir bütün olaraq aparılan 
tədbirlər icra edilməkdədir. Bu tədbirlərdən ən vacibi müəssisədə aparılan maliyyə 
əməliyyatları üzrə hesabatların BMHS-yə keçməsi hesab edilir. Təbii ki, yalnız 
maliyyə əməliyyatları üzrə hesabatların BMHS-yə görə tərtib olunması şəffafa 
çatmaqda yetərli olmamaqdadır. Ancaq bunu da vurğulamaq lazımdır ki, 
hazırlanan hesabatların peşəkar və dəqiq informasiyanın tələb edildiyi BMHS 
səviyyəsində tərtibi bu istiqamətdə mühim əhəmiyyət daşıyır.
Nümunə kimi vurğulamaq mümkündür ki, ARDNŞ-də maliyyə əməliyyatları 
üzrə hesabatların BMHS səviyyəsinə uyğun hazırlanmasına, həm də, maliyyə-uçot 
sisteminin mövcud standartlarda olan qaydada aparılmasına qərar vermişdi. Qeyd 
edilənlər də şəffaf bir sistemin yüksəldilməsində əhəmiyyətli bir gücə sahibdir. 
Başqa bir ifadə ilə, maliyyə-uçot sistemində BMHS səviyyəsinə uyğun 
hazırlanması baza əməliyyatının bir dərəcəsində məlumatların çatdırılmasını zəruri 
edir, hansı ki, qeyd edilən də uçot ilə yanaşı, həm də biznes prosseslərinin 
yenilənməsi və təkmilləşməsinə səbəb olmaqdadır. ARDNŞ-də aparılmış 
islahatları, aşağıdakı kimi sıralamaq mümkündür 
(PricewaterhouseCoopers, 
Ernst&Young, Moore Stephens named Accountancy Firm of the Year, 2017.):
• BMHS-nin tətbiq edildiyi prossesdə idarəetmə uçotunun təkmilləşdirilməsi; 
• Şirkət üzrə risklərin idarəedilməsi sisteminin tətbiq olunması;
• Müəssisələrdə daxili auditin təşkil edilməsi; 
• Xəzinədarlıq sistemində təşkilatçılıq; 
• İT sahəsində təhlükəsizlik; 
• Müəssisədə inkişaf strategiyasının hazırlanması. 
ARDNŞ ilə yanaşı ölkənin böyük şirkətləri artıq uzunmüddətli aktivlərin 
beynəlxalq səviyyəli standartlara əsaslanmış uçotun təşkili istiqamətində 
əməliyyatlar aparmaqdadır. 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin