Münasiblik göstəricisi. Müxtəlif dövrlərdə (keçmiş, indiki, gələcək) baş
vermiş və verəcək hadisələri qiymətləndirərək istifadçilərin iqtisadi qərarlar
verməsinə təsir göstərən məlumat uyğun hesab olunar. İnformasiyanın münasib
olması, onun mahiyyətinə və əhəmiyyətliliyinə bağlı olaraq dəyişir. Bəzən
informasiyanın daşıdığı məna, onun uyğun olması üçün kifayət olur. Başqa
zaman isə informasiyanın mahiyyətivə əhəmiyyətliliyi nirlikdə diqqətə alınır.
Əhəmiyyətlilik göstəricisi. Maliyyə əməliyyatları üzrə hesabatları təqdim edən
şəxslər tərəfindən diqqət verilməməsi ya da təhrif olunduğu üçün istifadçilərin bu
hesabatlarda əks olunan məlumatlara uyğun olaraq iqtisadi qərarları effektiv qəbul
etməsinə təsir göstərə bilmiş informasiya faydalı hesab edilir.
24
Sxem 3. Maliyyə əməliyyatları üzrə hesabatlarda verilən məlumatların
keyfiyyəti
Mənbə: Mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair Təlimat, “Kapital Audit Ltd”
MMC, Bakı şəhəri, 2007-ci il
Əhəmiyyətlilik müəyyən dövrdə və mühitdə maliyyə əməliyyatları üzrə
hesabatlarda diqqətsizlik səbəbi ilə qeyd edilməmiş məlumatın ya da baş vermiş
bir səhvin səviyyəsindən asılı olaraq dəyişir. Başqa sözlə, əhəmiyyətlilik anlayışı
məlumatın daşıdığı keyfiyyət göstəriciləri üzrə deyil, həmin məlumatların
mütənasibliyini təyin edən kəmiyyətlə ölçülər.
Münasiblik
Əhəmiyyətlilik
Etibarlılıq
Neytrallıq
Mahiyyətin
formadan
üstünlüyü
Düzgün
təqdimat
Ardıcıllıq
Müqayisəlilik
Tamlıq
Ehtiyatlılıq
Anlaşıqlılıq
25
Etibarlılıq göstəricisi
Maliyyə əməliyyatları üzrə hesabatlarda göstərilən məlumatların tərkibində
ciddi səhvlər, habelə qabaqcadan yaranmış yanlış ya da qərəzli fikirlər
göstərilməyən məlumat toplusu etibarlı görülür. İstifadçilər bu məlumatları etibarı
gördükdə, buna güvənə bilirlər. Etibarlı hesab edilən məlumat neytral, ehtiyatlı,
dürüst təqdimolma və vahidlik kimi bəzi keyfiyyətlərə sahib olmalıdı.
Düzgün təqdimat
Təşkilatlarda
hazırlanan
Maliyyə
əməliyyatları
üzrə
hesabatlarda
məlumatların
dürüst təqdimat edilməsi, müəssisənin maliyyəsinin vəziyyəti ilə fəaliyyətinin
nəticələrini aydın və dürüst, həm də təhrifə yol vermədən, manipulya olmamış və
ya faydalı faktları gizli tutmadan, məğzin formadan üstün olması konsepsiyasına
uyğun, mümkün qədər daha obyektiv qaydada əks etməsini ifadə etməkdədir. Bu
o mənayə gəlir ki, Konseptual Əsasların ya da müvafiq Beynəlxalq Mühasibat
Uçotu Standartının tanınmasının əsas göstəricilərinə uyğun olan və hesabat
müddətində, və ya hazırlanmış hesabat dövrü ərzində göstərilən aktivlərlə
öhdəliklərə, bundan başqa kapitala, müəssisə gəlirlərinə və xərclərinə təsir göstərən
təsərrüfat əməliyyatlarının hamısına və başqa hadisələri maliyyə əməliyyatları üzrə
hesabatlarda düzgün formada əks olunacaqdır.
Mahiyyətin formadan üstün olması
Maliyyə əməliyyatları üzrə hesabatlarda qeyd edilmiş əməliyyatlarla başqa
hadisələrin doğru olması məqsədilə bu əməliyyatlarla hadisələr, iqtisadi məğzin
hüquqi formadan üstün olması prinsipinə uyğun təqdim olunur.
Neytrallıq göstəricisi
Maliyyə əməliyyatları üzrə hesabatlarda qeyd edilmiş informasiyanın etibarlı
və güvənli olması məqsədilə məlumatlar neytral qaydada, başqa sözlə, qərəzsizliyi
ifadə etməlidir. Maliyyə əməliyyatları üzrə hesabatları hazırlayanların təqdim
etdiyi informasiya, əvvəlcədən müəyyən edilmiş nəticənin əldə edilməsində
istifadçinin qərarlarına təsir göstərdikdə, maliyyə əməliyyatları üzrə hesabatlar
tərəfsiz hesab edilmir.
26
Ehtiyatlılıq göstəricisi
Ehtiyatlılıq göstəricisi, qeyri-müəyyən imkanlar daxilində qiymətləndirmə
zamanı aktivlərin, həmçinin gəlirlərin artırılmamasını, öhdəliklərlə xərclərin
azalmamasının təmini məqsədi ilə dəqiq yanaşmanın nəticəsidir. Bəzi halda bu o
mənaya gəlir ki, qeyri-müəyyən şəraitdə aktivlərlə gəlirin mümkün olan
dəyərlərindən ən aşağı, öhdəliklərlə xərcin ən yüksək olan dəyəri istifadə
edilməlidi. Amma qeyd edilən ehtiyatlılıq prinsipinə əməl edilməsi gizli kapital
ehtiyatlarının vəhəddən artıq səviyyədə hesablanan və qiymətləndirilın öhdəliklərin
yaranmasını, habelə aktivlərlə gəlirlərin qəsdən azaldılmasını ya da öhdəliklərlə
xərclərin bilərəkdən artmasını əsaslandırmır.
Tamlıq göstəricisi
Maliyyə əməliyyatları üzrə hesabatlarda qeyd edilmiş informasiyanın daha
etibarlı görülməsi məqsədilə bu informasiyalar, onun əhəmiyyətlilik səviyyəsi,
ona çəkilən xərcləri diqqətə almaqla, daha əhatəli olmalıdır.
Müqayisəlilik göstəricisi
İstifadçilər üçün maliyyə əməliyyatları üzrə hesabatlar arasında uyğunluq ilə
fərqliliyi müəyyənləşdirmək və qiymətləndirmək fürsətini yaradan məlumat
müqayisəli hesab olunur.
İstifadçilərin əsasən müəssisənin çeşidli dövrlərinə aid edilmiş maliyyə
əməliyyatları üzrə hesabatlarının və müxtılif təşkilatların maliyyə əməliyyatları
üzrə hesabatların müqayisəsinin aparılması istifadəçinin təşkilatın maliyyə
vəziyətindəki, həmçinin fəaliyyətinin maliyyə nəticələrində olan trendləri
müəyyənləşdirmək fürsəti yaranır.
Ardıcıllıq göstəricisi
Müqayisəsi aparılan informasiyanın ən mühim keyfiyyətilərindən biri onların
ardıcıllığı ilə bağlıdır. Müqayisəlilik prinsipinin əsası, maliyyə əməliyyatları üzrə
hesabatlarda qeyd edilmiş informasiyanın bir dövrdən digər dövrə qədər ardıcıl
formada göstərilməsini, qiymətləndirilməsini, həm də təqdimatını tələb
etməkdədir.
27
İnformasiyaların müəyyən bir ardıcıllıqla göstərilməsi şirkət tərəfindən
dövrlərin hamısında bir birinə oxşayan hadisələrlə bağlı eyni uçot qaydasının tətbiq
olunmasını bildirməkdədir. Ancaq ardıcıllıq prinsipi seçilib tətbiq edildiksə
maliyyə əməliyyatları üzrə hesabatlarının etibarlılığının, münasibliyinin, habelə
anlaşılmasının təkmilləşməsi üçün aparılacaq uçot siyasətində dəyişikliklərin baş
verməsinə çətinlik göstərməməlidir.
İnformasiyaların müqayisə edilməsi və ardıcıllığının təmin edilməsi maliyyə
əməliyyatları üzrə hesabatların tərtib edilərək hazırlanmasında istifadə olunan uçot
siyasəti haqqında istifadçilərin məlumatlandırılmasına təminat verir. Tətbiq
edilmiş uçot siyasəti zamanı aparılmış hər bir dəyişiklik, əldə edilmiş nəticələrlə
bir bütün olaraq izah edilməlidir.
Anlaşıqlılıq göstəricisi
Maliyyə əməliyyatları üzrə hesabatlarda qeyd edilmiş informasiyanın
mahiyyəti istifadçilər tərəfindən düzgün anlaşılmalıdı. Həm də, istifadçilər
kommersiya fəaliyyəti, həm də mühasibat uçotu üzrə məcburi biliyə sahib olaraq
bütün məlumatları tam olaraq dərindən qavramağa hazır olmalıdı. Bu informasiya
bütünü, əsasən onların çətinliyinə əsasən istifadçilər tərəfindən aydın olmaması
səbəbi ilə maliyyə əməliyyatları üzrə hesabatlarda qeyd edilməlidir.
Dostları ilə paylaş: |