Sxem 5. Əsas vəsaitər hesabında uçota alınmış əmək vəsaitlərinin
qruplaşdırılması
Binalar;
Qurğular;
Ötürücü qurğular;
Maşınlar və avadanlıqlar;
64
Mənbə: Ə.Sadıqov, Mühasibat uçotu, 2015, Bakı
Əsas diqqətimizi işçi heyvanlar və ümumiyyətlə məhsuldar heyvanlara və sair
əsas vəsaitlərə yönəldək. Burda “işçi və məhsuldar heyvanlar” aşağıdakı qruplara
bölünür:
1. İşçi heyvanlar (at, öküz, dəvə və başqa heyvanlar).
2. Məhsuldar/damazlıq heyvanlar (inək, döl ökuzü, camış).
3. Kitabxana fondu. Vahidin (nüsxəsinin) qiymətindən birbaşa olaraq asılı
olmayan bütün növdə elmi, tədris və ya xüsusi növdə ədəbiyyatlar, bədii əsərlər və
digər nəşrlər kitabxanın fonduna daxildir.
Sair əsas vəsaitlər isə aşağıdakı qaydada qruplaşdırılmaqdadır;
1) Çoxillik əkmələr. Bura yaşından asılı olmadan mədəni çoxıllik əkmələr,
bütün növdə meyvə ilə giləmeyvələr çoxillik əkmələr (ağaclarla kollar) … və digər
məqsədlərlə bağlı əkilmiş çoxillik əkmələr aiddir.
2) Torpaqların yaxşılaşması üçün əsaslı xərclər. Kapital qoyuluşu hesabında
aparılmış torpaq sahələrinin əkilməsi üçün planlaşdırılan, ərazinin körükdən
təmizlənmiş olması və əkinə hazırlığı, sahələrın daşlardan və ya kəsəklərdən, eyni
zamanda alaqlardan və digər müxtəlif lazımsız bitkilərdən təmizliyi, balaca
təpəciklərin düzləşməsi, nohurların yox edilməsi və s. torpaqların yaxşılaşması
kimi çeşidli işləri (burda tikinti ilə quraşdırma işləri üçün əlaqəsi olmamış işlər)
əsaslı xərclərə aiddir.
Nəqliyyat vasitələri;
İstehsal alətləri və təsərrüfat inventarları;
İşçi və məhsuldar heyvanlar;
Kitabxana fondu;
Sair əsas vəsaitlər.
65
İndi isə müqayisə üçün yeni Milli Mühasibat Uçotu Standartlarında,
standartların tövsiyələrində və şərhlərındə əsas vəsaitlər (aktivlər). daha doğrusu,
“Torpaq, tikili və avadanlıqlar” haqqında nə yazıldığına baxaq və bunların köhnə
hesablarda olan əsas vəsaitlərlə uyğunluğunu araşdıraq.
Mühasibat balansında göstərilmiş 11-ci maddə “Torpaq, tikili və
avadanlıqlar" adlanmışdır. Bu maddədə təşkilatın maddi forması ilə fiziki formaya
sahib olan aktivləri aiddi. “Torpaq, tikili və avadanlıqlar” 7 saylı Milli Mühasibat
Uçotu Standartında izah edilməkdədir. Mühasibat balansında həmin maddədə
müəssisənin mülkiyyətində olmuş ya da maliyyə icarəsi üzrə istifadə edilən
amortizasiya xərc/məsrəfləri çıxılandan sonra torpağın; - tikililər, avadanlığın,
maşının, cihazı, nəqliyat vasitələrınin və diər topraq; tikili ilə adanlığın xalis balans
dəyərinə aiddi. Bu maddənin tərkibinə, həm də 13 saylı Milli Mühasibat Uçotu
Standartına görə, torpaq; tikili/adanlıqların təkrar olaraq istehsalı üzrə əlaqədar
yaranan hər hansı xərclərin kapitallaşması daxil olmuşdur. Torpaqlar, tikililər və
avadanlıq müvafiq qaydada hesablar planında 111 nömrəli və 113 nömrəli
hesablarda uçota alınmaqdadır.
Torpaq istisna edilməklə, “Torpaq, tikili və avadanlıqlar"a aid edilən bütün
maddələri müxtəlif istismar müddətinə malık olduğuna görə onlara həmin
müddətdə sistemli və rasional qaydada şəkildə amortizasiya hesablanmalıdır.
Göstərilən amortizasiyanın məbləği isə 112 saylı hesabda uçota aparılır.
Torpaqların; tikililərlə avadanlıqların dövriyədən kənar maddı aktivlər olub,
müəssisə tərəfindən aşağıda sıralanan məqsədlərə görə istifadə oluna bilər:
istehsalda ya da malların, materialların çatdırılması və ya xıdmətlərin
göstərilməsinda istifadəsi;
başqa tərəfə icarə edilməsi;
inzibati hədəflər üçün saxlanılması.
Hazırda mövcud olan standart torpaq - tikili və avadanlıqlar mənasını verən
obyektin strukturunu, nələrdən təşkil olunduğunu, yenı aktivin bilinməsi məqsədilə
ölçü vahidini təyin etmir.
66
Yeni əldə edilən obyektlərə parallel olaraq, keçmiş dövrdə sahib olunan
torpaq; tikili və avadanliqlar olaraq bilinən obyektlər də torpaqlar, tikililər və
avadanliqların bilinməsi meyarına uyğun olub cavab verməlidir. Torpaqlar, tikililər
və avadanlıqların ayrılıqda obyektlərinin nələrdən ibarət olduğunu tapmaq
məqsədilə müəsisənin xüsusi vəziyyətlərinə tanınma meyarlarını tətbiq etmək üçün
peşakar düşüncədən istifadə edilməsi zəruridir. Ayrılıqda əhəmiyyətsiz görülən
maddələrin (qalıb, alətlər, şablon) qruplaşdırılaraq həmin meyarın ümumi olaraq
hesablanmış dəyərinə tətbiqi daha məqsədəuyğun olardı.
Müəssisə öz torpaqları, tikililəri və avadanlıqlarına çəkilmiş məsrəflərin
hamısı, onların formalaşdığı zaman cari tanınma meyarına uyğun gəlib-gəlməməsi
predmetinə uyğun qiymətləndirməlidir.
Bu məsrətlər torpaqlar, tikililər və avadanlıqlara aidiyyatlı obyektlərin ilkin
alınmağı ya da yaradılması məqsədilə çəkilmiş və sonradan bu obyektlərə əlavə
edilmiş, müəyyən hissəsinin dəyişməsi yada onlara xidmətlərin göstərilmasi üçün
çəkilmiş xərcləri özündə əks etdirməkdədir.
İndi isə köhnə hesabların istifadə edilmiş planı ilə yeni hazırlanmış hesablar
planında uçotunun aparıldığı uzunmüddətli aktivləri fərqləndirək. Köhnə
qaydalarda konkret yazılıb ki. 500.000 AZM-dən, yəni 100 AZN-dən artıq dəyəri
olan, istismar müddəti 1 ildən yuxan aktivlar əsas vəsait olaraq uçota alınmalıdı.
Amma
yeni
Milli
Mühasibat
Uçotu
qaydalarındu
artıq
100
manat məhdudiyyəti yoxdur, təkcə 1 il məhdudiyyəti vardır. Yəni standartlara
əsasən istənilən bir aktivin, əmlakının məbləği 100 manatdan aşağıdırsa, amma
onun faydalı olacaq istifadə müddəti, yəni iqtisadi ömrü bir ildən çoxdursa, onda o,
“torpaqlar, tikililər və avadanlıqlar” olaraq, yəni əvvəlki qaydada qeyd etsək, əsas
vəsait olaraq uçota alına bilir. Burada yaranan sual, Vergi Məcəlləsində də əsas
aktivlərlə bağlı 100 manat məhdudiyyəti var.
“Torpaqlar, tikililər və avadanlıqlar”ın, yəni əsas vəsaitin uçota alınmağı ilə
əlaqədar qısa məlumatdan sonra əsas vəsaitlərlə “torpaqlar, tikililər və
avadanlıqlar”ın uçotunda olan başqa fərqlərə nəzər salaq.
Dostları ilə paylaş: |