3.2. Uzunmüddətli aktivlərin uçotunun təkmilləşdirilməsi yolları
Yeni iqtisadi münasibətlərin inkişafının mülkiyyətdə bütün formaların
fəaliyyətinə çoxşaxəli fürsətlər açmışdır. Bu şəraitdə dövlətlə onun icraedici
qurumlarının qeyri-dövlət sferasında olmuş təsərrüfat subyektlərinın fəaliyyətinə
müdaxilə etməsi və inzibati nəzarətini xeyli məhdudlaşdırır. Ancaq dövlət, sahib
olduğu mülkiyyətin formasından asılı olmadan, bütün təsərrüfatlar üzrə
qanunverici və normativlərdəki hüquqi aktlardan yaranan tələblərin, normaların
icra edilməsində, həmdə təsərrüfat subyektlərinin hazırladığı maliyyə fəaliyyətində
yol
veriləcək
yalnışlıqların tapılması, habelə cinayət bazalı maliyyə
əməliyyatlarının zamanında aşkarlanması və ya müəyyənləşməsi vacibdir. Qeyd
edildiyi kimi mühüm əhəmiyyət daşıyan bu məsələlərin hazırki dövrdə praktiki
həll edilməsinin müxtəlif yollarından biri ökədə uzunmüddətli aktivlərin də daxil
olduğu mühasibat uçotu üzrə fəaliyyətin təkmilləşdirilməsidir.
Uzunmüddətli aktivlərlə bağlı uçotun təkmilləşdirilməsi, düzgün və effektiv
60
təşkili müəssisənin öhdəliklərinin yerinə yetirilməsində baza rolu oynayır. Çağdaş
dövrdə əsas məqsədlərdən biri müxəlif sahələrdə fəaliyyətdə olmuş təsərrüfat
subyektlərinin mühasibat uçotunda dəqiqliyin və dürüstlüyün olması və aparılması,
mühasibat və maliyyə əməliyyatları üzrə hesabatlarının tərtibinin proseduraları,
həm də mövcud olmuş vəsaitlərdən öz təyinatına uyğun olaraq effektiv istifadə
edilməsi və düzgünlüyünün müstəqil qaydada yoxlaması hesab olunmaqdadır. Bu
vaxt, səlahiyyətli olan dövlət təşkiatlarının verdiyi qərarlara əsasən keçirilən
yoxlama və s. əməliyyatlarla bağlı ekspertlər tərəfindən verilən rəylər təsərrüfat
subyektlərnin gələcək fəaliyyətinə birbaşa təsir etməkdədir. Belə bir şərait
yarandığı zaman müəssisənin fəaliyyətinin qiymətləndirilməsi üzrə aparılan
əməliyyatlarda maliyyə sənədləri ilə uçot sənədlərində müəssisənin əks etdirdiyi
konkret müddəalara əsaslanaraq verilir.
Ümumiyyətlə, uzunmüddətli aktivlərlə bağlı uçotun təkmilləşməsi
istiqamətində aparlan dəyişiklikləri görmək üçün köhnə hesablar sistemi ilə yeni
hesablar sistemini müqayisə edək. Köhnə hesablar sistemində əsas vəsaitlərin uçtu
aşağıdaı kimi apalırdı: 01. “Əsas vəsaitlər”. Həmin hesabda əlavə subhesablar
açılırdı. Məsələn, 01.1 Torpaq, 01.2 Binalar, 01.3 Avadanlıqlar və s.
İndi isə milli mühasibat uçotu üzrə standartlarında əsas vəsaitlərin necə
adlandırıldığına nəzər salaq. Yeni hesablar planında asas vəsaitlər 11 saylı
maddədə uçota alınır.
61
İndi isə əsas vəsaitlərlə bağlı uçotla köhnə və yeni tərtib edilmiş hesablar
planında hansı fərqlər olduğuna baxaq ilkin fərq ondadır ki, köhnə hesabların
planında belə aktivlər əsas vəsaitlər adlanırdı, amma yeni hesablarda artıq onlar
“Torpaq, tikili və avadanlıqlar” adı ilə uçota alınır. Yəni, yeni hazırlanan Milli
62
Mühasibat Uçotu Standartlarında artıq əsas vəsait anlayışı yoxdur. Sadəcə, köhnə
hesablar planında olan əsas vəsaitlər indiki “Torpaq, tikili və avadanlıqlara” uyğun
gəldiyinə görə bunları fərqləndiririk. Qeyd edək ki, yeni Mühasibat Uçotu
Standartlarında “Torpaq, tikili və avadanlıqlara” daha çox aktiv kimi yanaşılır
Doğrudur, köhnə hesablarda da asas vəsaitlər dövriyyədənkənar aktivlər, yəni
uzunmüddətli aktivlər sayılırdı.
İndi isə aktilərin hansı hallarda əsas vəsait olaraq, hansı hallarda isə “Torpaq,
tikili və avadanlıqlar” kimi uçota alındığına baxaq. Mühasiblərə daha aydın və
asan olsun deyə, əsas vəsait olaraq qəbul olunan aktivlərin nə zaman “Torpaq, tikili
və avadanlıqlar” kimi nəzərə alındığına, hansı hallarda isə başqa bir balansın
hesabatında uçota alındığına baxaq.
Köhnə hesablar planının müvafiq təlimatlarda əsas vəsaitlər haqqında
aşağıdakı məlumat yer alırdı:
01 nömrəli “Əsas vəsaitlər” hesabı, təşkilatın mülkiyyətində yerləşən:
istismarda və ehtiyatda olan, müvəqqəti olaraq dayandırılan, ya da icarəyə
verilmiş, yəni uzun müddət ərzində icarəyə götürülmüş olanlardan başga əsas
vəsaitlərın mövcudluğu ilə bağlı və hərəkəti üzrə məlumatların ümumiləşməsi
məqsədilə nəzərdə tutulub. Əsas vəsaitlərə daxil olan obyektlər, habelə onların
tərkibi qanunvericilik və digər normativ akta uyğun nizamlanır.
Müəssisələrin istehsal və ya xidmət sahəində bir ildən çox müddətdə iştirak
etmiş, dəyəri isə normativ sənədlərə görə tənzimlənmiş, köhnəldikcə özünün
dəyərinin qanunvericiliklə müəyyənləşmiş normalara əsasən hissə-hissə istehsal
edilən məhsulun dəyərinə ötürən, istehsal prossesində öz natural formasını qoruyan
əmək vasitələrinin əsas vəsaitləri adlandırılırdı.
Bina, qurğu, ötürücü qurgular, işlərlə bağlı maşınları (və ya avadanlıqlar)
ölçüləri tənzimləyən cihazlar, hesablama texnıkası; nəqliyyat alətləri, vasitələr,
istehsalat və təsərrüfat inventarı, işçi olaraq qeydiyyata alınan məhsuldar
heyvanlar, çox illik əkmələr (ağac, kol), daxili təsərrüfat yollari, müəssisə
mülkiyyətində olan torpaq ərazisi, torpaqların yaxşılaşmasına, həmçinin başqa
fəaliyyət və işə qoyulmuş kapital vəsaitləri və digər vəsaitlər/əmək vəasiti əsas
63
vəsaitə daxil edilməkdədir. İnflyasiyanın sürətini diqqətə alaraq 1996-cı ildən
başlayaraq alınmış əsas vəsaitlər üzrə vahidlərin, həm də dəstinin məbləğinin
minimum limiti 500 000 manat dəyərində göstərilir.
01 nömrəli əsas vəsaitər hesabında uçota alınmış əmək vəsaitlərinin iqtisadi
sferada uyğun təhlilə sahib olmaq məqsədilə aşağıdakı kimi qruplaşdırılmaqdadır
(S.M.Səbzəliyev, Bakı 2003):
Dostları ilə paylaş: |